Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > "Unibank" tələbələrə kreditlərin verilməsinə başladı
"Unibank" tələbələrə kreditlərin verilməsinə başladı |
Tədris ilinin başlanması ilə əlaqədar, "Unibank" Bakı və bölgələrdəki özəl və dövlət universitetləri tələbələrinin kreditləşdirilməsinə başlayıb. Sentyabrın 15-dən son semestrin imtahanlarını "yaxşı" və "əla" qiymətlərlə vermiş tələbələr bankın yeni kredit proqramının şərtlərindən faydalana bilərlər.
Bankdan cümə axşamı verilən məlumata görə, kreditlər zaminlik və iş yerindən arayış olmadan, şəxsiyyət vəsiqə və müvafiq qiymət vərəqinin əsasında verilir. Cəlb edilən tələbə kreditləri istər təlimin ödənilməsi və ya müvafiq ədəbiyyatın əldə edilməsi, istərsə də istehlak məqsədləri üçün istifadə oluna bilər. Kreditlərin dövrü 3 aydan 12 aya qədər, məbləği isə 250 manatdan 700 manata qədər təşkil edir. Əlaçı tələbələrə bank tərəfindən pulsuz olaraq nüfuzlu "MasterCard Gold" kartı təqdim edilir. Bundan başqa, hər bir tələbə krediti alana nominalı 200 manat olan "ALBALI" taksit kartı bonus kimi verilir. Yeni kreditlər Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir və Naxçıvan ali təhsil müəssisələri daxil olmaqla, ölkənin 37 universitetinin tələbələri üçün ixtisas üzrə heç bir məhdudiyyət olmadan ayrılır. Kreditlər 2-ci, 3-cü və 4-cü kurs tələbələrinə 18 yaşından başlayaraq təqdim edilir. Qeyd edək ki, kredit cəlb edən bütün tələbələr hazırda keçirilən bankın lotereya aksiyasında 1000 manat udmaq şansı əldə edəcəklər. "Unibank"ın tələbələr üçün kredit proqramları haqqında əlavə məlumatı bankın saytında (http://www.unibank.az/az/private-clients/loans/cash-loans/telebekrediti) və ya (012) 117 saylı telefona zəng vurmaqla dəqiqləşdirmək olar. Geri dön |