Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əzgil bu xəstəliklərə dərmandır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Əzgil bu xəstəliklərə dərmandır

Əzgil bu xəstəliklərə dərmandır


Əzgil çox faydalı meyvədir. Əzgilin tərkibi olduqca zəngindir. Bu meyvədə C,A, B1, B2, B3, B6, B9 vitaminləri, kalium, dəmir, maqnezium, yod, kalsium, fosfor, selen, sink, orqanik turşular, pektin və s. kimi faydalı maddələr var. Əzgil qədimdən təbii dərman kimi də istifadə olunur. Kal əzgil ishalı, dəymiş əzgil isə qəbizliyi müalicə edir.
Fitonsidlərlə zəngin olan əzgil nəfəs yollarının iltihabları və bronxial astma zamanı çox faydalıdır. Qədimdə xalq təbibləri əzgil lətinin balla qarışığı ilə öskürək, bronxit, astma və digər xəstəlikləri müalicə edirdi. Bu qarışıq həmçinin ürək və qaraciyər üçün də çox faydalıdır – qaraciyəri möhkəmləndirir, ürəyin fəaliyyətini yaxşılaşdırır, təzyiqi aşağı salır. Əzgilin lətini eyni miqdarda balla qarışdırın və gündə 2 dəfə 1 x.q. olmaqla qəbul edin.
Əzgilin yarpaqları da müalicəvi xüsusiyyətlərə malikdir. Yarpaqların dəmləməsi nəfəs yollarını çox yaxşı təmizləyir, bəlğəmi durulaşdırır, iltihabları azaldır. Dəmləməni hazırlamaq üçün 1 x.q. yarpaqları 1 stəkan suda 30 dəqiqə dəmləyin, süzün və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin.

DAVAM.AZ

Geri dön