Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Vətəndaşlara pulsuz hüquqi yardım xidməti uğurla davam edir
Vətəndaşlara pulsuz hüquqi yardım xidməti uğurla davam edir |
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi ABŞ Dövlət Departamentinin dəstəyi ilə qanunun aliliyi layihəsini həyata keçirir. Layihə əhalinin peşəkar hüquqi xidmətlərə çıxışının artırılması səylərini dəstəkləyir.
Nümayəndəlikdən bildiriblər ki, layihə çərçivəsində dörd regional hüquqi yardım mərkəzi açılıb. Bu təşəbbüs Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilib. Əməkdaşlıq nəticəsində Bərdə, Qəbələ, İmişli və Masallıda mövcud “ASAN xidmət” mərkəzlərində ötən ilin fevralından etibarən pulsuz hüquqi yardım mərkəzləri fəaliyyət göstərir. 2019-cu ilin sonunadək mərkəzlərə müraciət edən 2550 nəfərə hüquqi xidmət göstərilib. Müraciət edənlərin 30 faizi qadın, 70 faizi kişi olub. Müraciətlərin 29 faizi məhkəmələrlə bağlı məsələlər olub. Ötən il göstərilən hüquqi yardımın təhlili göstərir ki, müraciətlərin 16 faizini bank kreditləri, 26 faizini mülkiyyət və mirasla bağlı, 18 faizini ailə, 15 faizini əmək və sosial müdafiə ilə bağlı məsələlər təşkil edib. Bundan başqa, digər müraciətlər miqrasiya hüququ, vergi qanunvericiliyi, kommunal xidmətlər, vətəndaşlıq və qeydiyyat, inzibati işlər kimi müxtəlif sahələri əhatə edib. Müraciət edən vətəndaşlar onlara göstərilən pulsuz hüquqi yardımın səviyyəsindən razı qalıblar. Layihədə nəzərdə tutulduğu kimi, ərizəçilərə inzibati və məhkəmə icraatı üçün xərclənən məbləğlər də geri qaytarılıb. Mərkəzlərdə vətəndaşlara pulsuz hüquqi yardım xidməti hazırda uğurla həyata keçirilməkdədir. DAVAM.AZ Geri dön |