Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kim daha ağır xəstələnir?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Kim daha ağır xəstələnir?

Kim daha ağır xəstələnir?


Demə, «kişi qripi» termini boş yerdən yaranmayıbmış, güclü cinsin hər altı nümayəndəsindən biri ondan əziyyət çəkir. Kardif universitetində çalışan ingilis psixoloqları bu fikri sübuta yetiriblər.

İki min nəfərin cavablandırdığı testin nəticələri göstərib ki, kişilərin soyuqdəymə və daha ağır xəstəlik hesab etdikləri qriplə mübarizəsinə çox vaxt lazımdır. Onlar dərmana daha çox pul xərcləyir, 86 faizi isə özünü yaxşı hiss etməyincə yataqda qalırlar. Maraqlıdır ki, qadınların təxminən 45 faizi xəstəlik kağızı açdırdığı halda, kişilərin 68 faizi xəstə ikən işə çıxmamağa üstünlük verirlər. Bundan başqa, xəstə kişinin işə qayıtmağına ən azı üç, qadının isə gün yarım lazım olur. Mütəxəssislər israr edirlər ki, əslində qadınlar daha tez-tez xəstələnirlər, çünki uşaqlarla - əsas infeksiya yayıcısı olan ailə üzvləri ilə məhz ana daha sıx təmasda olur.

Gündə 10 min addım

Yapon alimləri belə hesab edirlər ki, müasir insan sağlamlığını qorumaq və yaş ilə əlaqədar xəstəliklərin profilaktikası üçün hər gün 10 min addım yeriməli, üstəlik, həftədə bir dəfə təxminən bir saat iti yerişlə addımlamalıdır ki, 1450 kilokalori enerji sərf etsin. Bundan başqa, insan bədən tərbiyəsinin sayəsində həftədə ən azı 250 kilokalori də yandırmalıdır - buna nail olmaqdan ötrü bir saat iti yerimək, yaxud velosiped sürmək, 35 dəqiqə qaçmaq, yaxud tennis oynamaq, 40 dəqiqə üzmək və ya aerobika ilə məşğul olmaq lazımdır.

Əllərə diqqət yetir ki…
Amerika alimləri maraqlı eksperiment aparıblar: qadın əllərinin fotoşəkillərini adamlara göstəriblər və xahiş ediblər ki, əl sahibinin yaşını söyləsinlər. Əksər hallarda tədqiqat iştirakçıları yaşı düzgün müəyyən ediblər. Fotoların bir hissəsini kompüterdəki fotoşop proqramının köməyilə dəyişiblər - dəri qüsurlarını, qabarmış venaları yığışdırıb, əvəzinə dırnaq boyası, üzük və bilərzik əlavə ediblər. Belə fotolara tamaşa edən iştirakçılar yaşı düzgün müəyyən edə bilməyiblər. Montaj çox yaşlı qadınların dərisi nazilmiş, piqment ləkələri və qırışlı əllərinin yaşını gizlədib.
Demə, əllərin üstündə qabarmış venalar yaşı daha çox bildirir. Venaların silindiyi fotolardakı əllər daha cavan görünüb. Kök, qırışların və qabarıq venaların görünmədiyi əllər cavan görünür. Dırnaq boyası və zinyət əşyaları da əllərin görkəmini cavanlaşdırır. Mütəxəssislərin fikrincə, əllər yaşı biruzə verirsə, deməli, onların zahiri görkəmini yaxşılaşdırmaqla yaşından cavan görünmək mümkündür.

Həyatımızın sevinci - əziz balalar

Adətən böyüklər balaca uşaqlara baxarkən kövrəlirlər. Demə, belə təbii tamaşaları seyr etmək xeyirli imiş. Biz uşaq sifətinin ifadəsini müşahidə edəndə beynin müsbət emosiyalarla bağlı konkret nahiyəsi aktivləşir. Beyin əksi qavrama texnikasından istifadə edərək eksperiment aparmış ingilis alimləri bu fikri elmi cəhətdən sübuta yetiriblər.
Eksperiment iştirakçılarına 13 uşaq və 13 yetkin insanın təsvirinə tamaşa etmək təklif olunub. Fotolar emosional məzmun, cazibədarlıq və digər xüsusiyyətlər nəzərə alınmaqla seçilib. Məlum olub ki, körpə şəkillərinə baxandan sonra baş beyində sevinc hissinə, emosional həvəsləndirmə və obyektin vizual bəyənməyə cəlb olunmuş sahə yeddidə bir saniyə ərzində beynin fəaliyyətini aktivləşdirib. Bu sinir cavabları o qədər iti alınır ki, onu şüurlu idarə etmək mümkün olmur. Alimlər güman edirlər ki, alınan nəticələr dünyada anaların 13%-də müşahidə olunan və aylarla uzanan doğuşdan sonrakı depressiyanın müalicəsində faydalı ola bilər.

Geri dön