Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Qəbizliyi müalicə etmək üçün xalq təbabəti resepti
Qəbizliyi müalicə etmək üçün xalq təbabəti resepti |
Qəbizlik müasir insanlar arasında ən yayılmış pozulmalardan biridir. Xalq təbabəti vasitələri qəbizliklə mübarizədə çox yaxşı effekt verir. Sizə belə effektli vasitələrdən birini təqdim edirik.
Bizə lazım olacaq: 1 dolu olmayan x.q. buğda kəpəyi, 1 stəkan təzə qatıq, 4 qara gavalı qurusu. Gavalını yaxşı yuyun, isti suda bir neçə dəqiqə saxlayın ki, yumşalsın, sonra xırda-xırda doğrayın və ya blenderdən keçirin. Gavalının üzərə buğda kəpəyi, sonra qatıq tökün, qarışdırın, 1 saat saxlayın, sonra qəbul edin. Bunu axşamdan etmək lazımdır. Qarışım bağırsaqları əla təmizləyir, qəbizliyi aradan qaldırır, arıqlamağa yardım edir. DAVAM.AZ Geri dön |