Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > İran xaricdə savaşı hansı qüvvə ilə aparır? - ARAYIŞ
İran xaricdə savaşı hansı qüvvə ilə aparır? - ARAYIŞ |
Beynəlxalq təzyiqlər gücləndikcə Tehran hakimiyyətinin təmsilçiləri həm İslam Respublikasının iddialarını bəyan edir, həm də dünyanın hədələyirlər.
Bu hal sanki İran rəsmilərinə İslam Respublikasının lideri ayətullah Xomeynidən miras qalıb. İraqla savaş zamanı o da rejimin düşdüyü gərgin vəziyyətlərdə hədələyici çıxışlar edərdi. Ayətullah Xomeyni onda bildirmişdi ki, Kərbəla və Nəcəfi «düşməndən azad etdikdən sonra Məkkə və Qüdsü də» azad edəcəyik. Bunu İraqla o vaxtkı savaşın əsas siyasi-ideoloji tezisi də saymaq olar. İran hakimiyyəti yenə də ətrafında yaranmış gərginliyi çeşidli hədələyici bəyanatlarla ört-basdır etməyə səy göstərir. Heç şübhəsiz, bu sayaq bəyanatlar həm də daxili təbliğat üçün nəzərdə tutulub. İran silahlı qüvvələri ali baş komandanının (ayətullah Xamneyinin) baş məsləhətçisi, general-leytenant Yəhya Rəhim-Səfəvi Tehranda «müqəddəs müdafiə müəllimləri»nin toplantısındakı çıxışında deyib ki, «sionist rejim» (İsraili nəzərdə tutur – S.S.) bir gün İslam Respublikasına hücum edərsə, «Livan “Hizbullah”ının çox asanlıqla onun yaratdığı təhdidə cavab verəcəyini» deyib. Y.Səfəvi «İRNA»-ya müsahibəsində deyib ki, Livan və Suriya İranın strateji manevr zonasını genişləndirir: «Şəhid verməkdən qorxmayanların dövləti işğal edilməz. Əgər ərəblərin yetərincə cəsarəti çatsaydı, Fələstin heç vaxt işğal olunmazdı. İran Fələstini öz strateji maraqlarına görə müdafiə edir». İnqilab Keşikçiləri Qvardiyasının ikinci komandanı general Hüseyn Salami isə bəyan edib ki, İrana hücum ediləcəyi halda savaşı düşmən torpaqlarına yayacaqlar. «Biz heç bir halda savaşın İran sərhədləri daxilinə keçməsinə imkan verməyəcəyik» - deyə, o söyləyib. O bildirib ki, İranın xarici siyasətinin strateji hədəflərindən biri düşməni özgə torpaqlarında qarşılamaqdır. Baş verənlərə əsasən demək olar ki, Tehran hakimiyyəti öz iddiasını qvardiyanın «Qüds briqadası» vasitəsilə gerçəkləşdirməyi nəzərdə tutur. Çeşidli informasiya vasitələrində bu hərbi bölmə ilə bağlı yayılmış materiallardan bəzi məqamları diqqətinizə çatdırırıq. “Qüds beiqadası” İran İslam İnqilab Keşikçiləri Qvardiyasının «filialı» sayılır. Bolqarıstanın Burqas şəhərində avtobusun partladılması nəticəsində 7 İsrail vətəndaşının həlak olması yəhudi dövlətinin ciddi rahatsızlığına səbəb olub. Bu ölkənin Kəşfiyyat və terrorçuluğa qarşı mübarizə üzrə İnformasiya Mərkəzinin araşdırmasına əsasən, «Qüds»çülər İrandan xaricdə terror aksiyaları da həyata keçirir. Hesabata əsasən, 1990-cı ildə yaranmış «Qüds briqadası» İslam Respublikasının xaricdəki terror fəaliyyətinə rəhbərlik edir. O, ABŞ, İsrail və qərbyönlü ərəb dövlətlərinə qarşı kampaniya aparmaq üçün «Hizbullah» və başqa bu sayaq çeşidli terror qruplarından istifadə etməklə, İran hakimiyyətinin adının belə hadisələrdən kənarda saxlanmasına nail olur. «Briqada»nın əməliyyatçıları öz məqsədlərini səfirlik, aviaşirkət, bank, nəqliyyat şirkətləri, eləcə də mədəni və dini müəssisələrdəki «adamlarından» (bəziləri belə yerlərə yeridilmiş casuslarından) istifadə edərək həyata keçirirlər. Məlumata əsasən, «briqadanın» casusları dünyadakı İran səfirliklərində, eləcə də çeşidli vətəndaş, xeyriyyə cəmiyyətləri, təhsil müəssisələri və dini institutlarda yerləşdirilib. Belə bir hörümçək torunda fəaliyyət göstərən «yerli əməliyyatçılar» İranın maraqları üçün demək olar ki, dünyanın istənilən dövlətində terror aksiyaları keçirməyə hazırdır. «Qüds»çülərin əsas vəzifəsi hərbi kəşfiyyat və dünyadakı islam inqilabçıları ilə qarşılıqlı fəaliyyətin tənzimlənməsidir. Qurum islam adı altında fəaliyyət göstərən silahlı dəstələri təşkilatlandırır, maliyyələşdirir və onlara təlim keçir. «Qüds briqadası» birbaşa İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyiyə tabedir. 1998-ci ildən quruma Qasım Süleymani başçılıq edir. O, həm də ayətullah Xamneyinin ən yaxın ətrafına aid olanlardan sayılır. Q.Süleymani İranın xarici siyasətdə həssas marağı olan ölkələrdə, o cümlədən İraq, Suriya, Livan, Əfqanıstan, Qəzza zolağındakı proseslərlə bağlı strateji qərarların qəbulunda iştirak edir. Q.Süleymaninin rəhbərliyi altında «Qüds briqadası» yüzlərlə zabiti olan güclü hərbi struktura çevrilib. Hesabatda onun 15 min əməliyyatçısının olduğu da vurğulanıb. «Briqada»nın özəlliklə Livan, İraq və Əfqanıstanda yaradılmış çeşidli mənzil-qərargahları və regional əlaqələndirmə mərkəzləri mövcuddur. «Qüds briqadası»nın İranda da böyük nüfuzu var. Qurumun tərkibində «400 Qrupu» adlı beynəlxalq xüsusi təyinatlı qrup var. O da istisnasız olaraq, birbaşa ayətullah Xamneyiyə tabedir. Bu qrupun adını ilk dəfə Britaniyanın «Sky News» telekanalı açıqlayıb. «400» çeşidli terror aksiyalarını həyata keçirir, radikal «islamçı» qrupları maliyyələşdirir, onları təlimatlandırır. Qrupun bir sıra «radikal sünni» qrupları ilə də əlaqəsi mövcuddur. «400 qrupu»na Xamməd Abdullahi rəhbərlik edir. Onun müavini, «Hizbullah» ilə əlaqələndirici, kəşfiyyat nazirinin keçmiş müavini Məcid Ələvidir. Qrupun əməliyyatçıları xarici ölkələrdə öz şəbəkələrinə uyğun insanlar «ovlamaqla» da məşğuldurlar. Onlar «ovladıqları» insanları sonradan əlavə təlim keçmək üçün İrana göndərirlər. Sədrəddin Soltan Geri dön |