Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Klublararası dünya çempionatının finalında “Liverpul” və “Flamenqo” komandaları qarşılaşacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Klublararası dünya çempionatının finalında “Liverpul” və “Flamenqo” komandaları qarşılaşacaq

Klublararası dünya çempionatının finalında “Liverpul” və “Flamenqo” komandaları qarşılaşacaq


Futbol üzrə klublararası dünya çempionatının ikinci finalçısı müəyyənləşib. İkinci yarımfinal oyununda İngiltərənin “Liverpul” klubu Meksikanın “Monterrey” komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən matçda ingiltərəlilər 2:1 hesabı ilə qalib gələrək finala yüksəliblər. Görüşdə hesabı 12-ci dəqiqədə “Liverpul”un yarımmüdafiəçisi Nabi Keyta vurub. 2 dəqiqə sonra Meksika təmsilçisinin hücumçusu Rogelio Funes hesaba tarazlıq gətirib. Oyunun taleyini “Liverpul”un braziliyalı hücumçusu Roberto Firminonun 91-ci dəqiqədə vurduğu qol həll edib. Digər yarımfinal görüşündə isə Braziliyanın “Flamenqo” komandası Səudiyyə Ərəbistanının “Əl Hilal”ını məğlub edərək finala yüksəlib. Klublararası dünya çempionatının finalı dekabrın 21-də Qətərin paytaxtı Dohadakı “Education City” stadionunda keçiriləcək. Qeyd edək ki, son üç ildə bu turnirin qalibi İspaniyanın “Real Madrid” klubu olub.

DAVAM.AZ
“Avropa Bürosu”

Geri dön