Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İran rejimi Güney azərbaycanda Türk adlarını farslaşdırmaqda davam edir
İran rejimi Güney azərbaycanda Türk adlarını farslaşdırmaqda davam edir |
Türk adları unutdurulur: “Avacıq”ın adını “Dəştək” edirlər
İranın molla rejimi pəhləvi rejimi tək anti-türk siyasətinin tərkib hissəsi olaraq, coğrafi adları dəyişir. Güney Azərbaycanın Makı şəhərinin 30 kilometrliyində yerləşən “Avacıq”ın adı “Dəştək” sözü ilə dəyişdirilir. Bu barədə ilk addım Bəxşdari (icra başçısına bağlı idarədir) tərəfindən atılıb. Artıq Bəxşdarinin qapısı önündə Avacıq deyil Dəştək sözü yazılıb. Avacıq sözü iki hissədən ibarətdir. “Ava” vəya “ova” Türk dilində abadanlıq vəya yaşayış yeri kimi məna verir. “Cıq” isə kiçiltmə şəkilçisidir. Makı məntəqəsində buna oxşar adlara bir neçə yerdə rast gəlmək mümkündür. Məsələn: Baxçacıq, Qalacıq, Bəbəciq və ... . Qeyd edək ki, məntəqə əhalisi Bəxşdarinin bu əməlindən olduqca narahatdır və coğrafi adın heç bir izahı olmadan dəyişdirməsini əhalinin şüuruna hörmətsizlik kimi qəbul edirlər. Geri dön |