Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mahir Dərziyev: “Qanunların Azərbaycan və yaxud Gürcüstanda yaşayan hər hansı bir milli azlığın dilinə tərcümə olunmasına ehdiyac yoxdur”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Mahir Dərziyev: “Qanunların Azərbaycan və yaxud Gürcüstanda yaşayan hər hansı bir milli azlığın dilinə tərcümə olunmasına ehdiyac yoxdur”

Mahir Dərziyev: “Qanunların Azərbaycan və yaxud Gürcüstanda yaşayan hər hansı bir milli azlığın dilinə tərcümə olunmasına ehdiyac yoxdur”


"Seçki Məcəlləsi, müxtəlif normativ aktlar, kənd təsərrüfatı təyinatlı torpaqların özəlləşdirilməsi ilə bağlı qanun və Ümumtəhsil Haqqında Gürcüstan Qanunu Azərbaycan dilinə tərcümə olunub və digər qanunların etnik azlıqların dilinə tərcümə olunmasına ehdiyac yoxdur", - bu haqda məlumatı Gürcüstan Parlamentinin deputatı Mahir Dərziyev verib. Onun sözlərinə görə, ölkənin rəsmi dili hansı dildirsə qanular da o dildə qəbul olunmalıdır.
"Qanun dövlət dilində olmalıdır. Hansı ölkədə rəsmi dövlət dili hansıdırsa qanun o dili də qebul olunmalıdır. Amma qanunun başqa dillərə tərcümə olunması dünyada geniş yayılmış təcrübədir. Milli azlıqların problemləri ilə məşğul olan beynəlxalq qurumlar həmişə üzv ölkələrə tövsiyyə edirlər ki, informasiya, o cümlədən qanunları milli azlıqların dilinə tərcümə etsinlər və çatdırsınlar. Gürcüstanda da zaman-zaman bu sahədə işlər görülübdür. Məsələn: seçki məcəlləsi - seçkilər öncəsi tərcümə olunur, müxtəlif normativ aktlar tərcümə olunur, təhsil haqqında qanun azərbaycan dilinə tərcümə olunub, torpaq haqqında qanun tərcümə olunub. Bütün qanunların Azərbaycan və yaxud Gürcüstanda yaşayan hər hansı bir milli azlığın dilinə tərcümə olunmasına lüzum yox, ehdiyac yoxdur. Birincisi bu tərcümə çox əziyyətli bir işdir. Həm əmək, həm vəsait, məsrəb tələb edən bir işdir. Yəni bir yüksək səviyyəli, yüksək peşəkarlığı olan bir tərcüməçi o, hər bir tərcüməyə, dünyanın pulunu istəyər", - Mahir Dərziyev demişdir.
"Qanunun bir beynəlxalq tərəfi də var. Gürcüstanda qəbul olunan qanuna görə, həm rus dilinə, həm də ingilis dilinə tərcümə olunur. Yəni bu ondan ötrüdür ki, hansısa beynəlxalq orqandan, hansısa xarici bir ölkədən bir ekspert, bir mütəxəssis hər-hansı bir məsələ ilə bağlı gələndə, Gürcüstan qanunvericiliyində bunun vəziyyəti nə cürdür bu məsələnin, müraciət edir və oxuyur. Amma bunların hamısını milli azlıqların dilinə tərcümə etməyə ehtiyac yoxdur. Lisenziyalar haqda qanun və ya minlərlə qanun var, bunların hamısını tərcümə etmək qeyri-mümkündür", - Mahir Dərziyev dedi.
Sonda deputat bizə onu da məsləhət etdi ki, Gürcüstan qanunlarını matsne.gov.ge saytına daxil olaraq rus və ingilis dilində oxuyaraq məlumat əldə edə bilərik. Araşdırma nəticəsində məlum oldu ki, Gürcüstanda yazılan qanunlar Gürcü və rus dilində əl çatandır. Amma Gürcüstan qanunları ingilis dilinə də tərcümə edilməyib və Dərziyevin isə bununla bağlı məlumatı yoxdur.
Qeyd edək ki, Gürcüstan Parlamenti tərəfindən qəbul olunmuş bütün qanun aktları rus dilinə tərcümə olunur. Parlament aparatı 2006-cı ildə qəbul etdiyi qaydaya əsasən Parlament tərəfindən qəbul edilən bütün qanun aktları rus dilinə tərcümə olunur. Baxmayaraq ki, bu qaydalara tez-tez, o cümlədən 2019-cu ildə dəyişikliklər edilib, Parlament rus dilinə tərcümə ilə bağlı heç bir dəyişiklik etməyib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Geri dön