Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Ocağın Ruhani Mərkəzində «Şərqilik» Bayramı keçirildi
Ocağın Ruhani Mərkəzində «Şərqilik» Bayramı keçirildi |
12 Dözüm günü, Ata ayı 34-cü ildə (12.9.2012) Mütləqə İnam Ocağının Ruhani Mərkəzinin İnam Evində ənənəvi «Şərqilik» Bayramı keçirilib.
Öncə İnam Evinin həyətində Ocağın 6 ideyasının rəmzi olaraq 6 tonqal qalanıb. Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh tonqal yörəsində uğurlama sözü deyib: ««Şərqilik» Bayramı İnsanın kutsallığı yolunda atılan addımdır. İnsan kutsal ruhani varlıqdır. Çağımızda onun bu yönü bütünlüklə unudulub. Keçmişdən bəri insan Şərqdə kutsal varlıq sayılıb. İndi bütün dünyada insanilik çökməkdədir. Dünyanın gələcəyi ilə bağlı insanların içində böyük qorxu var». Sonra Ruhani Mərkəzin Mərasimlər Odasına keçilib. Toplantını Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı aparıb. İnam Atanın videogörüntüsü iştirakçıların marağına səbəb olub – Ata sözü dinlənilib. Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı deyib: ««Şərqilik» Bayramı ulusumuzun, Şərqimizin, bəşərimizin var olması yönündə atılan ciddi, bənzərsiz ruhani addımdır». Törəndə İnam Atanın «Yol. Ata sözü» əsərindən «Şərq-Qərb» bölümü, Ruhani Başçı Safruhun «Şərqilik» Bayramıyla bağlı Kutlaması oxunub. Yolruh Atalı bayramın başlıca iki halı – kutsallıq və ruhaniliklə bağlı duyğularını dilə gətirib: “Kutsal yer, ünvan – yüksək ruhani idrak, Həqiqət ünvanı olmalıdır. Ruhani idrak ünvanı olmayan kutsal – idraksızlıq yaradır, cəhalətə yarayır. Xalqa, insanlığa heç bir ruhani, idraki xidmət göstərməyən, həqiqətçiliyi amala çevirməyən – kutsal sayıla bilməz.” Uğur Atalı deyib: «Vaxt gələcək Ocaq bayramları münasibətilə tonqallar Şərqin hər yerində qalanacaq». Professor Elməddin Əlibəyzadə Asif Ata Ocağının ardıcıl gerçəkləşdirdiyi bayramları yüksək dəyərləndirib: «Sevinirəm ki, Atanın bəşəri ideyaları onun Ocağında yaşadılır, millətimizə çatdırılır. Dövlət bu ideyaya dəstək verməlidir». Əlisahib Əroğul “Şərqilik” Bayramının gərəkliyini belə əsaslandırıb: «”Şərqilik” Bayramı təkcə bizim üçün deyil, bütün Şərq, habelə dünya üçündür. Şərq dəyərləri dünyaya çox gərəkdir». Zaməddin Ziyadoğlu bayramın ruhuna uyğun şeirini oxuyub. Bayram boyunca Aşıq Elman və Etibar Əlişoğlunun ifasında saz havaları səsləndirilib. İnamçı Kifayət Ağaqızı Safruhun «Muğam» şeirini söyləyib. Sonra bayramın ruhani hədiyyələri qəbul edilib. İşıqlı Atalı «Fəlsəfənin Təməli» və «İnama Doğru» dərgisinin ikiillik toplusunu Ruhani Başçıya təqdim edib. Ocağın işinin gerçəkləşməsində əməyi olan İnamçılar təqdir olunub. İşıqlı Atalı «Şərqilik» Bayramı üstə Mütləqlə Təmas»ı oxuyub, Ata çağırışını çatdırıb: «Şərqləşin, Şərqləşdirin!» Evladlar «Şərqə and olsun, Şərqiliyə xidmət edəcəyəm!» deyərək Mütləqə İnam Bayrağını öpüblər. “Şərqilik” Bayramı doğmalaşma süfrəsilə davam edib. Geri dön |