Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gənclərin İnkişaf və Karyera Mərkəzi regionlarda gənclər üçün yeni vakansiyalar elan edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Gənclərin İnkişaf və Karyera Mərkəzi regionlarda gənclər üçün yeni vakansiyalar elan edir

Gənclərin İnkişaf və Karyera Mərkəzi regionlarda gənclər üçün yeni vakansiyalar elan edir


Azərbaycan Respublikası Prezidentinin Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında 2019-cu il oktyabrın 1-də imzaladığı Sərəncamla ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Fondun tabeliyində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi tapşırılıb.
Mərkəzdən bildiriblər ki, bununla əlaqədar Abşeron, Ağdaş, Ağstafa, Ağsu, Astara, Balakən, Beyləqan, Daşkəsən, Füzuli, Gəncə, Göyçay, Göygöl, Hacıqabul, Xızı, İmişli, Kürdəmir, Qobustan, Lerik, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Salyan, Saatlı, Sabirabad, Samux, Siyəzən, Sumqayıt, Şabran, Şamaxı, Şəki, Şirvan, Tərtər, Tovuz, Ucar, Yardımlı, Zərdab rayonlarında açılacaq Gənclərin İnkişaf və Karyera mərkəzlərinə direktor, könüllülər, tədbirlər və layihələr, təlim-tədris və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələrinə vakansiyalar elan edilir.
Gənclərin İnkişaf və Karyera Mərkəzi həmin rayonlarda yaşayan, istedadlı, ictimai və sosial sahələrdə fəal, ali təhsilli və qeyd olunan vəzifə tələblərinə uyğun gələn gəncləri (29 yaşadək) müraciət etməyə çağırır. Müraciət etmək istəyən şəxslər Fondun internet saytı (www.youthfoundation.az/vakansiyalar) və “GencApp” mobil tətbiqi vasitəsilə yanvarın 31-dək onlayn qeydiyyatdan keçə bilərlər. Namizədlər işə qəbul olunduqları halda müraciət etdiyi region üzrə Gənclərin İnkişaf və Karyera Mərkəzində tam ştat vahidi əsasında işə götürüləcəklərini, başqa sözlə, hazırda işlədikləri iş yerini tərk etməli olacaqlarını nəzərə almalıdırlar. Həmçinin qeyd olunan vakansiyaları tutacaq gənclər daimi olaraq adları çəkilən şəhər və rayonlarda yaşamalıdırlar.

DAVAM.AZ

Geri dön