Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 20 yanvar qırğınını törədən diviziya Azərbaycan sərhədində.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > 20 yanvar qırğınını törədən diviziya Azərbaycan sərhədində.

20 yanvar qırğınını törədən diviziya Azərbaycan sərhədində.


Rusiya və Ermənistan qüvvələri birgə təlimlərə başladı
Hərbi manevrlərdə Azərbaycanın hücumunu dəf edib sürətli əks-hücuma keçmək ssenarisi məşq edilir, sabah isə Rusiya ordusu Qafqazda irimiqyaslı manevrlərə başlayır


Dünən Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Çevik Reaksiya Qüvvələrinin ilk irimiqyaslı təlimləri başlayıb. KTMT-nin mətbuat katibi Vladimir Zaynutdinova istinadən yayılan xəbərlərə görə, Ermənistanın “Marşal Baqramyan” hərbi poliqonunda başlayan manevrlərdə 2 minə yaxın hərbçi, 500 vahid hərbi texnika, aviasiya, o cümlədən pilotsuz kəşfiyyat təyyarələri iştirak edir.

Təlimlərin ssenarisinə görə KTMT Çevik Reaksiya Qüvvələri bu hərbi blokun üzvü olan Ermənistana şərti düşmənin hücumunu dəf etmək üçün erməni qüvvələrinə köməyə gəlir, ardınca sürətli əks hücum başlayır. Şərti düşmən kimi hansı ölkənin nəzərdə tutulduğu açıq göstərilməsə də söhbətin Azərbaycandan getdiyini Rusiya hərbi dairələrindəki qaynaqlar təsdiq edirlər. Təlimlərdə KTMT üzvü olan ölkələrdən təkcə Rusiya iştirak edir, digər üzv ölkələr manevrləri izləmək üçün öz hərbi müşahidəçilərini göndəriblər. Manevrlərin birinci mərhələsi Ermənistanda Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsi ilə başlayır. Ssenariyə görə Ermənistan xarici hərbi müdaxilə ilə üzləşir və prezident S.Sərkisyan Milli Təhlükəsizlik Şurasını toplayaraq ölkədə hərbi vəziyyət elan edir, həmçinin kömək üçün KTMT blokuna müraciət qəbul olunur. KTMT qüvvələri də həmin müraciət əsasında Ermənistana köməyə gəlirlər.

KTMT-nin birləşmiş qərargah idarəsinin rəisi, general Anatoli Yakovlevin bildirdiyinə görə, manevrlər zamanı əsas diqqət hava hücumundan müdafiə sistemlərinin işinə yönələcək. Manevrlər sentyabrın 19-nadək davam edəcək. Təlimlərin açılışında Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib ki, KTMT-nin Çevik Reaksiya Qüvvələri 20 min hərbçidən ibarətdir və bu qüvvələr regionda potensial təhlükələrin qarşısının alınmasında mühüm rola malikdir. Bildirilir ki, təlimlər ötən ilin dekabrında KTMT sammiti zamanı qərarlaşdırılıb və regiondakı son proseslərlə bağlı deyil. KTMT-nin Çevik Reaksiya Qüvvələri əsasən rus hərbi birləşmələrindən təşkil olunub, Belarus bu qüvvələrin tərkibinə bir polk verəcəyini bildirsə də hələ öz öhdəliyini reallaşdırmayıb. Manevrlərdə Ermənistandakı 102-ci bazada dislokasiya olunmuş Rusiya hərbi birləşmələri və texnikası aparıcı rol oynayır.

Sabah isə Rusiya ordusunun Qafqazda irimiqyaslı hərbi manevrləri başlayacaq. “Qafqaz-2012" adlanan bu manevrlər çoxdandır Qərbdə və Cənubi Qafqazda narahatlıqla izlənilir. Rusiya təlimlərə hazırlıq adı altında Şimali Qafqaza, o cümlədən Azərbaycan və Gürcüstanla sərhəd boyu böyük sayda hərbi qüvvə cəmləşdirib. Rusiya Müdafiə Nazirliyindəki yüksək rütbəli qaynaqlardan bir neçə ay əvvəl mətbuata sızdırılmış məlumatlarda deyilirdi ki, manevrlərin ssenarisində İrana qarşı hərbi müdaxilə və Azərbaycanın regionda yaranmış vəziyyətdən istifadə edərək Qarabağda hərbi əməliyyatlara başlamasının mümkünlüyü nəzərə alınıb. Rusiya Baş Qərargahının hazırladığı və təlimlərdə sınaqdan keçiriləcək plana görə ABŞ İrana qarşı hərbi müdaxilə etsə regiondakı rus qoşunları da hərəkətə keçəcək, Rusiya Ermənistandakı hərbi bazasını mühasirədən çıxarmaq üçün Gürcüstan üzərindən quru dəhlizi açacaq, Azərbaycanın Qarabağda başlayacağı mümkün hücum əməliyyatlarına cavab olaraq Dağıstanda cəmləşdirilmiş rus qoşunları Ermənistana köməyə gedəcək. Rusiya hərbi rəsmiləri təlimlərin məqsədi barədə informasiyaları məxfi saxlayır. Gürcüstanda isə narahatdırlar ki, 2008-ci ildə olduğu kimi Rusiya təlimlərin ardınca bu ölkəyə müdaxilə edəcək. Təlimlər Gürcüstanda parlament seçkiləri ərəfəsində keçirilir. Məlumatlara görə, bu seçkilərdə Rusiyadan dəstəklənən qüvvələr iğtişaşlar təşkil etməyə hazırlaşır. Bildirilir ki, təlimlərdə iştirak etmək üçün Gürcüstan və Azərbaycan sərhədləri boyu cəmləşdirilmiş rus hərbi birləşmələri öz daimi dislokasiya yerlərinə qayıtmayacaq. Bu günlərdə regionda səfərdə olan NATO Baş katibi Andres Foq Rasmussen Rusiyanı ”Qafqaz-2012" təlimlərinin məqsədi barədə izahat verməyə çağırmışdı.

Dünən isə Rusiyanın Azərbaycan sərhədləri yaxınlığında qoşun cəmləşdirməsi ilə bağlı daha bir həyəcanlı məlumat yayılıb. Kavpolit.com saytının və Rusiyanın regional informasiya agentliklərinin yaydıqları xəbərə görə, Novorosiyskdən Dağıstanın Azərbaycan və Gürcüstanla sərhəd cənub rayonlarına təcili qaydada 7-ci qvardiya desant-hücum diviziyası yeridilir. Diviziyanın şəxsi heyəti 6 min nəfərdən çoxdur. Bildirilir ki, sovet dövründə həmin diviziyanın şəxsi heyəti Macarıstanı üsyanı yatıran əsas qüvvə olub. Diviziya həmçinin 1990-cı ilin 20 Yanvarında Bakıya yeridilib və qanlı qırğınlar törədib. SSRİ-nin dağılmasından sonra diviziya Çeçenistandakı müharibələrdə iştirak edib. Rusiya Hava Desant Qüvvələrinin komandanlığı bu iri hərbi birləşmənin təcili qaydada Dağıstanın cənub rayonlarına yeridilməsinin səbəbləri barədə şərh vermir. Ancaq bildirilir ki, diviziya müəyyən müddətdən sonra öz daimi dislokasiya yerinə qayıdacaq.

Xəbərə görə, Dağıstan əhalisi bu qədər böyük sayda desant qüvvəsinin yeridilməsini anlaya bilmir və müxtəlif şayiələr gəzir. Bildirilir ki, bundan əvvəl də Dağıstanın cənub rayonlarına böyük sayda qüvvə yeridilib. Ekspertlər isə diviziyanın Dağıstana yeridilməsini Rusiyanın cənubunda yaranmış geosiyasi vəziyyət, o cümlədən İrana mümkün hərbi müdaxilə ilə bağlı olduğunu təxmin edirlər. Bildirilir ki, bu günlərdə Rusiya hərbi donanmasının iri raket freqatı “Dağıstan” Xəzər sularına daxil olub, ondan əvvəl isə “Tatarıstan” raket gəmisi Xəzərə yeridilmişdi. Qeyd edək ki, Rusiya Hava Desant Qüvvələrinin komandanı general Vladimir Şamanov bu ilin yayında bildirmişdi ki, “Qafqaz-2012" təlimləri çərçivəsində Novorosiysk desant diviziyasının bölmələrinin bir hissəsi Ermənistana yeridilə, təlimlərin başa çatmasından sonra da orada qala bilər.

F.MƏMMƏDOV

Geri dön