Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Bildiriş > Mövlam görelim neylər…
Mövlam görelim neylər… |
İbrahim Haqqı Ərzurumlu Anadoluda yaşayan övliya və alimlərin öndə gələnlərindəndir. Atası Osman Əfəndi də elmli bir şəxs idi. İbrahim Haqqı 1703 (H. 1115) ilində Ərzurumun Hasanqala qəsəbəsində anadan olub. O, özünü qısaca olaraq belə izah edirmiş: “Hicri min yüz on beşci il tarixində bir bahar günü, İbrahim Haqqı, Hasanqala qəsəbəsində dünyaya gözünü açdı. Min yüz qırxıncı ilə qədər elm öyrənmək üçün çalışdı. Arif olub dünyanı unudaraq, Allahu təalanın eşqiylə yanıb qovruldu. İşini, gücünü, malını, mülkünü hər şeyini buraxaraq cənabı Haqqa yönəldi”.
İbrahim Haqqı, yeddi yaşına gəldiyində anası Seyyidə Hənifə Xatunu itirdi. Atası Osman Əfəndi, İbrahimi əmisinə əmanət etdi və təsəvvüfdə özünü yetişdirəcək bir rəhbər, alim axtarmaq üçün səfərə çıxdı. Çox çəkmir ki, elm öyrənə biləcək mürşidinin sorağını Siirtin Tillo qəsəbəsində alır və onun yanına yollanır. Qısa müddətdə İsmayıl Fakirullah həzrətlərinin böyüklüyünü, Allahu təala qatındakı yüksəkliyini anlayır. Ondan elm öyrənmək və xidmət etmək üçün gecəli-gündüzlü çalışdı. Doqquz yaşına çatan yetim İbrahim Haqqı isə, atasının həsrətini çəkirdi. Bunu görən əmisi Molla Əli Əfəndi, İbrahim Haqqını götürərək Tilloya atasının yanına aparır. İbrahim Haqqı həzrətləri Tilloda atasına qovuşmasını belə izah edir: “Mən doqquz yaşında idim. Əli əmim məni atamın yanına apardı. Biz ilkindi vaxtında Tilloya çatdıq. Dərgaha çatdığımızda, atam ilə müəllimi namaz qılırdılar. İlk baxışda İsmayıl Fakirullah həzrətlərinin mübarək üzü, mənə, atamdan daha yaxın gəldi. Sanki üzünün nuru könlümü işıqlandırdı. Ağılım, onun gözəlliyinə, duruşundakı heybətə və yetkinliyə heyran qaldı. Atam məni öz otağına apardı. Şəfqət ilə elm öyrədib, lütf ilə tərbiyə etməyə başladı”. İbrahim Haqqı, atasından, təfsir, hədis, fiqh kimi zahiri elmləri öyrənir. Atasının yoldaşı Molla Muhamməd Sihrani həzrətlərindən də, astronomiya, riyaziyyat kimi zamanın fən elmlərindən təhsil aldı. Allahu təalanın şəxsində və sifətlərində bacarıq sahibi olmaq, xəstə ürəyinə şəfa tapmaq üçün də İsmayıl Fakirullah həzrətlərinin söhbəti və xidmətiylə şərəflənir. İbrahim Haqqı həzrətləri, Tilloya gəldiyi günlərdə gördüyü bir yuxunu belə izah edir: “Yuxumda səmanı ağ sərçələrlə dolu halda gördüm. Birdən sərçələr hamısı birdən xalqın üzərinə doğru hücum etdilər. Mənə hücum edənləri atam qovdu. Ancaq sərçələrdən biri fürsət tapıb, qoynuma soxuldu. Səhər yuxumu atama danışdım. Atam qolumu qaldırıb baxdıqda qoltuğumda taun, vəba xəstəliyinin əlamətlərini görür. Xəstəliyə tutulduğum ilk beş gün özümdən xəbərsiz olaraq yatmışam. Altıncı gecə gözümü açdığımda atamı başımın üstə durub ağlayan gördüm. Möhtərəm müəllimimiz İsmayıl Fakirullah həzrətləri də yanında idi. Mübarək əllərini qaldırıb mənə çoxlu dua etdikdən sonra atama; “İbrahimin işi bitmişkən Allahu Təala lütf edərək onu yenidən diriltdi” buyuraraq müjdə Verdi”. İbrahim Hakkının gördüyü gerçək yuxu Yaz mövsümü idi. Bir Cümə gecəsi atam mütaliə edirdi. Mən də yatıb yuxuya getmişdim. Yuxumda gördüm ki, Tillonun xırman yerinə bir anda mindən çox süvari və piyada əsgər gəldi. Gələnlər atlarından enərək bir yerə toplandılar. Boyları çox hündür olan bu əsgərlər, at və digər vəsaitlərini xırman yerində qoyub, ustadımız İsmayıl Fakirullah həzrətlərinin dərgahının qapısı ağzında səf -səf düzüldülər. Mən onları seyr edərkən, dərgah qapısının sağ yanında dayanan adamlardan biri əyilib məni qucağına götürdü. Təbəssüm edərək öpdü və sol tərəfində durana verdi. O da götürüb məhəbbətlə öpdü və özündən sonrakına ötürdü. Bu şəkildə sıra ilə səkkizinci dayanan şəxsin qucağına gəldim. O da məni öpdü, ondan sonra isə dərgahın qapısı vardı, məni yavaşca şəfqətlə yerə buraxdı. Qapı açıq idi, içəri girdim. Mübarək müəllimimiz Fakirullah həzrətlərinin hüzurunda səkkiz seçilmiş şəxsin ayaqda dayandığını gördüm. Müəllimimiz də ayağa qalxdı və onlarla xoşgəldin edib görüşdülər. Yuxumun bu yerində oyandım, yuxunun ləzzəti canıma can qatmışdı. Sevincimdən yuxumu dərhal atama danışdım. Sanki atam, oyanıq olduğu halda, mənim yuxuda gördüklərimi görmüş, hadisənin şahidi olmuş və onlarla danışmışdı. Yuxumu anlatdıqdan sonar atam mənə məsləhət bildi ki, yuxumu heç kimə danışmayım. Səhər oldu, Cümə namazından sonra dərgahın qapısı qarşısında oturmuşdum. Siirt tərəfindən at üzərində ağ saqqallı bir qoca gəldi. Dərgaha çatınca atından endi. Mənim yanıma gəlib əlimi tutdu və öpdü, çaşdım qaldım. Çünki bu ixtiyarı tanıya bilməmişdim. Mürşidimin yanına girmək üçün icazə istədi. Verdiyi hədiyyələri içəri apardıqdan sonra hocamın yanına getdim və “Qapıda yaşlı bir nəfər sizi görmək istəyir, əfəndim” dedim. “Gəlsin” dedi. Qonağı içəri dəvət etdim. İçəri girincə oturması işarə edildikdən sonar, “Və aleykümselam ey Seyid Həmzə! Bu Cümə gecəsi bizə çox qonaq gəldi” dedi. Hocamın bu şirin xitabından Seyid Həmzə sanki çaşan kimi oldu. İlk dəfə gördüyü bu kimsə onun adını haradan bilmişdi. Və gecə gələn qonaqların arasında olduğunu necə anlamışdı. Bunları düşünə-düşünə qalxıb ustadımın əlini öpdü. Bir müddət ağladıqdan sonra icazə istəyib çölə çıxdı. Bizim otağa dəvət etdim. Qonaq içəridə atama halını belə izah etdi: “Mən Siirtin irəli gələnlərindən Seyid Həmzəyəm. Bu ana qədər Tilloya heç gəlmədim. Bu böyük alim və vəlini də heç ziyarət etməmişdim. Bu gecə yuxumda beş yüzə qədər nur üzlü alimlə birlikdə Şeyx İsmayıl Fakirullah həzrətlərini ziyarətə gəldik. Bu qəsəbəni və yolunu yuxuda görərək öyrəndim. Xırman yerinə gəldiyimizdə atlılar atından endi. Bərabərcə bu dərgahın qapısına səf səf düzüldük. Sıra ilə mübarək hocanızı ziyarət etdik. Bu dərgahın qapısı qarşısında bu kiçik oğulunu gördüm. Övliyalar qucaqlarına alıb sıra ilə oxşadılar. Qapının önünə gəlincə uşaq içəri girdi. Mən də qapının önünə gəldiyimdə oyandım. Hələ o yuxunun təsiri altındayam, duyduğum o ləzzət hələ davam edir. Səhər olunca atıma minib yuxuda gəldiyim yol ilə doğru bura gəldim. Kimsədən soruşmadan dərgahı tapıb, sizləri tanıdım, Həzrəti Şeyxə gəldim. Bu gördüyüm yuxunu izah edəcəkdim. Bir gün sonra da ona tələbə olub xidmətiylə və söhbətiylə şərəflənəcəkdim. Mən daha izah etmədən; “Ey Seyid Həmzə! Bu gecə bizə çox qonaq gəldi” deyərək həm adımı həm də yuxuda olanları izah etdi. Çaşıb qaldım”. Seyid Həmzənin təəccübləndiyini görən atam ona belə cavab verdi: “Sənin bu gördüyün yuxunun eynisini bu oğulum da görüb. Lakin bizlərin gördüyü yuxuları, seçilmiş övliya oyanıq ikən görüb müşahidə etmişdir. Allahu təalanın lütfkarlıqları sonsuzdur”. İbrahim Haqqı həzrətləri on yeddi yaşında bir daha yetim qalmasını belə izah edir: 1719 (H. 1132) ilində, mənim çox sevdiyim atam və anam, dərd ortağım, kədərlərimin aradan qaldırıcısı, hücrədaşım, qürbət yoldaşım Dərviş Osman Əfəndi, Cümə gecəsi səhərə yaxın dünyadan axirətə köçdü. Haqq yolunda can verib Allahu təalaya qovuşdu. Məqsədinə çataraq rəhmət dəryasına daldı. Bu yetim o gecə başqa qonaq otağında yatdı. Səhər qalxıb, xəstə atamı görmək istədiyimdə, oradakılar mənə; “Get, əvvəl namazını qıl, sonra gəl. Xəstə indi rahatladı” dedilər. Bu sözə inanıb məscidə getdim. Namazdan sonra otağımıza gəldiyimdə atamın vəfat etdiyini gördüm. Mənim də rahatım getdi. Könül evim qaraldı. Bir anda atamın ayrılıq həsrətiylə viranələrdəki quşlara döndüm. Elə fəryad etmək istədim ki, səsim göylərə çıxacaqdı. Mən bu halda ikən o mərhəmət mənbəi mübarək hocam gəldi. Mənə təsəlli edərək kədər və əzabı götürdü. Mən də qalxıb öz özümə; “İndi ayıbdır, səbr edim. Hocam getdikdən sonra ağlayaram” dedim. Mübarək insan hər kəsə salam verib, qərib oğlu Dərviş Osman Əfəndinin başı tərəfində oturdu. Şəhid ruhuna bir Fatihə oxuyub, savabını bağışladı və murakabeye daldı. Mən hocamın qarşısında, atamın da ayaq ucunda idim. Bir anda Allahu təalanın lütfkarlıqlarına qovuşdum. Vəfat edən atam, mübarək başını qaldırdı. nəzəriylə üzümə baxıb, təbəssüm edərək başsağlığı verdi. O anda mübarək sinəsindən şimşək kimi bir nur parladı. Ürəyim titrədi, kədər və əzab gedib, yerinə sürər və ləzzət doldu. Atamı bu halda görüncə, bayramlıqlarını geymiş bir uşaq kimi sevindim. Kədərli dayanan dostlar bu sevincimə bir məna verə bilməyib heyrətləndilər. Allahu təalanın lütfkarlığı və mübarək hocamın himməti bərəkəti ilə olan bu hadisəni oradakılar görə bilməmişdi. Hocam oradan ayrıldıqdan sonra atamın üzünü açıb baxdım. Gülər kimi bir halı vardı. Üzü nurlu, bədəni isti və yumşaq idi. Sanki yatırdı. Cənazə namazına ətraf kəndlər və bütün Siirt xalqı gəldi. Namazını hocam qıldı. Onun vəfatına məndən başqa hər kəs kədərləndi. Aləmin atası olan müəllimimiz, bu yetiminə şəfqət edib iltifat etdiyindən, mərhum atamdan sonra onun xidmətləri bizə miras qaldı. Ürək xəstəliklərindən məni qurtardıqdan sonra, öz məhəbbəti ilə yandırdı. Beləcə məndə, axirət hallarında yəqin hasil oldu. Təvəkkül etmə, dərd və bəlalara, ibadətə, israrla davam etməyə dözüm, hər işə qatlaşma halı hasil oldu. Çox qiymətli, ləziz nemətlər lütf edildi. Hamısından daha vacibi və qiymətlisi isə, Allahu təalanın şəxsində və sifətlərində məlumat sahibi olmağa, marifetullaha qovuşdum. İbrahim Haqqı həzrətləri, atasının vəfatından sonra müəlliminin əmriylə Ərzuruma getdi. Əmilərinin də təşviqləriylə səkkiz il təhsil aldı. Burada təhsilini bitirsə də, ürəyi ustadı İsmayıl Fakirullah həzrətlərinin yanında qalmışdı. 1728 (H. 1140) ilində iyirmi beş yaşında ikən təkrar Tilloya gəlir və müəlliminin vəfatına qədər (1734 (H. 1147) onun yanında qalır. Ustadı dünyadan köçdükdən sonar Ərzuruma dönür və kiçik yaşda ayrıldığı Hasanqalaya gəlib yerləşir və öyrəndiyi elmlər sayəsində tələbələr yetişdirməyə başlayir. Həyatında heç bir zaman oxumağı və oxutmağı əldən buraxmayan İbrahim Haqqı həzrətləri, ideal insan tipi olaraq, arif insanı göstərmişdir. Özü də bu ölçü içində qalmışdır. Ona görə, arif, könüllə və ağılla biləndir. Lakin könüllə bilmək arifin yeganə xüsusiyyətidir. Ona görə də o, könülə, əsərlərində böyük yer vermişdir. Könül, sevgilinin məkanıdır. Eşq sayəsində bu sevgi vardır. Bu yollarda hikmət (fən və sənət) vardır. Mevalid (varlıqların sirrini anlama) bu yolla olmaqdadır. Bir sözlə, İbrahim Haqqı, könül sahibi olan, fən və sənətə yer verən böyük bir alim, haqqa razılaşan bir vəlidir. Əsərlərinin adına və mənasına baxınca, bütün bunların hamısı görülər. İbrahim Hakkının 25-ə yaxın əsəri var. Onlardan bəziləri bunlardır: Mərifətnamə, İrfaniyyə, İlahinamə, Səadətnamə, Şükürnamə və sair. İbrahim Haqqı həzrətləri üçün şeir, bir vasitədir. Ona görə şeir Haqqı izah etməlidir. Ədəbi bildirməlidir. Haqqı izah etmək üçün, qələmin aşiqin əlində olması lazımdır. Ancaq o zaman Haqq aşiqi, Haqqı izah edəcək. Şeirdə sevgiliyə (Allahu təalaya) yer verilincə, o qiymət qazanar. Sevgilidən bəhs etməyən şeirdə gözəllik axtarmaq boşunadır. Şeir belə olunca hikmətdir. Onlardan ən məhşuru olan “Tefviznamə” şerindən bir parçanı təqdim edirik. “Hak, şerleri hayr eyler, Zannetme ki, gayr eyler, Arif anı seyr eyler, Mevla görelim neyler, Neylerse, güzel eyler... Sen Hakka tevekkül kıl Tefviz et ve rahat bul, Sabr eyle ve razı ol, Mevla görelim neyler, Neylerse, güzel eyler... Kalbin ana bend eyle, Tedbirini terk eyle, Takdirini derk eyle, Mevla görelim neyler, Neylerse, güzel eyler... Hallak u Rahim oldur, Rezzak u Kerim oldur, Faal ü Hakim oldur, Mevla görelim neyler, Neylerse, güzel eyler... Bil kadi-yil hacatı, Kıl ana münacatı, Terk eyle müradatı, Mevla görelim neyler, Neylerse, güzel eyler... Bir iş üstüne düşme, Olduysa inad etme, Haktandır o, redd etme, Mevla görelim neyler, Neylerse, güzel eyler... Haktandır bütün işler, Boştur gam u teşvişler, Ol, hikmetini işler, Mevla görelim neyler, Neylerse, güzel eyler... Rəşad Sahil Geri dön |