Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sepah məmurları əhlinin torpağlarını mənimsəyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Sepah məmurları əhlinin torpağlarını mənimsəyir

Sepah məmurları əhlinin torpağlarını mənimsəyir


Motalıq, Qala kəndi və Abış Əhməd kəndləri hökumət qüvvələrinin mühasirəsində
Bir neçə gündür Güney Azərbaycanın Abış Əhməd kəndləri (Motalıq, Qala kəndi və Abış Əhməd) İran rejiminin xüsusi qüvvələri tərəfindən hücuma məruz qalıb və bir neçə nəfər tutuqlanıb.

İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) üzvü, parlamentin keçmiş millət vəkili Fəthipur SEPAH mafiyasının yardımı ilə kənd əhalisinin ərazisini ələ keçirib və Motalığın “istisu”yu üçün yeni bina tikib.

Bu səbəbdən illərdir “istisu”dan istifadə edən bölgə əhalisi, bundan sonra ondan istifadə etmək üçün ağır məbləğ ödəməli olacaq.

Şərqi Azərbaycanın valisi binanın açılış mərasiminə qatılmaq üçün Motalıq kəndinə gedib. Əhali isə vəziyyəti anlatmaq üçün valinin ətrafına toplaşıb və problemi izah ediblər. Bu anda xüsusi qüvvələr tərəfindən əhaliyə hücum olub. Əhali dəyənəklə (batum) döyülüb və onlara qarşı gözyaşardıcı qaz və plastiki güllələrdən istifadə olunub. Bununlada Abış Əhməd kəndlərində əhali arasında o cümlədən uşaqlar və qadınlar arasında qorxu atmosferi yaranıb. Bu hücumda bir çox kəndli yaralanıb və hələdə gözyaşardıcı qazdan əziyyət çəkənlər var.

Bir neçə gün keçdikdən sonra hələ də Abış Əhməd kəndləri xüsusi qüvvələrin mühasirəsindədir.

Qeyd edək ki, son bir ayda ikinci dəfədir ki Qaradağ bölgəsi hökumət qüvvələrinin təzyiq və zülmünə məruz qalır.

Geri dön