Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > On qaşıq bal, üç diş sarımsaq… - İnsanları qışdan çıxaran təbii üsullar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > On qaşıq bal, üç diş sarımsaq… - İnsanları qışdan çıxaran təbii üsullar

On qaşıq bal, üç diş sarımsaq… - İnsanları qışdan çıxaran təbii üsullar


Qış mövsümi ilə bağlı hər zaman hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanmaq üçün onu bişirmək yerinə çiy də yeyə bilərsiniz. Xüsusilə nar və zeytun yağı ilə hazırlanan salatlar sizə qalxan olacaq. Qışda bol-bol yeməyi unutmayın. Soğan nəfəs yollarını təmizləyir. Təbii antibiotik qaynağı olan soğan təkcə qripin çarəsi deyil, eyni zamanda bağırsaq xərçənginin müalicəsinə də kömək edir. Soğanın suyu isə daha faydalıdır. Zərdəçal, yəni sarıkök təbii antiseptik qaynağıdır. İllər öncə ondan müxtəlif xəsətəliklərin müalicəsi zamanı istifadə olunub. Sarıkök yaraların tez sağalmasına da kömək edir. Eyni zamanda yeməklərinizə ədviyyat olaraq əlavə edə və ya bir stəkan ilıq südün içinə qarışdıra bilərsiniz. Soyuqdəymə ilə yanaşı üz ləkələrinə də qarşı qoruyucudur. Bunun üçün zərdaçallı maskalar hazırlayıb istifadə edə bilərsiniz. Bal və sarımsaq təbii müalicə üsuludur. Bu cütlük soyuqdəymədən tutmuş təzyiq, astma, yorğunluq, halsızlıq və hətta xərçəngə qədər bir çox xəstəliklərin müalicəsində istifadə olunan təbii dərman vəzifəsini icra edir.
3 diş sarımsağı 10 xörək qaşığı bal, 200 qram kətan yağı və 4 limonla qarışdıraraq yeməkdən qabaq gündə 3 dəfə 1 qaşıq yeyə bilərsiniz. Bal antibakterial və antiviral xüsusiyyətinə görə qış boyunca dinc və sağlam qalmağınıza kömək edər. Hər səhər bir qaşıq təbii bal yemək immunitetin güclənməsi üçün əvəzsiz vasitədir.

DAVAM.AZ

Geri dön