Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “CTF 2019” müsabiqəsinin qalibləri açıqlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > “CTF 2019” müsabiqəsinin qalibləri açıqlanıb

“CTF 2019” müsabiqəsinin qalibləri açıqlanıb


İnformasiya təhlükəsizliyi sahəsində mütəxəssislər üçün keçirilən “CTF 2019” (“Capture the flag”) müsabiqəsinin qalibləri müəyyən edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, kibertəhlükəsizlik üzrə “CTF” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqə çərçivəsində ölkənin kibertəhlükəsizlik üzrə mütəxəssisləri öz güclərini sınayıblar. “CTF” formatı mütəxəssislərin kompüter sistemlərinə hücum və mühafizəsi üzrə bilik və bacarıqlarını qiymətləndirməyə imkan verir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri Faiq Fərmanov müsabiqənin informasiya təhlükəsizliyinin inkişafı üçün əhəmiyyətini və bu sahədə mütəxəssislərin sayının artmasının vacib olduğunu bildirib. Müsabiqənin təşəbbüskarları “Smart IT” və “Solid Lab” şirkətlərinin rəhbərləri iştirakçıların həm kəmiyyət, həm də keyfiyyət baxımdan artdığını, yaxşı hazırlıq səviyyələrinin olmasını bildiriblər. İştirakçılar üçün informasiya təhlükəsizliyi məsələlərinə həsr edilmiş əhatəli master-klass keçirilib. Müsabiqənin tərəfdaşı “Gulfstream Distribution” şirkətinin məruzəsində şirkətin məhsul portfeli və xüsusilə də kibertəhlükəsizlik həlləri, həmçinin “Cisco ISE” həllinin xüsusiyyətləri və faydaları barədə məlumat verilib. Kibertəhlükəsizliyin aktual mövzularına dair aktiv müzakirələr, fikir mübadiləsi aparılıb. Müsabiqədə 60-dan çox komanda iştirak edib. “n0_pwn1c” komandası 1-ci, “SecX” komandası ikinci, “n0b0dy” komandası üçüncü yerə layiq görülüb. Qaliblər diplom və 6000 AZN pul mükafatı ilə mükafatlandırılıblar. Ardıcıl üçüncü ildir keçirilən tədbir ölkədə ən perspektivli informasiya təhlükəsizliyi mütəxəssislərinin müəyyən edilməsi ilə yanaşı, həm də görüş və fikir mübadiləsi yeri, informasiyanın qorunması istiqamətində bazarın və texnologiyaların inkişafı haqqında daha səhih məlumatın alınma mənbəyinə çevrilib. Yarışların təşkilatçıları şəbəkə perimetrinin, məlumatların və tətbiqetmələrin müdafiəsinə fokuslanmış, həmçinin kiberinsidentlərin qarşısının alınması üzrə həllər təqdim edən “Smart IT” (www.smartit.az) və tətbiqetmələrin təhlükəsizlik auditi, sızmaların testi və kod auditi üzrə ixtisaslaşan “Solid Lab” (www.solidlab.ru) şirkətləridir. Müsabiqəyə rəsmi tərəfdaşı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, gümüş tərəfdaşı “BAKOTECH” (https://bakotech.com), bürünc tərəfdaşı “Gulfstream Distribution” (www.gulfstream.az) şirkətidir.

DAVAM.AZ

Geri dön