Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Vyana Konservatoriyasında təhsil alan azərbaycanlı tələbənin uğuru
Vyana Konservatoriyasında təhsil alan azərbaycanlı tələbənin uğuru |
Avstriyanın Vyana şəhərində F.Şubert adına Konservatoriyanın tələbələrinin 2020-ci ilin gəlişi münasibətilə geniş konserti keçirilib. Konsertdə Çin, Kore , Almaniya, Fransa, Serbiya, Türkiyə, Avstriya və digər ölkələrin tələbələri ilə yanaşı, Azərbaycandan olan I kurs tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli də çıxış edib.
Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə məzunu, Avstriyanın Frans Şubert adına Vyana Konservatoriyasında təhsil alan ilk azərbaycanlı tələbə, respublika və beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli Vyana Konservatoriyasına yüksək balla qəbul olub və onun təhsili bütünlüklə dövlət tərəfindən qarşılanır. Vyanada konsert salonlarından birində keçirilən konsertdə əsasən böyük klassik Avstriya bəstəkarları olan Şubert, Brams, Bax, Motsart, Haydın və Bethovenin əsərləri simli, nəfəsli alətlərdə, kvartet və xor qrupunun ifasında səsləndirilib. Konsertdə Ayan Məmmədlinin fortepianoda yeganə solo ifası hamı tərəfindən böyük rəğbətlə qarşılanıb. Təsadüfi deyil ki, konsertin sonunda F.Şubert adına Konservatoriyanın rektoru Daniela Eqq, professor Lefteris Qriqoriadis və digərləri Ayan Məmmədlinin ifasına böyük dəyər verərək bildiriblər ki, I kurs tələbəsi olmasına baxmayaraq Ayan son dərəcə professional bir ifa təqdim edib. “Bu da onun mükəmməl baza biliyinə malik olmasının bariz göstəricisidir”, - deyə Daniela Eqq vurğulayıb. Həmyerlimiz Ayan Məmmədlinin təhsil aldığı Avropada qazandığı hər bir uğur, həm də doğma vətənimizin uğurudur. Ümid edirik ki, Ayan Məmmədli kimi istedadlı gənclərimiz dövlətimizin onlara bəslədiyi etimadı hər zaman layiqincə doğruldacaqlar. DAVAM.AZ “Avropa Bürosu” Geri dön |