Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Ələtdə qəza nəticəsində xəsarət alanlar Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Ələtdə qəza nəticəsində xəsarət alanlar Kliniki Tibbi Mərkəzə yerləşdirilib |
Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib, mikroavtobus aşıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, avtoqəza ilə əlaqədar təcili tibbi yardıma çağırış saat 10:15-də daxil olub. Hadisə nəticəsində bir nəfər hadisə yerində, daha bir nəfər - 60 yaşlı kişi isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Məlumata görə, 5 yaralı (68, 28, 25 yaşlı kişilər və 43, 33 yaşlı qadınlar) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılıblar. Vəziyyəti ağır olan bir yaralı reanimasiyaya yerləşdirilib. Digər yaralılara hazırda yardım göstərilir. Hazırda onların vəziyyətləri orta ağır kimi qiymətləndirilir. DAVAM.AZ Geri dön |