Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Nazir müavini: “Gürcüstanla sərhəddə baş vermiş insident təxribat xarakterli deyil”
Nazir müavini: “Gürcüstanla sərhəddə baş vermiş insident təxribat xarakterli deyil” |
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan-Gürcüstan sərhədində baş vermiş insidentə münasibət bildirib. Xarici İşlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib ki, baş vermiş insident təxribat xarakterli deyil.
“Belə insidentlər adətən sərhəd xidmətləri arasında keçirilən görüşlər və təmaslar vasitəsilə həll olunur”, - deyə X. Xələfov vurğulayıb. Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Şəmkir sərhəd dəstəsinin “Cey¬rançöl” adlanan ərazinin yaxınlığındakı sərhəd zastavasının xid¬məti ərazisində 1 nəfər çobanın qoyun sürüsü ilə Azərbaycan Respublikasının ərazisinə keçməsi müşahidə olunub. Sərhəd naryadı tərəfindən qoyun sürüsü ərazidən çıxarılarkən sürünü qoruyan 10-a qədər it sərhəd naryadına hücum edib. Sərhəd naryadı həyatına təhlükə yaran¬ması ilə əlaqədar havaya xəbərdarlıq atəşi açıb, nəticə olmadığına görə itlərə qarşı silah tətbiq edib. Bundan sonra sərhəd naryadı sürünün çobanının öz atının ya¬nında yerdə uzanmasını müşahidə edib, ona yaxınlaşdığı zaman isə həmin şəxsin baş nahiyəsində sıyrılmış yaranın olması aşkar olunub. Sərhəd naryadı tərəfindən dərhal ona ilkin tibbi yardım gös¬tə¬rilib və yaxınlıqdakı tibb müəssisəsinə təxliyəsi təşkil olunub. Ha¬zırda səhhəti qənaətbəxşdir. Həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilib, onun Gür¬cüs¬tan vətəndaşı, Saqareco rayonunun Ləmbəli kənd sakini 1993-cü il təvəllüdlü Bəşirov Ramin Nizami oğlu olması müəyyənləş¬dirilib. Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov əraziyə ezam olunub, sərhəd nümayəndələri səviyyəsində Gürcüstan sərhədçiləri ilə işçi görüş keçiril¬ib. Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən müvafiq araşdırma aparılır. DAVAM.AZ Geri dön |