Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fevralın 15-də uşaqlara həsr olunan II Fərqli Fərdlər Konqresi keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Fevralın 15-də uşaqlara həsr olunan II Fərqli Fərdlər Konqresi keçiriləcək

Fevralın 15-də uşaqlara həsr olunan II Fərqli Fərdlər Konqresi keçiriləcək


Tədbirin təşkilatçısı olan Caspian Event Organisers şirkətindən bildirilib ki, konqres autizm spektr pozuntusu (ASP) mövzusuna həsr olunacaq. Konqresin işində fərqli inkişaf xüsusiyyətləri olan uşaqların valideynlər, bu uşaqlarla işləyən mütəxəssislər, pedaqoq və metodistlər, psixoloq və psixoterapevtlər iştirak edəcək.
Xatırladaq ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlara həsr olunan I Fərqli Fərdlər Konqresi keçən il aprelin 6-da Bakıda keçirilib. Konqresin məqsədi ictimaiyyətin diqqətini fərqli özəllikləri olan uşaqların inkişafına və təlim-tərbiyəsinə yönəldərək valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaq və inklüziv cəmiyyətin dövlət tərəfindən müəyyənləşdirilmiş inkişaf təmayülünü dəstəkləməkdir.

DAVAM.AZ

Geri dön