Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Öskürəkdən qurtulmağın asan yolu: su, soğan...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Öskürəkdən qurtulmağın asan yolu: su, soğan...

Öskürəkdən qurtulmağın asan yolu: su, soğan...


Havanın soyuması öskürək hallarının artmasına səbəb olur. Öskürək orqanizmin təbii qoruyucu mexanizmidir. Orqanizm öskürəyin köməyi ilə nəfəs yollarında toplanmış selik, mikrob və toksinlərdən azad olur. Bu prosesi sürətləndirmək, öskürəyi daha yumşaq etmək və öskürəkdən daha tez qurtulmaq üçün xalq təbabətində çoxlu sayda reseptlər var.

İnqrediyentlər:
- 3 stəkan su
- 1 ədəd soğan
- 1 ədəd limon
- 2 xörək qaşığı bal

Hazırlanması:
3 stəkan suyu dərin bir qabda qaynadın. Sonra soğanı soyub iki yerə bölərək qaynayan suyun içərisinə atın və 15 dəqiqə qaynadın. 15 dəqiqə tamam olduqda soğanı qazanın içərisindən çıxarın və suyu ilıqlanmağa qoyun. Sonra içərisinə 2 xörək qaşığı bal və limon suyu əlavə edərək içə bilərsiniz.
Qeyd: Soğan qoxusunun qarşısını almaq üçün içərisinə darçın əlavə edə bilərsiniz.

DAVAM.AZ

Geri dön