Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Erməni işğalçıların Qarabağda növbəti qanunsuz əməlləri.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Erməni işğalçıların Qarabağda növbəti qanunsuz əməlləri.

Erməni işğalçıların Qarabağda növbəti qanunsuz əməlləri.


“Şuşa - erməni mədəniyyətinin beşiyi” adlı konfrans başladı, İsveç şirkəti isə ermənilərə aqrar texnologiyalarla kömək edir

Dünən, sentyabrın 16-da Azərbaycan incəsənətinin beşiyi olan Şuşada erməni işğalçıları tərəfindən “Şuşa-erməni mədəniyyətinin beşiyi” adlı “beynəlxalq konfrans” işə başlayıb. “Armenpress” agentliyinin yaydığı xəbərə görə, konfrans “erməni kitab naşirliyinin 500 illiyinə” həsr edilib. Konfransda Ermənistan, Rusiya, ABŞ universitetlərinin professorlarının iştirak edəcəyi, Şuşanın etnoqrafik, mədəni, arxeoloji həyatına dair məruzələrin dinləniləcəyi bildirilir. “Şuşada nəşr tarixi” adlı film də nümayiş olunacaq. Konfransın Şuşada Amerika ermənisi Avan İşxanyan tərəfindən tikilmiş “Avan Şuşi Plaza” otelində keçiriləcəyi bildirilir. Təşkilatçılar qondarma “DQR”in “mədəniyyət nazirliyi”, Xankəndi universiteti və Şuşadakı “Qacar” elmi mərkəzidir.

Bu, ermənilərin işğal altındakı Şuşanı “erməni mədəniyyətinin beşiyi” kimi təbliğ etmək istiqamətində təşkil etdikləri birinci tədbir deyil. 20 il əvvəl şəhəri hərbi yolla işğal edən ermənilər indi Şuşanı “erməni mədəniyyətinin mərkəzlərindən biri” kimi tanıtmaq üçün güclü kampaniya həyata keçirirlər. Bu kampaniya dünya erməniliyi, xaricdəki erməni diasporu tərəfindən dəstəklənir.

Xəbər verildiyi kimi, gələn ay oktyabrın 1-dən 14-dək Şuşada ilk “beynəlxalq” müasir incəsənət festivalı keçiriləcək. Festivalda Ermənistandan və xaricdəki erməni diasporundan olan sənətşünaslar iştirak edəcək, Dağlıq Qarabağdan olan incəsənət xadimlərinin əsərlərinin sərgisi təşkil olunacaq. Bildirilir ki, festivalın təşəbbüsçüsü “Şuşa Art Projekt” birliyidir. “Şuşa Art Projekt” birliyinin icraçı direktoru, ABŞ-dan olan erməni rəssam Harri Vorperyan isə deyib ki, Şuşada bu cür festivalın keçirilməsi onun ağlına ilk dəfə 2010-cu ildə Los-Ancelesdə təşkil olunan fərdi sərgisi zamanı gəlib: “O zaman biz öz həmkarlarımızla razılaşdıq ki, Dağlıq Qarabağda, məhz Şuşada belə festival təşkil edək. Çünki Şuşa vaxtilə erməni mədəniyyət mərkəzi olub”.

Xatırladaq ki, bu ilin iyulunda ermənilər Şuşada “beynəlxalq heykəltəraşlıq simpoziumu” da keçirmişdilər. Bu simpozium “əslən Şuşadan olan” erməni heykəltəraşı Akop Gürcanın 130 illiyinə həsr olunub. Tədbirin təşkilatçısı İtaliyada yaşayan erməni heykəltəraş Vigen Avetisdir. Simpoziumu Amerika və Avropadakı erməni diasporu maliyyləşdirib, bu tədbir barədə film də çəkilib və ermənilər onu xarici ölkələrdə nümayiş etdirib Şuşanın “erməni mədəniyyət mərkəzi” obrazını formalaşdırmaq üçün istifadə etməyə hazırlaşırlar.

Ermənilərin işğal altındakı Azərbaycan ərazilərində qanunsuz fəaliyyətinə dair digər məlumata görə isə İsveçin “DeLaval” şirkəti Dağlıq Qarabağda fəaliyyətə başlayıb. Şirkət ermənilərə aqrar texnologiyalarla və avadanlıqlarla kömək edəcək. Şirkətin Cənubi Qafqaz üzrə regional direktoru Oleq Pavlov bu münasibətlə Xankəndində olub və qondarma rejimin “kənd təsərrüfatı naziri” ilə erməni fermerlərinə inək sağımı üçün avadanlıqlar, yemləmə qurğuları və fermalarda digər texnoloji avadanlıqların qurulması məsələsini müzakirə edib.

Bu avadanlıqların əvvəlcə Əsgəran rayonunda cins inəklərin yetişdirildiyi fermada quraşdırılması planlaşdırılır. “DeLaval” şirkəti erməni fermerlər üçün mütəxəssislərin hazırlanmasında da kömək edəcək. Şirkətin saytından məlum olur ki, “DeLaval” süd sağımı sahəsində ixtisaslaşmış 125 illik şirkətdir, dünyanın bir çox ölkələrində, o cümlədən Ermənistanda fəaliyyət göstərir. Belə görünür ki, Azərbaycan XİN bu şirkətlə bağlı məsələni araşdırıb mümkün tədbirləri görməlidir.

Fərhad MƏMMƏDOV

Geri dön