Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Salyanda türk əsgərlərinin şərəfinə ucaldılmış abidə kompleksin açılışı olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Salyanda türk əsgərlərinin şərəfinə ucaldılmış abidə kompleksin açılışı olub

Salyanda türk əsgərlərinin şərəfinə ucaldılmış abidə kompleksin açılışı olub


Salyanda türk əsgərlərinin şərəfinə ucaldılmış abidə kompleksin açılışı olub.
Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc, Türkiyənin Silahlı Qüvvələrinin hərbi attaşesi, general Gücəl Karaur, rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc türk əsgərlərin xatirəsinə göstərilən ehtirama görə öz minnətdarlğını bildirib.
Qeyd edək ki, 1918-ci il mart qırğınları zamanı Salyanda da türk əsgərləri şəhid olub.
Həmin vaxt bolşevik-daşnak birləşmələri respublikanın bir sıra bölgələrində olduğu kimi Salyan qəzasında da dəhşətli faciələr törədiblər.
Mərkəzi Kaspi Diktaturası həmin ilin iyun ayında Kür çayının aşağı hissəsini nəzarətdə saxlamaq üçün təpədən-dırnağadək silahlanmış əsgərlərlə, hərbi sursatlarla dolu “Krasnovodsk”, Yelets”, “İraq”, “Bakinets”, “Salyanets” və “Demosfen” adlı 6 gəmi ilə Bakıdan Salyana yola düşüb. Dörd iri çaplı topu, 14 pulemyotu və 900 nəfər əsgəri qüvvəsi olan düşməni Ramazan paşanın 400 nəfərlik nizami ordusu qarşılayıb və Salyanın Kürqaraqaşlı kəndi istiqamətində düşmənin “Demosfen” gəmisini vuraraq çayda batırıb. Beləliklə, türk əsgərlərinin köməyi ilə erməni-bolşevik birləşmələri geri çəkilməyə məcbur olub.
Qırğın zamanı minlərlə günahsız yerli sakinlə yanaşı, döyüşlərdə Türk generalı və əsgərləri də şəhid olub. Onlardan üçü Salyan şəhər qəbiristanlığında dəfn olunub. İndi həmin general və əsgərlərin qəbirləri köçürülərək məzarları üzərində xatirələrinə abidə-kompleksi ucaldılıb.

Geri dön