Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Səhiyyə Nazirliyi rezidenturaya qəbul olanlara müraciət edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Azərbaycan Səhiyyə Nazirliyi rezidenturaya qəbul olanlara müraciət edib

Azərbaycan Səhiyyə Nazirliyi rezidenturaya qəbul olanlara müraciət edib


Azərbaycan Səhiyyə Nazirliyi 2012/2013-cü tədris ili üçün rezidenturaya qəbul olanlara müraciət edib. Nazirlikdən şənbə günü verilən məlumata görə, rezidenturaya qəbul olmuş şəxslər tələb olunan sənədləri sentyabrın 17-dən 21-dək SN-ə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Bunun üçün rezidenturaya qəbul olmuş şəxsin iş nömrəsi, şəxsiyyət vəsiqəsi və onun surəti, ali tibb təhsili haqqında sənəd (diplom) və onun surəti tələb olunur. Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.
Qeyd edək ki, bu il rezidentura səviyyəsi üzrə ayrılmış 514 plan yerinə 492 nəfər qəbul olunub.

Geri dön