Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Niderlandda keçirilən turizm sərgisində erməni təxribatının qarşısı alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Niderlandda keçirilən turizm sərgisində erməni təxribatının qarşısı alınıb

Niderlandda keçirilən turizm sərgisində erməni təxribatının qarşısı alınıb


Niderlandın Utrext şəhərində yerləşən “Yaarbeurs” beynəlxalq sərgi kompleksində ənənəvi turizm sərgisi təşkil edilib. Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasından Diasporla İş üzrə Dövlət Komitəsinə daxil olan məlumata əsasən sərgidə Ermənistanı 3, Gürcüstanı 8 turizm şirkəti təmsil edib.
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev sərgi ilə tanışlıq zamanı nümayiş olunan materiallarda Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat halları müşahidə edib.Ermənistanı təmsil edən turizm şirkətlərinin təqdim etdikləri bukletlərdə, eyni zamanda, Gürcüstanın “GroosCom Travel” və Niderland Krallığının “Kaukasus Reisen Plus” turizm şirkətlərinin təbliğat materiallarında Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı yanlış informasiyalar yer alıb.
Sərgidə Gürcüstanın və Niderland Krallığının turizm şirkətləri Azərbaycanın işğal altında olan torpaqlarının başqa rənglə göstərildiyi, həmin ərazilərin “Nagorno Krabakh Republic” və “Artsakh” kimi qeyd olunduğu xəritələrdən istifadə ediblər.
Təxribat əməli mübahisəyə səbəb olub və Emil Əliyev tələb edib ki, xəritələr və bukletlər dərhal sərgidən yığışdırılsın. Onun bu təklifi ciddi etirazla qarşılanıb, hətta mübahisə zamanı şirkət nümayəndələri soydaşımıza fiziki təzyiq göstərib, onu stenddən uzaqlaşdırmağa cəhd ediblər.
Gürcüstan turizm şirkətlərinin təmsilçiləri guya sərgi üçün başqa xəritə əldə edə bilmədiklərindən bu xəritədən istifadə etdiklərini və yalnız sərgi salonunun rəhbərliyi təlimat verərsə, hər hansı qadağa mexanizmi olarsa, xəritəni yığışdıracaqlarını bildiriblər. Emil Əliyev dəfələrlə təşkilatçılarla görüşüb və onun ciddi səyi, təkidi təxribat xarakterli materialların sərgidən yığışdırılması ilə nəticələnib. Təşkilatçılara yanvarın 19-dək sərgiyə gündəlik nəzarət ediləcəyini bildirən E.Əliyev deyib : “İsrarla tələb edirik ki, təxribat elementləri daşıyan xəritə və bukletlər yenidən istifadə olunmasın”.

DAVAM.AZ
“Avropa Bürosu”

Geri dön