Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 94 şəhidin 160 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > 94 şəhidin 160 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilib

94 şəhidin 160 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya daha 94 şəhidin 160 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır.
Ümumilikdə 12 min 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. İndiyədək onlardan 12 minədək şəhidin 18 minədək vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı həyata keçirilib. Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı 98 faiz icra olunub.

DAVAM.AZ

Geri dön