Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > “Azərbaycan Hökuməti və BMT-nin birgə Gənclər Evi təşəbbüsü”nün yeni istiqamətlərinin təqdimatı olub
“Azərbaycan Hökuməti və BMT-nin birgə Gənclər Evi təşəbbüsü”nün yeni istiqamətlərinin təqdimatı olub |
Binəqədi Gənclər evində “Azərbaycan Hökuməti və BMT-nin birgə Gənclər Evi təşəbbüsü”nün Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən yeni istiqamətlərinin təqdimatı olub. Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva Azərbaycan Respublikasının gənclər siyasəti və Gənclər evlərinin bu siyasətin həyata keçirilməsində rolu barədə iştirakçılara ətraflı məlumat verib. UNİSEF-in Azərbaycan nümayəndəliyin rəhbərinin müavini Min Yuan “Azərbaycan Hökuməti və BMT-nin birgə Gənclər Evi təşəbbüsü”nün gənclərin inkişafında əhəmiyyətli rol oynayacağına əmin olduğunu bildirib. Təqdimat zamanı tərəfdaş QHT-lətin nümayəndələri - Gənclər evləri, Gənclərin İnkişaf və Karyera mərkəzlərinin rəhbərləri yeni xidmətlərin faydaları, eləcə də QHT-lərlə əməkdaşlığın töhfələrinə dair müzakirələr aparıblar.
QHT-lər tərəfindən Bakının Binəqədi və Xəzər rayonlarında, eləcə də Mingəçevir, Qazax, Şəmkir və Biləsuvardakı Gənclər evləri, Gənclərin İnkişaf və Karyera mərkəzlərinin əməkdaşları vasitəsilə yeni xidmətlər təqdim olunur. Əsas məqsəd gənclər tərəfindən sosial layihələrin hazırlanması və idarə olunması, onların iş hazırlığının yüksəldilməsi, Gənclər evlərinin, İnkişaf və Karyera mərkəzlərinin, eləcə də PR/marketinq fəaliyyətlərinin gücləndirilməsidir. Xidmətlər sağlamlıq, təhsil, gənclərin müdafiəsi, iş hazırlığı və iştirak kimi beş sahəni əhatə edir. Bu günədək hökumətlə birgə hazırlanmış xidmətlər paketinə əsas həyat bacarıqları, psixoloji-sosial, hüquqi məsləhət və sağlam həyat tərzi daxildir. Gənclər evlərini gənclərə dost xidmətlər təklif edəcək məkana çevirmək məqsədini daşıyan bu təşəbbüsün reallaşdırılmasına UNİSEF-in texniki dəstəyi ilə 2018-ci ildən başlanılıb. DAVAM.AZ Geri dön |