Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ZOB xəstəliyini sağaldan sehirli vasitə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > ZOB xəstəliyini sağaldan sehirli vasitə

ZOB xəstəliyini sağaldan sehirli vasitə


Qalxanabənzər vəzi tək üzvlərdən olub, boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşir. Qalxanabənzər vəzin hormonları (tiroksin, triyodtironin, diyodtironin və s.) bədənə daxil olaraq maddələr mübadiləsini sürətləndirir, oksidləşmə prosesini artırır, yağların yanmasını çoxaldır və istiliyin mübadiləsini təmin edir. Bunlardan başqa qalxanabənzər vəzinin hormonu skeletin inkişafına təsir edərək sümüklərin uzunmasını təmin edir. Sinir sisteminin normal inkişafını və fəaliyyətini təmin edir. Bir sözlə, orqanizmdə bir çox mühüm prosesləri yerinə yetirir və fizioloji proseslərə təsir edir. Qalxanabənzər vəzinin ciddi xəstəliklərin inkişafının qarşısını alan və orqanizmində yod ehtiyatı artıran təbii inqrediyentlərdən ibarət möcüzəvi resept təklif edir.
Qalxanabənzər vəzinin iki tip xəstəliyi var:
Hipertireoz qalxanabənzər vəzin hormonlarının səviyyəsinin yüksək olması deməkdir. Bu, bir çox problemlərin yaranmasına təkan verir:
- Ürək döyüntüsünün artması
- Bağırsaq fəaliyyətinin pozulması
- Yorğunluq
- Narahatlıq və əsəbilik
- Menstruasiya problemləri
- İstilik hissi
- Çəki itkisi
- Hədsiz tərləmə
- Yuxu pozulması
- Diqqət pozunluğu
- Unutqanlıq

Hipotireoz qalxanabənzər vəzi hormonlarının çatışmazlığı ilə bağlı vəziyyəti deməkdir. Bu xəstəliyin ən yayılmış əlamətləri:

- Qıcolmalar
- Dırnaqların qırılması
- Depressiya
- Çəki artması
- Qəbizlik
- Yorğunluq
- Dəri və baş dərisinin quruluğu
- Menstrual tsiklin pozulması
- Unutqanlıq

Qalxanabənzər vəzinin funksiyasını tənzimləməyə qadir olan təbii vasitələr var. Əgər zob xəstəliyi yod çatışmazlığı ilə əlaqədardırsa, aşağıdakı resepti sınaqdan keçirin.

İnqrediyentlər:
- Təzə yetişmiş 40 qoz tumu
- 1 kq duru təbii bal

Yaşıl qoz tumlarını yuyun, qurudun və sonra onları iynəylə yarın. Hazırlanmış qozları bankaya tökün və üzərinə bal əlavə edin. Bankanı 40 gün qaranlıq yerdə gizlədin. Bu müddətdən sonra şüşəni açıb şirəni süzün. Cövhəri hər gün səhər və axşam bir xörək qaşığı qəbul etmək tövsiyə olunur.

DAVAM.AZ

Geri dön