Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > SEYMUR HƏSƏNLİ: “Türkmənistan Rusiya və İranın oyunlarına getməməlidir.”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik > SEYMUR HƏSƏNLİ: “Türkmənistan Rusiya və İranın oyunlarına getməməlidir.”

SEYMUR HƏSƏNLİ: “Türkmənistan Rusiya və İranın oyunlarına getməməlidir.”


Rusiya türk regionunda bütün nəzarəti öz əlində saxlamağa və Türk dövlətlərinin maksimum şəkildə bir-birinə yaxınlaşmamasına çalışır.

Türkmənistan Xəzərdə təlimlər keçirdi. Digər tərəfdən Ermənistanla da əlaqələrin inkişafı müşahidə olunur, son günlər səfərlər gündəmə gəlir. Digər tərəfdən isə Türkmənistan İran vasitəsi ilə Ermənistanı enerji ehtiyatı ilə təmin etməyi üzərinə götürdüyü deyilir.

Mövzu ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin gənclər üzrə müavini Seymur Həsənliyə müraciət etdik.

Bu məsələni necə şərh edə bilərsiniz, Azərbaycanla münasibətləri bir müddət əvvəl gərginləşən Türkmənistan Azərbaycandan revanşmı alır, yoxsa Rusiya və İran Türkmənistanı da ələ almaqla regionda Azərbaycanı təkləməyə çalışır?

İstənilən məsələdə birləşən və toqquşan maraqlar mövcuddur. Xəzərin statusu məsələsində İranla Türkmənistanın maraqları üst-üstə düşsə də, Rusiyanın maraqları Azərbaycan və Qazaxıstanla birləşir. Amma ortada Xəzərin statusu məsələsinə aidiyyatı olmayan bir Ermənistan varkən demək məsələnin əsl mahiyyəti tamam başqadır.

Azərbaycanla Türkmənistan arasında münasibətlər Safarmurad Niyazovun zamanında ən kəskin nöqtəyə gəlmiş, hətta Bakıda Türkmənistanın səfirliyi bağlanmışdı. Çox təəssüf ki, Xəzərdəki 50 milyon ton neft məsələsində iki türk dövləti ortaq məxrəcə gələ bilməmiş və münasibətlər dondurulmuşdu. Amma Berdiqulu Məhəmmədov hakimiyyətə gəldikdən sonra onun Türk Dünyası məsələsində aktivliyi müşahidə olundu. Bu addımlardan biri də Azərbaycandakı səfirliyin 2008-ci ildə yenidən açılması oldu. Buna baxmayaraq, son zamanlar iki dövlət arasında münasibətlər kəskinləşdirilir. Baxmayaraq ki, üç ay öncə Azərbaycan-Türkmənistan arasında diplomatik münasibətlərin 20 illiyi yüksək səviyyədə qeyd olunmuşdu. İqtisadi maraqlar və ən əsası Rusiya və İranın təsirləri çox təəssüf ki, bu addımda öz bəhrəsini verir.

Son günlər Qırğızıstan Türkiyə ilə birlikdə ortaq hərbi təlimlər keçirir və Rusiya bundan ciddi narahat olduğunu açıq şəkildə ifadə edir. Bu nə deməkdir? Rusiya türk regionunda bütün nəzarəti öz əlində saxlamağa və Türk dövlətlərinin maksimum şəkildə bir-birinə yaxınlaşmamasına çalışır. Burda Ermənistan faktoru onun əlində həmişə maşa rolunu oynayır. İran isə 40 milyon Güney azərbaycan türkünün problemlərinin Türk dünyasının ortaq marağına çevriləcəyindən ehtiyat edir və işini həmişə türkə ziddi qüvvələrlə qurur. Nəticə olaraq, o qənaətə gəlmək olur ki, bütün planlar Türk dövlətlərinin bir-birinə yaxınlaşmaması üzərində qurulub. Türkmənistan Rusiya və İranın oyunlarına getməməli və enerji sahəsində nəzərdə tutulmuş, lakin hələ imzalanmamış müqavilədən imtina etməlidir.

Rüfət Əhmədzadə/”Cəmiyyət” qəzeti

Geri dön