Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İcra məmurlarının tələblərini yerinə yetirməyən 4712 şəxs inzibati məsuliyyətə cəlb edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > İcra məmurlarının tələblərini yerinə yetirməyən 4712 şəxs inzibati məsuliyyətə cəlb edilib

İcra məmurlarının tələblərini yerinə yetirməyən 4712 şəxs inzibati məsuliyyətə cəlb edilib


Ədliyyə Nazirliyinin vacib funksiyalarından olan məhkəmə qərarlarının icrası sahəsində ötən il də böyük iş həcmi olub. Belə ki, 2019-cu ildə icra qurumlarına daxil olan icra işlərinin sayı 861 mini ötüb, onlardan 485 mindən çoxunun icrası təmin edilib. Bu barədə Ədliyyə Nazirliyində yerli icra və probasiya qurumlarının rəhbərlərinin iştirakı ilə 2019-cu ildə icra və probasiya xidmətləri tərəfindən məhkəmə və digər orqanların qərarlarının icrası və probasiya nəzarəti sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirədə məlumat verilib. Bildirilib ki, fiziki və hüquqi şəxslərə əvvəlki illə müqayisədə 50 faizdən çox – 1,74 milyard manata yaxın vəsait ödətdirilib. Bunun da 143 milyon manatdan çoxu aliment işləri üzrə ödəmələrdir. Qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir. Qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 4712 şəxs inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 2808 nəfər inzibati qaydada həbs olunub. Məhkəmə qərarlarının icrasından qərəzli yayınan 493 şəxs barəsində isə cinayət işi başlanılıb.

DAVAM.AZ

Geri dön