Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türkün şanlı tarixi > Bakı yürüşü - 1918-ci il /TARİX
Bakı yürüşü - 1918-ci il /TARİX |
Əsas məqalə: Bakı döyüşü
Qafqaz İslam Ordusunu Şamaxını ələ keçirməsindən sonra Bakıdakı Xalq Komissarları Soveti və Şaumyan bütün ümidini Rusiyadan köməyə gələcək hərbi qüvvələrə bağlamışdı. Lenin iyulun ortalarından etibarən silah və ləvazimat yardımını artırdı. Ukrayna cəbhəsində xidmət edən Petrovun sərəncamında olan son dərəcə yaxşı hazırlıq keçmiş və üstün silahlarla silahlanmış 780 nəfərlik bir ordu birləşməsi də Bakının köməyinə göndərildi. Petrov və tabeliyindəki qoşun birləşməsi iyul ayının 19-da Bakıya çatdı. Şaumyan tərəfindən Bakı Hərbi Komissarlığına gətirildi. Bakı və ətrafında yaşayan rus əsilli fəhlə və kəndlilərə xitabən bir bildiriş yayan Petrov, Sovet Rusiyasının müstəqilliyi üçün hər kəsin silaha sarılaraq onlara kömək etmələrini istəmişdi. Bakının şimalındakı Şamaxı və Mərəzə ilə cənubundakı Salyan, Neftçala bölgəsini düşməndən təmizlədikdən sonra, Qafqaz İslam Ordusu Bakının 60-70 kilometrliyinə qədər yaxınlaşmışdı. Hərbi birləşmələr son dərəcə ağır bir vəziyyətdə irəliləməkdə davam edirdilər. Ordu silah-sursat, rabitə, nəqliyyat, su və ərzaq çatışmazlığı kimi bir çox çətinliklər içindəydi. Əsgərlərin ehtiyacını ödəmək üçün qurulan mərkəzlər ilə ordu arasındakı məsafə də artmışdı. Qafqaz İslam Ordusunun Cənub qrupu 22 iyul 1918-ci il tarixində Sığır məntəqəsində, Şimal qrupu isə Mərəzə-Qalaçandağı xəttində yerləşmişdi. Qızıl Ordu birləşmələri geri çəkilərkən rabitə xətlərini, dəmir və şosse yolu ətrafında işə yarayacaq su və ərzaq mənbələrini məhv edirdilər. Türk Qafqaz İslam Ordusunun istehkam qurmaq imkanları məhdud idi. Belə ki, əllərində lazımi ləvazimat yox idi. Düşmənin məhv etdiyi rabitə xətlərini və dəmir yolunu istifadəyə yararlı hala salmağa çalışırdı. İxtisaslı mütəxəssis tapmaq çətin oluduğundan, işlər ləng gedirdi. Şərq cəbhəsi komandanlığı, bəzi çatışmazlıqlar səbəbindən irəli getməyə bir az ara vermək fikrindəydi. Bu fikrini Nuru paşaya bildirdi. Bakı üzərinə yerimək üçün ehtiyac duyulan cəbbəxana, su və ərzaq təminatını yoluna qoyana qədər irəli getməyə ara verilməsini xahiş etdi. Şimal qrupu iaşə maddələrinin təminat mərkəzi olan Kürdəmirdən 100 kilometr uzaqlaşmışdı. Şimal qrupu komandiri, məsafənin uzaqlığını nəzərə alaraq və su sıxıntısının aradan qaldırılması üçün, Şamaxıda 15-20 günlük ərzaq ehtiyatı hazırlanmasının yerində olacağını bildirdi. Nuru paşa bu təklifə verdiyi cavabda, dünyadakı siyasi şərtlərin vaxt itkisini qəbul etmədiyini nəzərə çatdıraraq, Bakının tezliklə ələ keçirilməsini bildirdi. Nuru paşanın cavabı belə idi: "Cəbhədəki düşmən pərişan, gücsüz və mənəviyyatı da pozuqdur. Uşaq-muşaqdan meydana gələn xalq, düşmənin çəkilməsini çətinləşdirir. Bakı ətrafındakı türk kəndlərindən su, ərzaq və çörək tapmamız mümkündür. Lüzumsuz dayanmalar olmadan, tezliklə əməliyyatın bitirilməsi gözlənilir." Bu əmrə əsasən ordu birləşmələri 26 iyulda olduqları yerdən irəli hərəkətə başladılar. Cənub qrupu Qarasu stansiyasına girdi və minbaşı Əhməd Həmdi bəyin başında durduğu Cavad dəstəsi ilə əlaqə saxlaya bildi. Daşnak və bolşevik birlikləri Qarasu-Hacıkənd istiqamətində geri çəkilirdi. Şimal qrupu isə Mərəzə yaxınlığında bir düşmən birliyinə basqın edərək, biri zirehli olmaqla üç yük maşını ələ keçirdi. Burada gedən mübarizədə ölənlər arasında, bir az əvvəl İrandan Bakıya gələn ingilislərdən, biri zabit olmaqla dörd əsgər də var idi. Əsir götürülənlər arasında isə, biri zabit olmaqla dörd ingilis və bir erməni var idi. Nuru paşa (sağda) yavəri ilə birgə Bakıda (1918) Şimal qrupu hərbi birləşmələri 28 iyulda Cəngibostan bölgəsini aldı. Cəngibostanda olan 150 süvari və 200 piyadadan ibarət düşmən qüvvələri, bir top və iki zirehli maşın qoyaraq geri çəkilmişdi. Kəşfiyyat nəticəsində Cəngibostan ətrafındakı Kosalar kəndinə qədər gedilmişdi. Cənub qrupu da 27 iyulda Hacıqabul məntəqəsini düşməndən aldı. Bu qrupun tabeliyində olan 38-ci piyada alayının 2-ci batalyonu ġimal qrupunun tabeliyinə keçərək Boyanata dağı istiqamətində hərəkət etdi. Nuru paşa Bakıya ediləcək həmlədə Şimal qrupunun mümkün qədər güclü olmasını istəyirdi. Bunun üçün Gəncədə dayanan 38-ci piyada alayının 3-cü batalyonunun da Kürdəmirə göndərilməsini əmr etdi. Şimal qrupunun önündə irəliləyən 2-ci nizami süvari alayı, 28 iyulda Kosalar ətrafında, 150 süvari, iki top və zirehli maşınlardan ibarət düĢmən qüvvələri ilə qarşılaşdı. Bolşevik və ermənilərin 200-ə qədər piyada və 50 süvaridən ibarət əlavə qüvvələri 10-cu Qafqaz alayının təzyiqi altında geri çəkilmək məcburiyyətində qaldı. Cənub qrupu da eyni gündə Pirşağı stansiyasının qərbinə çatmışdı. Düşmənin atıcı birlikləri ilə zirehli qatarının bu stansiyada, Xəzər dənizindəki zirehli döyüş gəmilərinin də Ələt yaxınlığında olduğunu təyin etdi. Düşmən təyyarələrindən biri Cəngibostan – Boyanata dağı bölgəsində, digəri isə Hacıqabul və ətrafında kəşfiyyat uçuşları həyata keçirirdi. Qafqaz İslam Ordusu Komandanlığı Bakının ələ keçirilməsi üçün verilən əmrləri dayanmadan təkrarlayırdı. Hərəkət, mənzil təşkilatı, qol və qatarı olmadan yürüdülürdü. Cəbbəxana isə çox uzaqlardan, təhlükəli yollardan keçərək gəlirdi. Əsgərlər, bir çox döyüçlərdə sursat yoxluğundan süngü hücumuna keçmiç, bəzi yerlərdə hərəkəti dayandırmaq məcburiyyətində qalmışdılar. Kürdəmirdə olduğu kimi, qalib gəlmək şansı olan bir əməliyyatda geri çəkilmək əmri verilmişdi. Bu əskikləri nəzərə alan komandanlıq, Mənzil-Qərargahın Şamaxıda qurulmasını əmr etdi. Lazımi işlərin başlanılması üçün 5-ci Qafqaz piyada diviziyası komandanlığı sərəncamındakı qollar Mənzil Müfəttişliyinin tabeçiliyinə verildi. Qafqaz İslam Ordusu, Bakıya yaxınlaşdıqca, Bakı Xalq Komissarları ətrafındakı siyasi qüvvələr də ayrılmağa, get-gedə parçalanmağa başlamışdı. Azərbaycan türklərinin milli mənafelərini təmsil etməyən bu dairələr, Bakının əldən çıxacağı təqdirdə, etdikləri qırğın və zorakılıqların hesabını verməkdən qorxurdular. Bu vəziyyətdən çıxış yolu axtarmağa başladılar. Şaumyana müxalif dairələr, ingilis ordu birləşmələrinin Bakıya gələrək, türklərə qarşı vuruşmasının yeganə çıxış yolu olduğu qənaətinə gəldilər. Bakı istiqamətində irəliləyən Türk orduları, şəhərin ətrafındakı mühasirəni get-gedə daraldırdı. Bakıda böyük bir gərginlik hökm sürürdü. Düşmən təyyarələri tez-tez havaya qalxır, Türk orduları üzərində kəşfiyyat uçuşları edirdi. Bakıda 32 batalyonluq Rus bolşevik və erməni daşnak qüvvələri toplanmışdı. Böyük bir qorxu içərisində olan Qızıl Ordu birlikləri bu sayın az olduğunu düşünürdülər. Cəngibostan bölgəsində əsir alınan ingilis zabitinin verdiyi ifadəyə görə, ingilislərin kömək təklifini daha əvvəl rədd edən bolşeviklər, bu dəfə onlardan kömək istəmişdilər. Ancaq Qəzvində olan General Deustervil, bunun mümkün olmayacağı cavabını vermişdi. Bolşeviklər, daha sonra, bəzi erməni qrupların da təkidi ilə təkrarən İranda olan ingilislərdən kömək istədilər. İngiltərə bolşevizmə, onların dünyagörüşünə qarşı idi. Lakin Bakının Türk Qafqaz İslam Ordusunun əlinə keçməsini də istəmirdi. Bakıda bir də, bolşeviklərə qarşı olan və çarizm tərəfdarı rus kazakı podpolkovnik Biçeraxovun orduları var idi 22 iyulda Biçeraxov komandirlik vəzifəsindən ayrıldığını və öz yerini də Avetisova verdiyini bəyan etdi. Biçeraxov Bakının müdafiəsinə isə kömək edəcəyini bildirirdi. Ələt və Hacıqabul ətrafında min nəfərlik bir bolşevik qüvvələri toplanmışdı. Bakıda olan Biçeraxova tabe qüvvələr Bakının şimalındakı Biləcəri stansiyasında müdafiə tərtibatı almışdılar. Bakı istiqamətində Biçeraxovun Qızıl Ordu birliklərinə kömək edəcəyinə inam son dərəcə az idi. Biçeraxovun orduları bəzi hallarda Qızıl Ordu birlikləri ilə kiçik çaplı da olsa, silahlı münaqişəyə girirdilər. Biçeraxovun Dağıstana getmək üçün hazırlıq gördüyü də gələn xəbərlər içərisində idi. Bakıya Biçeraxov ilə birlikdə dörd ingilis zabiti və əlli əsgər gəlmişdi. Yanlarında zirehli maşın və yük maşınları da vardı. Bakıya köməyə gələcək əsl birliklər bundan sonra Ənzəlidən yola çıxacaqdılar. Əsir ingilis zabitinin verdiyi məlumata görə, Şaumyan ilə bəzi bakılı ermənilər arasında ciddi bir anlaşılmazlıq ortaya çıxmışdı. Yerli ermənilər Türk Ordusu ilə sülh imzalamaq istəyirdilər. Buna görə də iki qrup arasında şiddətli bir mübahisə və münaqişə yaşanırdı. Şaumyan hökumətinin Türk Qafqaz İslam Ordusunun qarşısını kəsmək üçün göstərdiyi cəhdlər bir nəticə vermirdi. Rus bolşevik və erməni daşnak birliklərində fərarilik artaraq davam edirdi. Bakı hərbi komissarı Petrov, Şaumyan və Karqanova 24 iyulda cəbhədən göndərdiyi məktubda bolşevik Sovet əsgərləri arasında olan vəziyyəti bu cür təsvir etmişdi: "Mən başa düşə bilmirəm, insanların "xalq azadlığı yolunda canlarını fəda etmək" kimi böyük bir mübarizəyə getdiyi cəbhəyə düşmüşəm, yoxsa Allah bilir, haraya gəlmişəm. Amirov ilə Hamazasp öz tabeliklərində olan süvariləri cəbhədən çəkmək istədilər. Mən də onlara, "Cəbhədəki əsgərlər yeni qüvvələrlə əvəz olunmayana qədər cəbhədəki əsgərlərin çəkilməsi, cəbhəni boşaltmaq məğlubiyyət deməkdir, əgər belə olarsa, mən də vəziyyəti Moskvadakı Xalq Komissarları Sovetinə bildirəcəyəm,"- dedim". Erməni daşnakları Böyük Ermənistan dövləti qura bilmək üçün əvvəllər Çar Rusiyası ilə əməkdaşlıq etmişdilər. İndi də Rus bolşevik təşkilatları ilə ortaq hərəkət edirdilər. Hansı dövlət və quruluş olursa-olsun, ideallarına çata bilmək üçün hər yoldan istifadə edirdilər. Bolşevik Qızıl Ordu birləşmələri ilə ortaq hərəkət edərək, Qafqazdakı türkləri qətlə yetirmişdilər. Qafqaz İslam Ordusunun Bakı yaxınlığında dayanması, şəhərdə yaşayan erməni daşnaklar və bolşevik ruslarda olduğu qədər, bu qruplara daxil olmayan erməni və ruslarda da bir qorxu və həyəcan meydana gətirmişdi. Bu səbəbdən də Şaumyanın liderliyində Böyük Ermənistan dövləti qurmaq istəyinə çatmayacaqlarını anlayan ermənilər, bu dəfə də İranda olan ingilislərdən kömək istəmişdilər. Bakıdakı Daşnak – bolşevik qüvvələrinə köməyə gəlmiş ingilis döyüşçüləri Şərq Cəbhəsinə tabe olan ordu, 5 avqust 1918-ci il tarixində səhərə yaxın saat 04.30-da bütün istiqamətlərdən Bakıya tərəf irəli hərəkətə başladı. Türk topçusunun güclü atəşi ilə müşayiət olunan hücum qarşısında, birləşmiş düşmən qüvvələri mövqelərini qoruyub saxlamağa çalışırdılar. Havanın işıqlanması ilə hücumu şiddətləndirən türk əsgəri qarşısında ingilis, rus və erməni birləşmiş qüvvələri Bakıya doğru addım-addım geri çəkilməyə başladılar. Şimal qrupu Bakının cənub-qərbindəki Bayıl yüksəkliklərini ələ keçirərək, şəhərə daha da yaxınlaşdı. Düşmən qüvvələri cəbhənin ortasındakı koridordan Salxana istiqamətində və arxadakı məzarlığa doğru qaçmağa çalışırdılar. Türk topçu atışları şəhərə zərər vermək istəmirdi və yalnız əsgər səngərlərini hədəfə alırdı. Top səslərini eşidən rus və ermənilər qorxu və təlaş içində sahildəki gəmilərə tərəf qaçırdılar. Bakı limanında 5-6 gəminin şəhərdən qaçmağa hazırlaşan insanlarla dolu olduğu görünürdü. Hücum xəttinin sol tərəfinə qarşı irəliləməyə çalışan düşmən, geriyə oturduldu. Xırdalandakı bəzi piyada və süvarilərin də geriyə çəkildiyi görünürdü. Düşmən gəmilərindən atılan top atəşləri hücumda olan türk əsgərini dayandıra bilmirdi. Qafqaz İslam Ordusu, düşmən birliklərinin telefon danışıqlarını da dinləyirdi. Bunlardan birindən başa düşüldüyü qədərincə, türklərin şəhərə girməsi halında mümkün olan yol və istiqamətlərin top atəşinə tutulması kimi tədbirlərdən söhbət gedirdi. Başqa bir dinləmədə də şəhəri qorumağa çalışan düşmən qüvvələrinin sol və sağ cəbhələrinin süqut etmək üzrə olduğu məlum oldu. Buna görə adının podpolkovnik Əzizov olduğu bildirilən bir bölük komandiri, Bakının müdafiəsini idarə edən general Kornilovu təcili telefona çağırırdı. Əzizov müdafiə xətlərinin qırıldığını və türk əsgərinin şəhərə girmək ərəfəsində olduğunu bildirərək, bu vəziyyətdə nə edəcəklərini soruşurdu. Bu və buna bənzər məlumatları vaxtında qiymətləndirən Şərq Cəbhəsi Komandanı Mürsəl paşa, vəziyyəti Nuru paşaya vaxtında çatdırır və hücumun planlaşdırılan şəkildə uğurla davam etdiyini söyləyirdi. Türk ordusu, Bakının yandırılıb-dağıdılmasını, xaraba olmasını istəmədiyi üçün, şəhərin ziyan vurulmadan alınacağına olan ümid getdikcə artırdı. Bakıdakı ingilis ordusunun rəhbəri general Laynl Denstervil Bakı yaxınlığındakı hücumun ilk anlarında düşmənin birinci müdafiə xətti tamamilə məhv edilmişdi. Türk əsgərləri ikinci müdafiə xəttinə doğru irəliləyirdi. Bu şərtlər altında Bakının ələ keçirilməsi artıq an məsələsi idi. İkinci müdafiə xəttinə edilən hücum əsnasında türk topçu atəşinin, əvvəlkilərə nisbətən getdikcə azaldığı nəzərə çarpırdı. Topçular günorta saatlarına doğru irəliyə hərəkəti davam etdirən piyadalara lazımi səviyyədə dəstək verə bilmirdilər. Günortadan sonra isə top mərmisi tamamilə qurtardı. Top atəşlərinin kəsilməsindən sonra çaşqınlığı aradan qaldıran düşmən, 38-ci alayın birinci batalyonunun olduğu yerə tərəf hücuma keçdi. Ehtiyat bölüyünün vaxtında müdaxiləsi nəticəsində bu hücum dəf edildi. Düşmənin top və pulemyotları 38-ci alay ilə 60-cı batalyonu şiddətli atəşə tutmuşdu. Xüsusilə, pulemyot atəşi altında piyadalar ağır vəziyyətə düşmüşdülər. 10-cu alay da topçu dəstəyindən məhrum bir vəziyyətdə idi. Top və pulemyot çatışmazlığı səbəbindən ağır itkilər verilməyə başlamışdı. Qrup komandanı vaxtında yaxşı bir tədbir görərək, qrupun sağ cinahının arxasındakı uc batalyonda olan ehtiyat qüvvələri döyüş meydanına çıxara bilmədi. Bunun nəticəsində 13-cü alay geri çəkilmək məcburiyyətində qaldı. Top mərmisinin tükənməsi və pulemyotların əksəriyyətinin susması şimal və Cənub qruplarının səhərki mövqelərinə çəkilməsi ilə nəticələndi. Çünki çox dəyərli zabit və əsgərlər döyüş meydanında həlak olur, silahları daşıyan qatırlar ölürdülər. Beləliklə, ordu Heybət-Biləcəri dəmir yolunun qərbinə keçmişdi. Böyük dəyanət və fədakarlıqlarla, adətən, sürünərək çıxılan düşmən səngərlərinə çatan Türk Qafqaz İslam Ordusu, beləcə, daha çox itki verməmək üçün geri çəkilmək məcburiyyətində qalmışdı. Əgər ordunun bu vəziyyətində düşmən onları təqib etsəydi, şübhəsiz, Heybət-Biləcəri dəmir yolunun qərbindəki yüksəkliklər də əldən çıxar və itkilər daha ağır olardı. Türk ordusu ordunu bir yerə yığmağa və yüksəkliklərdə mövqe tutmağa çalışırdı. Kifayət qədər silah və kömək gələnə qədər bu vəziyyəti qoruyub saxlamağa çalışırdı. 5 avqustdakı hücumun top mərmiləri olmadan başlanılması, uğursuzluqla nəticələndi. Bakıdan əldə edilən telefon danışıqlarına əsasən, eyni gündə Cənubi Azərbaycandakı Rəşt şəhərindən gəmi ilə 300-ə qədər ingilis əsgərinin gəldiyi və düşmən qüvvələri ilə birləşərək, ertəsi gün, yəni 6 avqustda bütün cəbhələrdən hücuma keçəcəkləri haqda məlumat əldə edilmişdi. Biləcəri-Heybət dəmir yolunun qərbinə çəkilən Cənub və ġimal qruplarının cəmləşərək döyüş vəziyyətinə gətirilməsi, 6 avqust səhərinə qədər davam etdi. Ordu qərargahındakı zabitlərlə süvarilər və digərləri, mövqelərində möhkəmlənməyə çalışan Mehmetçiyin yenidən təşkil olunmasına kömək edirdilər. Düşmən qüvvələri eyni gündə yeni bir həmləyə başladıqda da itkilər verərək geri çəkilməyə məcbur oldular. Birinci Bakı hücumunda erməni, rus və ingilis birləşmiş qüvvələrindən 2 mindən çox ölən və yaralanan olmuşdu. Türk ordusunun itkiləri isə, zabitlərdən – 9 şəhid, 19 yaralı, əsgərlərdən -139 şəhid, 444 yaralıdan ibarət idi. Cəmi 547 piyada tüfəngi, 37 pulemyot yararsız hala düşmüşdü. Şərq Qrupu Komandanı Xəlil paşa, 31 iyul 1918-ci il tarixində Batumdan keçərək Tiflisə getmişdi. Bakıya birinci hücum Xəlil paşanın Tiflisdə olduğu günlərə təsadüf edirdi. Gürcü qəzetləri hadisəni "Türklər Bakıya hücum etdilər, məğlub oldular, geri qaçırlar" kimi ifadələrlə oxuculara çatdırırdılar. Bu xoşagəlməz xəbərlərdən narahat olan əsgər, iki səhra batareyası, düşmən Xəzər dənizində olan döyüş gəmilərindən açdığı atəşi susdurmaq məqsədi ilə dörd ağır top batareyası, hava hücumundan müdafiə üçün bir dəstə, müxtəlif çaplı 28 min top mərmisi, min qutu mauzer tüfəngi mərmisi və rus piyada tüfəngləri üçün beş yüz qutu mərmi, telefon və teleqraf rabitəsinin lazımi qaydada yerinə yetirilməsi üçün lazımi avadanlıqlar və iyirmi hərbi nəqliyyat vasitəsinə təcili ehtiyac duyulduğu qeyd edildi. Qafqaz İslam Ordusunun Bakıya yürüş planı 15-ci piyada diviziyasının yardıma gəlməsiylə, Qafqaz İslam Ordusu Komandanlığı 10 sentyabrda bir əmr yayaraq, cəbhədəki bütün hərbi birləşmələrin hücum hazırlığına başlamasını tələb etdi. Şərq Cəbhəsi Komandanlığı və buna tabe olan şimal Qrupu ləğv edilərək, hərəkata başçılıq edəcək Qafqaz İslam Ordusunun tabeliyinə verildi. 5-ci Qafqaz piyada diviziyasında Mürsəl paşa, 15-ci piyada diviziyasında podpolkovnik Süleyman İzzət bəy, Cənub Qrupu hərbi birliklərinə isə polkovnik (albay) Cəmil Cahid bəy komandanlıq edəcəkdi. Podpolkovnik Həlim Pərtəv bəy də Cənub Qrupu tabeçiliyində olan Azərbaycan Türklərindən təşkil olunmuş milislərdən ibarət 4-cü alayı sövq və idarə edəcəkdi. Qafqaz İslam Ordusu Qərargahı ilə 5-ci Qafqaz piyada diviziyasının qərargahı Güzdəkdə, 15-ci piyada diviziyasının qərargahı isə Binəqədidə olacaqdı. General Deustervilin xatirələrində yazdığına görə, 12 sentyabrda ingilislərə sığınan ərəb əsilli bir əsgər, Bakıya ediləcək əsl hücumun ayın 14-də Qərb cəbhəsindən başlayacağını bildirmişdi. Bu halda, Lənkərandakı rus əhalidən təşkil olunmuş milisin gücü ilə Muğan düzündə Türk ordusuna arxadan həmlə edilməsini düşündü, ancaq vaxtın az olduğunu nəzərə alaraq, bu fikrindən daşındı. İkinci Bakı hücumundan əvvəl şəhərdə əhval-ruhiyyələr xeyli fərqli idi. Şəhərdəki türklər səbirsizliklə Türk Qafqaz İslam Ordusunun hücuma keçməsini gözləyirdi, rus, erməni və ingilislər isə təlaş içində idilər. Xalq qorxu içindəydi. Sentrokaspi hökuməti də Bakıda növbəti səfərbərlik elan etmişdi. Belə ki, küçəyə çıxan xəstə, axsaq, əlini, bir gözünü itirən kişiləri belə cəbhəyə sürükləyirdilər. Bakıdakı rus əhali isə erməni daşnakların bu hərəkətindən bərk narahat idi. Zorla səfərbərliyə alınanların sayı Sentrokaspi hökumətinin hesabına görə 72 minə çatmışdı. Bunlardan 30 mini rüşvət verərək cəbhəyə getməkdən canını qurtarmışdı. Silah verilmiş min nəfərdən isə, ancaq 3-5 mini cəbhəyə getmişdi. Bunlar arasında peşələrinə görə də hərbi qruplar təşkil olunmuşdu. Hücum hazırlıqlarını yerindəcə görmək və lazımi təlimatlar vermək üçün Şərq Orduları Qrupu Komandanı Xəlil paşa cəbhə xəttinin ən ön nöqtələrinə qədər getdi. Ordu və diviziya komandirləri ilə cəbhə xəttindəki mövqelərdə məsləhətləşmələr, hücumun necə olacağı barədə fikir mübadiləsi apardı. Mehmetçiyin vəziyyətini yoxladı və onları ruhlandırdı. Qafqaz İslam Ordusu Komandanlığı Qərargahı, hazırladığı döyüş planına görə, Bakıya əsaslı hücumun sentyabrın 13-dən 14-nə keçən gecə yarısı, qərb istiqamətindən başlanmasını qərara aldı. Düşməni çaşdırmaq üçün də bəzi tədbirlər görüldü. Bakıya hücumun şimaldan ediləcəyi görüntüsünü vermək üçün cəbhədəki ordunun böyük bir bölüyü 3 sentyabrdan etibarən Yanardağ və Binəqədi ətrafına yığılmışdı. Bakı hökumətinin əlində olan təyyarələr, hücum başlayan günə qədər hər gün kəşfiyyat uçuşları keçirirdi və türk əsgərinin şimal bölgəsinə cəlb edilməsini müşahidə edirdi. Komandirlərin müşavirəsində 15-ci piyada diviziyası komandanı podpolkovnik Süleyman İzzət bəy, hücum haqqında fikirlərini söyləyərkən, 5-ci Qafqaz piyada diviziyasının yerləşdiyi mövqelərdən gecə basqını şəklində hücuma keçmənin uyğun olacağını bildirdi. Əsl hücum qüvvələrinin güclü top atəşinin müşayiəti ilə Biləcərinin şərqindən və bu qəsəbənin yüksəkliklərindən hücuma keçməsini təklif edən Süleyman İzzət bəy azərbaycanlılardan qurulan süvari birliklərinin də Əhmədli bölgəsindən hücuma keçərək, Bakını müdafiə edən düşmənin diqqətini yayındırmasının ağlabatan olduğunu bildirdi. Beləliklə, üzük qaşı kimi əhatə olunan erməni, rus və ingilis ordularının, limandakı gəmilərə minib qaçmalarına fürsət verilmədən, məhv edilmələrini qeyd etdi. Ancaq Komandanlıq bu döyüş planını bəyənmədi. Bakıdakı Daşnak – bolşevik qüvvələrinə köməyə gəlmiş ingilis döyüşçüləri Qafqaz İslam Ordusu qərargahının bəyəndiyi hücum planı belə idi: düşmənə, türk hərbi qüvvələrinin hərəkəti nəticəsində, əsl hücumun Bakının şimal bölgələrindən başlanacağı görüntüsü verilməli idi. Düşmən yanlış hazırlıq görəcək, o zaman əsl hücum qrupu qərb cəbhəsində toplanan 5-ci Qafqaz piyada diviziyası olacaqdı. Diviziyanın tabeliyindəki qoĢun hissələri Hacıhəsən kəndinin şərqindən, Sarıxaçlı Kilsəsi kəndi istiqamətində basqın şəklində irəli hərəkətə başlayaraq, ağır silah işlətmədən, yalnız qumbara və süngü hücumu ilə düşmənin ilk müdafiə xəttinə basqın edərək düşmənin birinci səngərlərini ələ keçirəcəkdi. Bura çatdıqdan sonra dərhal düşmənin ikinci müdafiə xətti üzərinə yeriyərək oranı da işğal edəcəkdi. Bu vaxtlar havanın işıqlanacağı nəzərə alınaraq, 35 topun müşayiəti ilə, vaxt itirmədən irəli hərəkəti davam etdirəcəkdi. Eyni zamanda zirehli qatar Heybət stansiyasına doğru hərəkət edərək, Qurd qapısı təpəsində yerləşən düşmən mövqelərinə atəş açaraq onların diqqətini özünə cəlb edəcəkdi. Beləliklə, hücuma keçən 5-ci Qafqaz piyada diviziyasının sağ cinahını, düşmənin atəşindən qoruyacaqdı. 5-ci Qafqaz piyada diviziyasının əsl qüvvə mərkəzi sol tərəfdə olacaqdı. Ordu ehtiyatı olaraq ayrılan 106 və 107-ci Qafqaz alayları, Çəkmal kəndi ətrafında yerləşəcək və hər an hazır vəziyyətdə gözləyəcəkdilər. Salyan dəstəsi isə 5-ci Qafqaz piyada diviziyasının əmrində Ələt-Puta bölgəsində dayanacaqdı. Diviziyanı yan tərəfdən qoruyacaq və dəmir yolu ilə əlaqəsini təmin edəcəkdi. 15-ci piyada diviziyası isə düşmənin, əsl hücum istiqaməti zənn etdiyi şimal cəbhəsində idi. Bu diviziyanın vəzifəsi hücum görüntüsü yaratmaq idi. Gecə yarısından etibarən Biləcəri, Balaxanı, Suraxanı və Əhmədli istiqamətlərində, aramsız top və pulemyotların müşayiəti ilə, şimaldan güclü bir hücum başlandığı görüntüsü yaradacaq, kəşfiyyat edərək düĢmən üzərinə yeriyəcəkdi. Bu diviziyanın hədəfi Əhmədli bölgəsini ələ keçirərək Bakının şimal və şərq istiqamətlərindən şəhərə girmək idi. Digər tərəfdən də əsl hücumu gerçəkləşdirməli olan 5-ci Qafqaz piyada diviziyasına qarşı əlavə qüvvə göndərilməsinə mane olacaqdı. Beləliklə, qərb cəbhəsindən edilən əsl hücumun uğurla nəticələnməsi üçün heç bir müqavimətlə qarşılaşmadan düşmənin müdafiə xəttinin qərb və şimal istiqamətlərindən parçalamasını təmin edəcəkdi. Tofiq bəy və ya Maştağa dəstəsi, Balaxanı bölgəsindən Bakıya doğru irəliləyəcək və Zehni bəyin Süvari dəstəsinin qarşısındakı düşməni arxadan mühasirəyə alacaqdı. Zehni bəyin dəstəsi isə Tofiq bəyin dəstəsi ilə birləşərək Əhmədli üzərinə yeriyəcəkdi. Bakıdakı daşnak – bolşevik qüvvələrini top atəşinə tutan türk əsgərləri Ediləcək hücum haqqındakı Bakı Hazırlanmış Qərargahı 1918-ci ilin 13 sentyabr günü Xəlil və Nuru paşalar ilə diviziya komandanlarına göstərildi. Türk ordusunun əlavə qüvvələr aldığını görən düşmən ordusunda ruh düşkünlüyü yaranmışdı. Hücum hazırlıqları davam edərkən, son bir neçə gün içərisində Ənzəlidən 900 nəfərlik ingilis qüvvəsi və Dağıstanın Mahaçqala şəhərində olan Biçeraxova tabe qüvvələrdən rusların çoxluq təşkil etdiyi 500 nəfərlik bir qüvvə da Bakıya köməyə gəlmişdi. Bu əlavə qüvvələr belə, Bakıdakı mənəvi məğlubiyyəti aradan qaldıra bilmirdi. Birləşmiş düşmən qüvvələri arasında fərarilik artmışdı. Komandirlər isə sərt tədbirlərə əl ataraq bunun qarşısını almağa çalışırdılar. Türk ordusundan qaçan ərəb əsilli əsgərdən alınan məlumatlar ilə Deustervilin gördükləri və gələn məlumatlar tutuşdurulurdu. Qafqaz İslam Ordusunun Bakıya şimaldan hücum edəcəyi qənaətinə gələn erməni və ingilis hərbi birləşmələrinin böyük əksəriyyəti Heybət-Biləcəri-Balaxanı cəbhəsinə yığılmışdı. Süvari birlikləri isə Bakının qərbindəki Zığ bölgəsində toplanmışdı. Bakının ərzağı dəniz yolu ilə cənubdakı Lənkəran bölgəsindən gətirilirdi. Borular bir az əvvəl Türk ordusu tərəfindən kəsildiyi üçün şəhərdə dəhşətli su qıtlığı yaranmışdı General Deustervil öz xatirələrində yazdığına görə, 13 sentyabr axşamı Bakıdakı birləşmiş qüvvələrin qərarı belə idi: Sol cinaha Veqsurab başçılıq edirdi. Bibiheybət və Qurd qapısı dağında Stanforda tabe şimal A bölüyü, onun sağında erməni batalyonu, Qurd qapısında rus əsgəri birlikləri, Qurd qapısının şərqində 800 metrlik ərazidə də Stanforda tabe şimal B qrupu yerləşmişdi. Bu bölüyün yanında Hacıhəsən kəndinin qarşısında erməni ordu birləşmələri yığılmışdı. Sol cinahda münasib yerlərdə toplar və ehtiyat qüvvələri yerləşdirilmişdi. Bakıdakı birləşmiş düşmən qüvvələrinin sağ cinahı Kazarovun komandanlığı altındaydı. Bu cinahın sol tərəfini – Hacıhəsən kəndindən Biləcəriyə qədər olan cəbhə xəttini Biçeraxova tabe əsgərlər qoruyurdu. Biləcəri stansiyasından Dərnəgülə qədər olan bölgə də ingilislərin nəzarəti altındaydı. Dərnəgül gölünün şimalında ermənilər, onlardan şərqdə isə yenə də ingilislər yerləşmişdi. Bakı-Binəqədi yolunun şərqindən başlayaraq 3 km-lik bir ərazidə ingilislərin 39-cu alayı, bu cəbhənin sağ üçündə isə ermənilər mövqe tutmuşdu. Birləşmiş qüvvələrin sağ cinahı da kifayət qədər pulemyot, topçu batareyaları və ehtiyat qüvvələrlə təchiz edilmişdi. Cəbhədəki Sentrokaspi ordusuna general Dokuçayev, ingilis hərbi birləşmələrinə də Kayvorth komandanlıq edirdi. Bakı əsas müdafiə xətti isə Sentrokaspi Müdafiə Naziri Baqratun ilə ingilis generalı Deustervilin idarəsi altında idi. Nuru paşanın verdiyi əmrə əsasən, şimal Cəbhəsində yerləşən 15-ci piyada diviziyası komandanının sərəncamında 38 alay, 2 süvari alayı, Azərbaycan türklərindən ibarət süvarilər və milis batareyaları var idi. Qalan bütün hərbi qüvvələr 13-14 sentyabr gecəsində qərb cəbhəsinə göndərildi. Bakı cəbhəsindən əsl hücuma keçəcək 5-ci Qafqaz piyada diviziyasının tabeliyindəki 9, 10, 13 və 56-cı piyada alaylarının orduları bütün günü bölgədəki dəmir yolunun ətrafında olan vadilərdə düşmən kəşfiyyatçılarından gizlənərək keçirdi. Cəbhədəki topçu dəstəsinin böyük bir bölüyü də 5-ci Qafqaz piyada diviziyasının tabeliyinə verildi. Diviziyanın cəbhə uzunluğu 1500 metr, 15-ci piyada diviziyasının cəbhə genişliyi isə təxminən 30 kilometr olardı. Üstəlik iki diviziyanın sərəncamındakı hərbi qüvvələrin münasibətində də böyük bir qeyri-sabitlik var idi. Qərb cəbhəsindəki 1.500 metrlik sahədə dörd alay döyüşəcəkdi. Belə dar bir sahədə bu qədər ordunun döyüş qabiliyyətini tam göstərərək müharibədə iştirakı bir qədər çətin olardı. Bakı cəbhəsində döyüşə hazır olan Qafqaz İslam Ordusunda Anadoludan gələn təxminən 8 min türk əsgəri, 7 min də Azərbaycanlı türklərdən ibarət milis qüvvələri dayanmışdı. Türk Qafqaz İslam Ordusunun 5 avqustdakı məğlubiyyətinin üstündən düz 39 gün keçmişdi. Bakıdakı birləşmiş düşmən qüvvələrinin müdafiə xəttini yarmaq üçün 9 və 5-ci alaylar hazırlanmışdı. Bakıya hücum əmri Hücum hazırlıqlarının başa çatdığını görən Qafqaz İslam Ordusu Komandanı Nuru paşa, 13 sentyabr 1918-ci il tarixində diviziya komandanlıqlarına göndərdiyi əmrdə, 14 sentyabr gecə saat 02.00-da hücumun başlayacağını bildirdi. Qərargahdan "irəli" əmri verilincə, birliklər, gecənin qaranlığında Heybət-Biləcəri dəmir yolu xəttinə doğru irəliləməyə başladılar. Hədəfdə düşmənin birinci müdafiə xətti idi. 56-cı piyada alayı saat 01-də Şabanı-Bakı yolunun şimalından, 9-cu Qafqaz alayı isə bu yolun cənubundan hücuma başladı. Bu alaylar 03.00-da verilən tapşırığı uğurla yerinə yetirdi və erməni, rus və ingilislərin birinci müdafiə xəttini səssizcə işğal etdi. 5-ci Qafqaz piyada diviziyasının rəhbəri podpolkovnik (yarbay) Rüştü bəy, hücumun başlanmasını bu cümlələrlə ifadə edirdi: "Bu gün 5 avqust tarixinin üzərindən 39 gün keçir. 5-ci Qafqaz firqəsi heç ana vətəndəki döyüşlərdə belə, Azərbaycanda olduğu qədər çətin, qanlı itkilərə uğramamışdı. Həm din, həm də irqini qurtarmaq üçün, mənsub olduğu ordunun qəhrəmanlıq dastanını yerə salmamaq üçün əsgər və zabit heyəti səylə çalışmış, qan axıtmış və canlarını fəda etmişdilər. İstiqlalına vurğun Anadolu türkü, nəhayət, qonşu və qardaş millətin istiqlalını da çətin mübarizələr ilə təmin və azərbaycanlılara təhvil verirdi. Sentyabrın 13-dən 14-nə keçən gecə bütün firqə heç yatmamışdı. 5 avqustdakı məğlubiyyətin acısını çıxarmaq və intiqam almaq üçün hər kəs hücum vaxtının gəlməsini səbirsizliklə gözləyirdi. Axır ki, gözlənilən o saat gəlmiş və kontingent gecənin dərin qaranlıqları içində gündüzdən bələdlənmiş Heybət-Bakı dəmir yoluna doğru axmağa başlamışdı. Bu dəfə Bakının ələ keçiriləcəyinə hamıda inam var idi. Ruh yüksəkliyi hökm sürürdü. İlk qumbara səsləri düşmənin ilk mövqelərinə çatıldığından xəbər verirdi". — Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 202-203 9-cu alayın sağ cinahını qorumaq üçün 13-cü alay, 56-cı alayın sol cinahını düşmən hücumundan qorumaq üçün isə ehtiyatdakı 106-cı alay irəli hərəkətə başlamışdı. Ağır toplardan başqa bütün toplar sürətlə ələ keçirilən düşmən səngərlərinə daşındı. Düşmənin birinci müdafiə xəttində yerləşmənin başa çatdığını görən komandirlər, yenidən irəli hərəkətə keçdilər. 56-cı alay səhər saat 06.00-da ikinci müdafiə xəttini də işğal etdi. Qurd qapısı dağında olan düşmən birləşmələri hərəkətə keçməyə hazırlaşarkən, ora güclü top atəşinə tutuldu və bu hərəkətləri nəticəsiz qaldı. Sallaqxana və Salyan kazarmalarındakı topçu batareyaları da türk topçusunun atəşləri ilə susduruldu. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 204 İrəli hərəkəti uğurla davam etdirən 56-cı alay, düşməni geri oturtdu. 13 və 19-cu alaylar da düşmən səngərlərini dağıdaraq, sərt maneələri aşıb qəbiristanlığın qərbindəki düzənliyə çıxmağa müvəffəq oldular. İkinci Bakı hücumunda qeyri-adi bir şövqlə döyüĢən 56-cı alayın əsgərləri, komandirləri başda olmaqla Qurd qapısı cəbhəsindən qaçan düşmənə, Bayıl həndəvərində daha bir ağır zərbə vurdu. Bundan sonra birləşmiş düşmən qüvvələri tamamilə pozuldu və Məhmətçiyin təqibi altında Bakıya tərəf qaçmağa başladı. Xristian qəbiristanlığının yaxınlığındakı Qırmızı kazarma ətrafında cəm olmağa çalışan düşmən birlikləri, top atəşi və 56-cı alayın inadlı təqibi nəticəsində buradan da qovuldular və tamamilə dağılaraq, şəhərin içindəki ara küçələrlə sahilə doğru qaçdılar. Qərb Cəbhəsində nizamı pozulmuş rus, erməni və ingilislərdən ibarət birləşmiş qüvvələr, sahilə yığılaraq, limandakı gəmilərə minməyə çalışırdılar. Lakin sahilə tuşlanan top atəşləri altında buna müvəffəq olmadılar. Xəlil paşa Bakıya edilən hücumun ilk günü döyüş meydanında gördüklərini və yaşadıqlarını bu cümlələrlə ifadə edir: "Hava təzə işıqlanmağa başlamışdı ki, piyadanın özünə məxsus qışqırıqları (Allah, Allah) ilə qumbara və süngü hücumuna başlanıldı. Hücum qoluna sağdan və soldan həmlə edən düşmən ehtiyat qoşunları, "qəmə" şəklində irəliləyən türk birliklərinin sağa-sola açdığı yaylım atəşləri ilə geri oturdulurdu. İkinci Bakı hücumunun birinci günündə türk əsgərinin düşmənin müdafiə xətlərini surətlə ələ keçirməsi, general Deustervili heyrətə gətirmişdi. Xatirələrində bunları belə qeyd edir: "İnanmaq mümkün deyil. Cəbhəmizin ən güclü xətti türklər tərəfindən ələ keçirilmişdi. Həm də türklərin hücuma keçəcəyinin bütün birliklərə xəbər verilməsinə baxmayaraq, işğal edildi. İnanmaq çətin olsa da, mövcud vəziyyət belə idi. Cəbhədəki bütün üstünlüklərin bizim tərəfimizdə olmasına baxmayaraq, hücumun ilk anlarında darmadağın olan hərbi qüvvələrimizin artıq nəsə edə biləcəyinə ümid qalmamışdı. Bu vəziyyətdə üzərimizə düşən əsl vəzifə, geri çəkilmək və düşmənin hərəkət sürətini azaldaraq, hərbi birləşmələri yenidən nizamlamaq idi". — General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran, s. 263 5-ci Qafqaz piyada diviziyasının əldə etdiyi uğurun davamı kimi, Bakının şimal cəbhəsindən hücuma keçən 15-ci piyada diviziyası da verilən tapşırığı layiqincə yerinə yetirirdi. Birləşmiş düşmən qüvvələri, şəhərin şimal bölgəsində olan 5-ci Qafqaz piyada diviziyasının cəbhəsindəki hərbi qüvvələri möhkəmləndirməmişdi. Qafqaz İslam Ordusunun döyüş planı və taktikası uğurla həyata keçmişdi. 15-ci piyada diviziyası, gecə yarısından etibarən 40 nəfərlik güclü kəşfiyyat qolları halında düşmən mövqelərinə yaxınlaşdı. Bu şəkildə tərəflər arasında piyada döyüşlərinin başladılması, düşmənin diqqətini şimal cəbhəsinə çəkirdi. Biləcəri yüksəklikləri istiqamətində hərəkətə başlayan 38-ci alay, düşmənin müdafiə xəttinə girdi və çətin bir müharibəyə başladı. Birləşmiş düşmən qüvvələrinin müdafiə xəttinə 500-600 metr yaxınlaşdığı zaman, düşmənin Biləcərinin şərqində gizlətməyə müvəffəq olduğu altı pulemyot, türk əsgərinin sağ tərəfini güclü atəşə tutdu. Bu səbəbdən böyük itkilər oldu. Piyada diviziyası komandanlığı sərəncamına ağır toplar verilmişdi. Böyük Britaniya hərbi maşını Bakı cəbhəsində döyüş zamanı Diviziya komandiri yarbay (podpolkovnik) Süleyman İzzət bəy bu alayı gücləndirmək üçün bir neçə ağır top göndərilməsini tələb etdi. Bununla da, qərb cəbhəsi ilə şimal cəbhəsi arasında sıxışdırılacaq düşmən birliklərinin tam məhvinə nail olunacaqdı. Şimal cəbhəsində alınan əsirlərdən əldə edilən məlumata görə, 38-ci alayın lap qarşısında, 100-ü ingilis, 700-ü rus və 800-ü ermənilərdən ibarət olan təqribən 1.600 nəfərlik düşmən qüvvələri yerləşirdi. Əllərində isə ikisi uzun mənzilli olmaqla 12 top və 16 pulemyot vardı. Komandanlıq, 107-ci Qafqaz alayına 38-ci alayı sağ cinahdan qorumaq tapşırığı vermişdi. Ancaq güclü atəş altında qaldığı üçün, tapşırığı yerinə yetirmək çətinləşirdi. 107-ci Qafqaz alayı günortadan sonra iki diviziyanın arasındakı boşluğu doldurmaq üçün Hacıhəsən kəndi ətrafına göndərilmişdi. Bir saata yaxın davam edən qanlı müharibədən sonra 38-ci alay, saat 15.00 radələrində Biləcərinin cənubundakı yüksəklikləri ələ keçirə bildi. Biləcərinin yüksək yerlərində yerləşmiş və üstün atəş mövqeyi tutan düşmənin sayı bu bölgədə təxminən 2 min nəfər idi. Düşmən birləşmələrinin iri çaplı topları qarşısında, dörd kiçik çaplı topla mübarizə aparan 38-ci piyada alayı, irəli hərəkətini qəhrəmanlıqla davam etdirərək, axşamüstü saat 19.00 radələrində Bakının bir kilometrliyinə qədər irəlilədi. Şimal cəbhəsinin şərqində 15-ci piyada diviziyasının rəhbərliyi altında döyüşən və Azərbaycanlı türklərdən ibarət olan Maştağa dəstəsi isə Sabunçunu ələ keçirdi. Bakının şərqində mövqe tutmuş Zehni bəyin dəstəsi də Əhmədli istiqamətində irəliləyərək əhəmiyyətli uğurlar əldə etdi. Maştağa dəstəsi – Tofiq bəyin dəstəsi Sabunçu stansiyasını ələ keçirdi. Bu dəstə, sayı bilinməyən piyadalar ilə 100 süvari və beş topdan ibarət olan düşmən qüvvələrinə qarşı Hövsandan hücuma keçdi və Əhmədli bölgəsinə tərəf irəlilədi. 5-ci Qafqaz piyada diviziyası da verilən tapşırığı uğurla yerinə yetirmiş və Bakının kənar məhəllələrinə qədər soxulmuşdu. Küçə döyüşlərində tələfat verilə biləcəyi düşüncəsiylə, saat 16.00-da hərəkətə ara verildi. 14 sentyabr 1918-ci il axşamında 5-ci Qafqaz piyada diviziyası, sağdan olmaqla 13, 9, 56 və 10-cu alayları ilə Xristian qəbiristanlığı-Sallaqxana-Qırmızı kazarma-Ağ kazarma xəttində mövqe tutmuşdu. İkinci Bakı hücumunun birinci günündə yaşanan qanlı döyüĢlərdə 56-cı alay bir zabit və 16 sıravi şəhid vermiş, iki zabit və 74 sıravi yaralanmışdı. 15-ci piyada diviziyasına tabe olan 38-ci alaydan bir zabit şəhid olmuş, bir zabit və 116 sıravi yaralanmışdı. 5-ci Qafqaz piyada diviziyasına tabe 56-cı alaydan isə bir zabit, on altı sıravi şəhid olmuş, iki zabit və 47 sıravi yaralanmışdı. General Deustervil, ikinci Bakı hücumunun birinci günündə Qafqaz İslam Ordusu qarşısında müqavimət göstərməyin bir fayda verə bilməyəcəyi qənaətinə gəldi. İngilis birliklərinə axşam saat 20.00 radələrində geri çəkilmə əmri verdi. Saat 22.00-da isə bütün ingilis hərbi birləşmələri Kreyzer gəmisinə minmişdi. İngilislərin Bakıdan aralanmasına mane olmaq məqsədilə Sentrokaspi üzvlərindən Liyamlin və Sadovski, Deustervil ilə görüşmək üçün Kreyzer gəmisinə gəldilər. Sadovski Deustervilə xitabən hökumət adından bir məktub gətirdiyini və şəhərin müdafiəsindən qaçmaması gərəkdiyini bildirdi. İngilis birliklərinin geri çəkilməsinin xəyanət kimi qiymətləndiriləcəyini və buna qarşı sərt tədbirlər görüləcəyini bildirərək, hərbi birləşmələrin yenidən cəbhənin müdafiə xətlərinə göndərilməsini tələb etdi. Türklərin hələ şəhərə girmədiyini və müharibəni davam etdirəcəklərini də qeyd etdi. General Deustervil də Sadovskiyə bu cavabı verdi: "Mənim Bakıdan getməyim heç də xəyanət deyildir. Çünki mənim fikirlərim sizin hökumətə bəlli idi. Mənim hərbi qüvvələrim heç bir kömək almadan 16 saat döyüşdülər. Sizin əsgərləriniz isə çox zəif döyüşürdülər. Belə bir vəziyyətdə mən əsgərlərimin həyatını qurban vermələrinə razı olmaram. Hərbi birləşmələrimin dərhal cəbhənin ön sıralarına sövq edilməsinə gəlincə, dəyişdirilmədən və yardım almadan 16 saat vuruşmaq, fiziki baxımdan mümkün deyildir. Mən belə bir əmr verməyəcəyəm və elə indicə yola çıxıram." İngilis birləşmələri Bakı və ətrafında qaldıqları gün ərzində 180 əsgərini itirmişdi. İngilislərin geri çəkilməsindən xəbər tutan Biçeraxova tabe qüvvələr də öz gəmilərinə yığılaraq Mahaçqala istiqamətində yola düşdülər. Beləliklə general Deustervilin sərəncamındakı ingilis hərbi qüvvələri sentyabrın 14-dən 15-nə keçən gecə Bakıdan ayrılaraq Ənzəliyə doğru hərəkət etdi. Qafqaz İslam Ordusu qarşısında Bakının qorunmasında iştirak edən qüvvələrdən yalnız yerli rus və erməni daşnaklarının hərbi birləşmələri qalmışdı. Bakıya hücumun ikinci günü Bakıya gələn ingilis ordusunun komandanı General Denstervil, şəhərdə yoldaşları ilə. Bakının kənar məhəllələrində olan Məhmətçiyin üzərinə, gecə boyunca ara-sıra pulemyot və piyada tüfəngindən atəş açılırdı. Bakını müdafiə etməyə çalışan düşmən qüvvələri, şəhərin qərb bölgəsindəki Qırmızı kazarma ətrafında toplaşmışdı. Türk topçusunun səhərə yaxın başladığı hazırlıq atışı tamamlandıqdan sonra, 5-ci Qafqaz piyada diviziyasına bağlı 13, 19 və 56-cı alaylar, havanın işıqlanmasıyla bərabər şəhərə girməyə başladılar. Erməni və rus əsgərləri, ara küçələrdə, yaxud da gizləndikləri binaların üstündən atəş açırdılar. Bu həmlələr planlı bir müqavimət deyildi. Bu son müqavimətlər də fayda vermədi və qısa sürən küçə döyüşləri də dayandırıldı. Rus və erməni birliklərinin böyük qisminin gəmilərlə qaçmaq üçün limana yığışdıqları məlum olan kimi, sahil boyu güclü top atəşinə tutuldu. Bu arada Bakı körfəzi açıqlığındakı Nargin adasının ətrafında, şəhərdən qaçan ingilis əsgərlərini daşıyacaq yeddi gəmi hərəkətə hazır vəziyyətdə gözləyirdi. Birləşmiş düşmən qüvvələri Bakıdan qaçarkən, şəhərdəki yanacaq məntəqələri və bəzi başqa əhəmiyyətli yerləri yandırmış bir neçə ölü gördük. Ordu komandanı verdiyi telefon əmrində "şəhərdəki yanğının söndürülməsini və təslim olan ermənilərin qorunmasını" tələb etdi. Ancaq şəhərdəki işğal hələ o nöqtəyə çatmamışdı. İngilislər, Çanaqqalada ağır bir məğlubiyyətə uğramışdılar. Bundan sonra İraqda Qut yaxınlığında onları ağır bir şəkildə məğlub edən və komandirləri general Thovnsendi əsir alan Xəlil paşa, bu dəfə də Bakıda ingilislərə, Birinci Dünya müharibəsindəki ən ağır üçüncü məğlubiyyəti dadızdırmaq üzrəydi. Xəlil paşa cəbhədəki ən yüksək rütbəli komandir olmasına və hücumu idarə etməsinə rəğmən bəzən hücum edən ən ön sıralarda, əlində silah vuruşurdu. Bakıda olan ingilis qüvvələrinin hamısı "Avropa" və "Metropol" otellərində yerləşmişdilər. Türk topçusunun hədəfi bu otellər idi. General Deustervil isə komandir gəmisində yerləşmişdi. Xalq arasında ingilislərin Bakıdan qaçmağı xəbəri sürətlə yayılırdı. Deustervil, şəhərin müdafiə oluna bilməyəcəyini anlamış və hakimiyyətdəki Sentrokaspi hökuməti ilə görüşərək, yaralı, xəstə və yaşlıların evakuasiya olunmasını təklif etmişdi. Bu məsləhətləşmələrdən sonra, ingilislərin şəhərdən qaçmağa başladığını anlayan Bakı hökuməti, Türk komandirləri ilə təmas yaradıb şəhərin təslim edilməsi üçün şərtlərin hazırlanmasını qərarlaşdırdı. Bu qərar ingilislərlə Sentrokaspi hökuməti arasında Barışıq Şərtlərinin razılaşdırılacağı bir zamanda, Məhmətçiyin üzərinə atəş açılması və bunun nəticəsində çox qiymətli komandir və əsgər heyətinin öldürülməsi, Süleyman İzzət bəyi hövsələdən çıxarırdı. Evlərin damında qurulan pulemyot atəş nöqtələrinin hamısını top atəşi ilə susdurmağı əmr etdi. Bir çoxu vurulduqdan sonra əllərində ağ bayraq tutmuş dörd erməni, saat 14.30-da 38-ci piyada alayına müraciət edərək, saat 16.00-da təslim olacaqlarını bildirdi. Onlara verilən bu vaxt tamam olduqdan sonra, ermənilər əllərindəki silahlarla birlikdə təslim olmağa başladılar. Bakıda hərbi mövqedə olan erməni döyüşçüləri Qaraşəhərdə erməni və rusların silahı atıb təslim olduqları ilk saatlarda 800 piyada tüfəngi və 6 pulemyot təhvil verildi. İki zabit və 80 sıravi təslim oldu. Lakin küçə aralarında gizlənib Məhmətçiyə atəş açan erməni və rus əsgərlərinin böyük bir hissəsi mülki paltar geyərək camaata qarışmışdılar. Bu canilər haqqında bir tədbir görülə bilmirdi. İkinci Bakı hücumunda Azərbaycan milislərinin gücündən də kifayət qədər istifadə olundu. Maştağa dəstəsi Qışla məntəqəsini döyüşsüz ələ keçirdi. Zehni bəyin dəstəsi isə Zığ təpələrinə sığınan iki yüz erməni daşnak və bolşevik rus əsgərinə böyük ziyan vurdu və geri oturdaraq şəhərin şərq tərəfini tamamilə öz nəzarəti altına götürdü. Ləzgi süvari alayı da nəzarət və mühafizə tapşırığı ilə Zığ təpələrində yerləşdirildi. Bakı küçələrində saat 15.00-a qədər davam edən döyüşlərdə erməni və rus birləşmələrinin müqaviməti tamam qırıldı. Artıq təslim olmaqdan başqa çarələri qalmamışdı. Hələ 14 sentyabrda Bakının kənar məhəllələrinə girən türk əsgəri, tələfat verməmək üçün irəliyə hərəkəti dayandırmışdı. Türklərin şəhərə girmək istədiyini görən ingilislər, gəmilərə minərək səhər saatlarında Bakıdan qaçmışdılar. Erməni və rus komandirləri ilə şəhər rəhbərləri də gəmilərlə qaçırdılar. Buna görə də birləşmiş düşmən qüvvələrində böyük bir çaxnaşma meydana gəlmiş, cəbhələri və qoşunları tamamilə dağılmışdı. Bakıda küçə döyüşləri davam edərkən, saat 10.30 radələrində İran bayrağı ilə ağ bir bayrağın olduğu bir avtomaşının 13-cü alaya doğru yaxınlaşdığı göründü və bu barədə 5-ci Qafqaz piyada diviziyası qərargahına xəbər verildi. İranın Bakı Konsulluğu ilə birləşmiş düşmən qüvvələrinin qərb cəbhəsinin erməni əsilli komandiri, şəhərin təslim olacağını bildirdilər. Şəhərin təslim olması ilə əlaqədar görüşlərin, Bakıda iqtidarda olan Sentrokaspi hökuməti ilə İran, İngiltərə, ABŞ, İsveç və Danimarka konsulluqları və ya təmsilçilərinin də iştirakı ilə həyata keçirilməsini təklif etdilər. Yeni təkliflər Nuru paşaya çatdırıldı. 5-ci Qafqaz piyada diviziyası rəisi podpolkovnik Rüştü bəyin, bu təmsilçilərlə Bakıya gedərək, şəhərin təslim olma şərtlərini həll etməsi uyğun bilindi. Bakıya gedən Qərargah rəisi Rüştü bəy şəhərdə tam bir qarışıqlığın hökm sürdüyünün, azərbaycanlılarla ermənilər və fars əsilli iranlılar arasında küçə döyüşləri başlandığının, erməni daşnakların küçələrdə atəş açaraq türkləri qətlə yetirdiklərinin şahidi oldu. Şəhərin təslim edilməsi Bakını fəth etmiş Qafqaz İslam Ordusunun şəhərdə fəxri keçidi Bakıdan gələn heyətə, şəhərdə yaşayan insanlara heç bir zərər verməyəcəyinə dair Türk Qafqaz İslam Ordusu Komandanlığında hazırlanan bildirişlər verilərək, bunu xalq arasında yaymaq göstərişi verildi. Beləliklə də, küçə döyüşləri tezliklə dayandırılaraq, daha çox şəhid və yaralı verilməsinin qarşısı alınmış oldu. Hacıqabulda yerləşən Cənub Qrupu Komandanı Cəmil Cahid (Toydəmir) bəy Bakı Mövqe Komandiri vəzifəsinə təyin olundu və axşama doğru şəhərə girdi. Şəhərdə asayişi bərpa və mühafizə etmək minbaşı Fəhmi bəyin başçılığı altında iki batareya ilə 56-cı alaya həvalə olundu. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 213 Şəhərin şərq hissəsindəki Qaraşəhər bölgəsini isə bir batareya ilə 38-ci piyada alayının qoruyacağı qərara alındı. Düşmən gəmilərinin Bakını bombalamasının qarşısını almaq üçün şəhərin qərb bölgəsindəki Bayıl təpələri ilə şərqdəki Zığ təpələrinə də topçu batareyası yerləşdirildi. Qafqaz İslam Ordusu Komandanlığına verilən raportlara görə, Bakının ələ keçirilməsində 17 erməni, 9 rus və 10 gürcü zabiti ilə 1.151 erməni, 383 rus, 4 ingilis və müxtəlif millətlərə mənsub 113 əsir alındı. Bakıda olan təxminən 5-6 min ingilis piyadası 100 pulemyot və 20 top ilə gəmilərə minib Ənzəliyə yollanmışdı. Rus və ermənilərin əsas qüvvələri isə gəmilərlə Dağıstana – Mahaçqalaya getmişdilər. Qafqaz İslam Ordusunun ehtiyacını ödəmək üçün Kürdəmir sursat anbarında olan 500 qutu mauzer və 200 rus piyada tüfəngi Puta stansiyasına gətirildi. Şəhər iqtisadiyyatını nəzarətə götürmək üçün də bəzi komissiyalar yaradıldı. Nuru paşa qəhrəmanlıqla döyüşərək Bakını azad edən Məhmətçiyin bu xidmətinin əvəzini ödəmək lazım olduğunu bilirdi. Qafqaz İslam Ordusu Komandanı Nuru paşa Bakını zəbt etmələri münasibəti ilə bütün diviziyalara təbrik göndərdi. Təbrikdə deyilirdi: "Bakının ələ keçirilməsi üçün edilən müharibələrdə xidməti olan bütün zabit və sıravilərin hər birinə, göstərdikləri şücaət və fədakarlığa görə təşəkkür edirəm. İlk piyada hücumunu uğurla yerinə yetirən 9 və 56-cı alaylara, düşmən qüvvələri üstün olduğu halda hücumla qısa zaman ərzində Biləcərinin yüksəkliklərini ələ keçirən 38-ci alaya, xüsusi təşəkkürümü bildirirəm. 56-cı alayın topçu atəşi müşayiəti olmadan düşmənin iki xəttini işğal etməsi təqdirəlayiq haldır. Buna görə alay komandiri minbaşı Fəhmi bəyin yarbay rütbəsi ilə təltif olunması barədə Hərbiyə Nazirliyinə təqdimat verdim. Bu döyüşlərdə fərqlənən zabit və sıravilərin təyin olunaraq, 17 sentyabr axşamına qədər Ordu Komandanlığına göndərilməsini xahiş edirəm". Bakını qorumaq və türklərə təslim etməmək tapşırığı alan ingilislər, 14 sentyabr gecəsində gəmilərə minmişlər və saat 22.00-dan etibarən Cənubi Azərbaycandakı Ənzəliyə getmək üçün limandan ayrılmağa başlamışdılar. Verilən tapşırığı yerinə yetirməyən və böyük itkilər verərək, üzgün və əzilmiş bir şəkildə geri çəkilmək məcburiyyətində qalan ingilislərin 39-cu Briqada Komandanı general-leytenant Deustervil Ənzəliyə çatan kimi vəzifəsindən kənarlaşdırıldı. Yerinə isə general Tomson gətirildi. Rus və ermənilərdən ibarət düşmən qüvvələri də 5-6 min piyada, 100 pulemyot və 20-yə qədər top ilə gəmilərə doluşaraq şimaldakı Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərinə getmişdilər. Dağıstana qaçan bu qüvvələr, Dərbənddə olan Kazak Biçeraxovun ordusunda xidmətə qəbul olundular. Bir qismi də fərarilik edərək evlərinə və kəndlərinə qayıtdı. İkinci Bakı hücumunun başlandığı ilk günün axşamından 15 sentyabr günorta saatlarına qədər Xəzər dənizindəki gəmi, paraxod və kiçik dəniz vasitələrinə doluşan çox sayda əsgər və mülki əhali, şimala doğru hərəkət etmişdi. İngilislərin Bakıya girməsindən az əvvəl həbs olunan 26 Bakı Komissarları və onların lideri Qırmızı Şef Stepan Şaumyan ilə Vəzirov, Əzizbəyov, Caparidze, Korqanov, Fioletov kimi kommunist liderlər, Qafqaz İslam Ordusu Bakıya girməmişdən qabaq həbsxanalardan çıxarılıb, Xəzər dənizinin şimalındakı Astraxana aparılacaqları söylənərək, "Türkmən" adlı gəmiyə mindirildilər. İngilislər, Şaumyan və silahdaşlarını Türkmənistanın Xəzər dənizi yaxınlığındakı Krasnovodsk (indiki Türkmənbaşı) şəhərinə gətirdilər. Türkmənistanda ingilislərin dəstəklədiyi Beloruslardan ibarət "Sosialist İnqilabçıları" deyilən bir qrupa təhvil verdilər. Onlar da bu kommunistləri Qaraqum çölünə gətirərək güllələdilər. Bu hadisədən yalnız bolşevik Bakı hökumətinin "Dövlət başçısı" elan etdiyi erməni əsilli Mikoyan sağ qalmışdı. Türklərin Bakıya girməsi xəbəri, Hərbiyə Naziri və Baş Komandan vəkili Ənvər paşaya 16 sentyabr 1918-ci il tarixində bildirildi. Nuru paşanın bununla bağlı şifrə teleqramı belə idi: Surət: "Allahın yardımı ilə Bakı şəhəri otuz saat davam edən şiddətli müharibədən sonra 15.09.334-də saat 9 radələrində zəbt edilmişdi. Bütün ordunun, xüsusilə minbaşı Fəhmi bəyin komandası altındakı 56-cı alayın qəhrəmanlığı təqdirəlayiqdir. Təfsilat ərz olunacaqdır. – N 424-". Azərbaycanın və Bakının düşmən işğalından qurtuluşu münasibəti ilə Hərbiyə Naziri və Baş Komandan vəkili Ənvər paşa ilə bir çox dövlət nümayəndələri, 29 yaşlı gənc komandir Nuru paşanın şəxsində türk əsgərini bu uğur münasibəti ilə təbrik etmişdi. Ənvər paşa Şərq Orduları Qrupu Komandanı Xəlil paşa ilə yanaşı Nuru paşaya da məxsusi bir mesaj göndərmişdi. Mesajda belə deyilirdi: "Böyük Turan İmperiyasının Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin fəthi xəbərini böyük şadlıqla qarşıladım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözlərindən öpürəm, şəhidlərimizin ruhuna fatihə ithaf edirəm." Ənvər paşa Şərq Orduları Qrupu Komandanı Xəlil paşaya da şəxsi bir təbrik teleqramı göndərdi. Ənvər paşa, teleqramda bir tərəfdən Xəlil paşanın şəxsində qəhrəman türk əsgərini təbrik edir, digər tərəfdən də Qafqaz İslam Ordusuna verəcəyi yeni tapşırıqlara işarə edirdi: "Bakı uğuru münasibəti ilə gözlərindən öpərək təbrik edirəm. Bakını zəbt edən birliklər bir az dincəldikdən sonra, Azərbaycanda hələlik bir diviziya saxlanaraq, qalanını 9-cu Orduya geri almaq fikrindəyəm. Şimali Qafqazda sürətlə Dərbənd, Temirxan-Şura, Mahaçqala və sairəni işğal və oralara gedən kadrlara əsas olmaq şərti ilə dolğun heyətli yaxşı bir alay, qüvvətli topçu, hətta iki qaubitsa topu da verərək və çoxsaylı pulemyotlarla da təchiz edərək, mürəkkəb bir dəstə halında şimala sövq etməsini Nuru paşaya yazdım. Ayrıca Ənzəli və Rəştin də tezliklə işğalı üçün geriyə alınacaq qüvvənin münasib bir dəstəsinin Xəzər dənizi sahillərini təmizləyərək, cənuba göndərilməsini və bu surətlə Təbriz – Qəzvin istiqamətində irəliləyən dəstə ilə Kiçikxana yardım edilməsini və bu məqsədlə sizinlə görüşməsini də bildirdim. Sürətlə hərəkəti rica edirəm". Bu teleqramdan da başa düşüldüyü kimi, Qafqaz islam Ordusunun yeni tapşırıqlar üçün hazırlıqları qısa vaxtda bitirməsi tələb olunurdu. Ənvər paşa, ilk olaraq Bakı və Azərbaycanda istiqlalın təmin edilməsindən sonra, ordunun Dağıstan və Cənubi Azərbaycana girərək, buralardakı düşmən işğalına son qoymağını istəyirdi. Cənubi Azərbaycanda isə ingilis işğalı davam edirdi. Dağıstan və Şimali Qafqazda da bolşevik ruslar ilə Çar tərəfdarı rus kazakı Biçeraxovun tabeliyindəki hərbi qüvvələrin təzyiqi və zülmü hakim idi. Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Bakıya köçürülməsi Qafqaz İslam Ordusu Komutanı Nuru paşa və 5-ci Qafqaz piyada diviziyası Komandanı Mürsəl paşa, Azərbaycan Milli Məclisi Rəyasət Heyəti və hökumət üzvləri ilə yüksək rütbəli türk zabitlərinə 27 sentyabr 1918-ci il tarixində bir yemək verdi. Yeməkdə, 15-ci piyada diviziya komandiri yarbay Süleyman İzzət bəy və qərargahı ilə digər diviziya və alayların komandirləri də iştirak edirdilər. Azərbaycan dövlət və hökumət üzvləri ilə Türkiyədən gələn komandirlər tanış edildi. O tarixdə Azərbaycan hökumətinin üzvləri bunlar idi: Baş Nazir Fətəli Xan Xoyski, Xarici İşlər naziri Məmmədhəsən Hacinski, Daxili İşlər naziri Cavanşir bəy, Maliyyə naziri Əbdüləli bəy, İaşə naziri Aşurov, Kənd Təsərrüfatı naziri Xosrov Sultanov, Qazı Mustafa əfəndi. Heyət üzvləri yeməkdən sonra Təzəpir məscidinə gedərək cümə namazı qıldılar. Məscidin bir tərəfi rus topu və pulemyot mərmiləri ilə dağıdılmışdı. Xalqın da axın-axın qoşulduğu namazda, günün mənasına uyğun xütbə oxundu. Cümə namazından sonra Bakı döyüşlərində şəhid olan məhmətçiyin ruhu üçün mövlud oxundu. Hökumətin Bakıya köçməsi ilə bərabər, Baş Nazir Fətəli Xan Xoyski, 20 sentyabr 1918-ci il tarixində bir bildiriş yaydı: "Artıq Bakıda yerləşən Azərbaycan hökuməti, bununla, şəhər və ətrafında yaşayan bütün əhaliyə, din və milliyət fərqi qoymadan əmr edir: Azərbaycan hökumətinin tabeliyi altında yaşayan heç bir millətə fərq qoyulmadan caniləri, qarətçiləri, qatilləri və asayişi pozanları, edam cəzası da daxil olmaqla, böyük cəzalar gözləyir. Bütün xalq bunu bilməlidir ki, Türk millətinin qəhrəman və fateh əsgərlərinə əmr verilmişdir ki, cinayətlə, qarət və soyğunçuluqla məşğul olanları harada görsələr, güllələsinlər. Türk Azərbaycan hökumətinin paytaxtında, günahsız insanların haqq və hüquqlarına təcavüz edilməsi, onun şan və şərəfinə yaraşmaz". Geri dön |