Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tiflisdə Azərbaycan dilinə həsr olunan videoçarx təqdim olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Tiflisdə Azərbaycan dilinə həsr olunan videoçarx təqdim olunub

Tiflisdə Azərbaycan dilinə həsr olunan videoçarx təqdim olunub


Gürcüstanın başkəndi Tiflisdə Azərbaycan dilinə həsr edilmiş “Ana dilim” adlı sosial çarxın təqdimatı keçirilib. Görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin eyniadlı şeiri əsasında hazırlanmış sosial çarxda Azərbaycan dilinin Gürcüstanda yaşayan azərbaycanlılar arasında yaşadılması, gələcək nəsillərə təbliğ edilməsi hədəflənib. 8 dəqiqəlik çarxda müxtəlif yaş qrupları və sosial təbəqələrdən olan 31 azərbaycanlı B. Vahabzadənin “Ana dilim” şeirini səsləndirib. Layihənin rəhbəri Samirə Bayramova bildirib ki, video çarxın səhnələrinin çəkildiyi ərazilər də xüsusi həssaslıqla seçilib və bu ərazilər Gürcüstanda Azərbaycnlıların tarixən mövcud olduğu və qədim dövrlərdən bəri iz qoyduğu məkanlardır.
“Bu video çarx vasitəsi ilə Ana dilimizin qorunmasına və yerli azərbaycanlılar arasında təbliğinə, gələcək nəsillərin də bu dili qoruyub saxlamasına töhfə verməyə çalışmışıq. Videoçarxda eyni zamanda bizim tariximiz, keçmişimiz, milli kimliyimiz tərənnüm edilib. Şeirlərin səsləndirildiyi səhnələr də xüsusi həssaslıqla seçilib və bu yerlər azərbaycanlıların tarixi ilə sıx bağlıdır. Müxtəlif yaş qruplarından və sosial təbəqələrdən insanları bu layihəyə cəlb etməklə çalışmışıq göstərək ki, milli məsələlərdə hamı bir olmalıdır”,- deyə S. Bayramova bildirib.
Layihə iştirakçıların şəxsi vəsaiti hesabına 2 ay ərzində ərsəyə gətirilib. Təqdimat mərasimində Tiflisdə oxuyan azərbaycanlı tələbələr, gənclər, icma nümayəndələri və ziyalılar iştirak edib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Geri dön