Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Marneulidəki kəndlərdə tibb məntəqələri yoxdur; təcili tibb yardımı sahəsində də həkimlər çatışmır
Marneulidəki kəndlərdə tibb məntəqələri yoxdur; təcili tibb yardımı sahəsində də həkimlər çatışmır |
Son illər tibb sahəsində irəliləyişlər olduğu kimi, nöqsanlar da var. Çatışmayan problemləri isə heç kim gündəmə kətirmək istəmir. Bu fikirlər Marneuli sakinləri tərəfindən səsləndirilib. “Əvvəllər yerlərdə tibb məntəqələri fəaliyyət göstərirdi, əhaliyə təcili yardım edilirdi. Qocaya, cavana, ağbirçəyə tibb işçilərindən lazımi qayğı və tibbi yardım edilirdi. Hər halda, kiçik də olsa, bu tibb məntəqələri əhalinin tibb sahəsində ehtiyaclarını ödəyirdi. İndi isə demək olar ki, tibb məntəqələrinin qarşısından qıfıl asılıb. Bəzilərində isə qıfıl yox, yarıtmaz halı ürəkləri dağlayır. Lazımi ölçü götürməyin vaxtı çatıb. Görəsən, vaxtı, zamanı gələndə seçicilərə müraciət edən deputatlar və rəsmi şəxslər nə üçün belə layihələrin həyata keçməsi üçün hökumətə, əlaqədar təşkilatlara müraciət etmir və layihələr təqdim etmirlər?”
Azərbaycanlıların kompakt yaşadığı Marneulidə isə təcili tibb maşınları azlıq təşkil edir. Tibb maşınları yox, həmçinin, tibb işçiləri də çatışmır. Bəzən kəndlərə, o cümlədən Qırmızı Körpüdən Sadaxlıyadək ərazilərdəki kəndlərə təcili yardım maşını çağırılanda maşın və tibb işçisi, həkimlər çatışmır. Kəndlərdə əhaliyə təcili yardım üçün lazımi avadanlıqlar da çatışmır. Vaxtilə Azərbaycandan Marneuli və digər rayonlara ayrılan təcili tibb maşınlarının taleyi bilinmir. Rayonlara ayrılan maşınlar hara verilib? Kimə aid olduğu halda, həmin maşınlar indi həmin rayonlarda yoxdur. Əhaliyə isə yerlərdə təcili tibb yardımı yarıtmaz haldadır. Marneulidə təcili yardım maşınlarının sayı çox azdır. 5 təcili yardım maşını yüz mindən çox əhaliyə necə yardım edə bilər. Hər gecə edilən təcili çağırışlara cavab vermək də olmur. Düzdür, rayonda xəstəxanalar fəaliyyət göstərir! Amma, elə insanlar var ki, onlara yerində tibbi yardım göstərməklə onların həyatını xilas etmək mümkün olur. Dəfələrlə qeyd etdiyimizə baxmayaraq Ermənistan tərəfə uzanan magistral yolla əhalinin təhlükəsizliyi üçün trampillər qoyulmayıb. Sürətlə gedən yük və minik maşınları elə olub ki, dəfələrlə uşaq və qocaları vurub qaçıblar. Elə kəndlərimiz var ki, problemlri xirtdəyədək çoxalıb. Şulaverdən, Sadaxlıdan, Yuxarı Saraldan Ermənistana tərəf sürətlə şütüyən yük maşınları kəndlərimizdən keçəndə əyləci basmağı unudurlar, əksinə qazı basırlar. Nətəcədə dəfələrlə yol-qəza hadisələri baş verib. Dəfələrlə belə hadisələrinin şahidi olmuşuq. Hadisə zamanı xəsarət alan insanlara yerində tibbi xidmət göstərilməyib, sonda onlar dünyalarını dəyişiblər. 10 kəndi olan Şulaveri, 20 min əhalisi olan Qaçağan kəndlərinə, Alget və Kürüstü 7 kəndə təcili yardım maşınları ayrılmayıb, təcili yardım maşınları üçün tibb personalı çatışmır və tibb məntəqələri qəzalı vəziyyətdədir. Aşağı Saral və Yuxarı Saral, Araplı, Qasımlı, Aöməmmədli, Şulaveri və digər böyük kəndlərdə əvvəllər tibb məntəqələri var idisə, indi o kəndlərdə olan tibb məntəqələri ya uçurulub, ya da tamamilə yarıtmaz hala düşüb. Sorğu apardığımız istər gürcü, istərsə də digər millətlərin nümayəndələri hazırda kəndlərdə kiçik tibb məntəqələrinin tikintisini vacib hesab ediblər. Onlar bu mövzunun aktullığının gündəmə gətirilməyini bildiriblər. Düşünürük ki, belə vacib olan və əhalini narahat edən bu problemlər tezliklə öz həllini tapacaq! Bütün bu problemləri təcili tibb yardımı proqramları ilə həll etmək olar, əgər belə olarsa, təcili tibbi yardim maşını və həkimlərdən ibarət yeni tibbi yardım komandası əhalinin sağlamlığının qorunmasına lazımi xidmət edə bilər. DAVAM.AZ “Tiflis Bürosu” (Gürcüstan) Geri dön |