Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Agentlik: Bəzi məqşçilər idmançıları gizlədir, antidopinq testinə mane olurlar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Agentlik: Bəzi məqşçilər idmançıları gizlədir, antidopinq testinə mane olurlar

Agentlik: Bəzi məqşçilər idmançıları gizlədir, antidopinq testinə mane olurlar


Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ölkədə idman federasiyalarına müraciət edib. AMADA-nın direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, qurum öz işini standartlara uyğun və şəffaf şəkildə qurur. Buna baxmayaraq, bəzi məşqçilər antidopinq testlərinin qarşısını almağa cəhd edirlər: “Bəzən məqşçilər bilərəkdən düzgün məlumat vermir, idmançıları gizlədir və antidopinq testinə mane olurlar. Belə hallar araşdırılacaq və həmin şəxslər aşkar edilərək cəza tədbirləri görüləcək. Onlar, eyni zamanda maarifləndirmə tədbirlərinin aparmasına da mane olurlar”.
Ş.Hüseynli əlavə edib ki, dopinq təkcə idmanda deyil, cəmiyyətdə də böyük problemə çevrilib: "Bəzi idman mərkəzlərində qeyri-qanuni dopinq satırlar. Biz hüquq-mühafizə orqanları ilə bigə çalışırıq ki, bu məsələnin qarşısını alaq. Bu mübarizə gələcəkdə də ciddi şəkildə davam edəcək”.
Ş.Hüseynli hər kəsi bununla bağlı diqqətli olmağa, o cümlədən mətbuatı təbliğat işləri aparmağa çağırıb. O bildirib ki, dopinq insan sağlamlığı üçün ciddi ziyan törədir.
Agentlik direktoru qeyd edib ki, 2020 Tokio Olimpiya oyunları ilə bağlı antidopinq təlimləri keçirilməlidir: “Yarışa gedəcək məşqçilər, idmançılar mütləq antidopinq təlimindən keçməlidir”.

DAVAM.AZ

Geri dön