Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gəncədə valideyn himayəsindən məhrum olan uşaqların əl işlərinin sərgisi keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Gəncədə valideyn himayəsindən məhrum olan uşaqların əl işlərinin sərgisi keçirilib

Gəncədə valideyn himayəsindən məhrum olan uşaqların əl işlərinin sərgisi keçirilib


Sərgi “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasının foyesində baş tutub. “Dekorativ-tətbiqi sənətdə uşaqların özlərini tapması” layihəsi çərçivəsində keçirilən sərgidə Gəncə Uşaq Evinin valideyn himayəsindən məhrum olan uşaqların əl işləri nümayiş etdirilib. Sərgidə 22 uşağın 100-ə yaxın əl işi təqdim olunub. Burada uşaqlar vətənpərvərlik mövzusunda dekorativ tətbiqi sənət növünə aid şüşə üzərində boyalarla işlənən rəsmlər, eləcə də kağız və kətan üzərində işləmələr nümayiş etdiriblər. Uşaqların düzəltdiyi milli geyimdə olan gəlinciklər, nağıl qəhrəmanları, müxtəlif fiqurlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Lamiyə İsazadə bildirib ki, sərginin keçirilməsində məqsəd uşaq evinin sakinlərinin istedad və bacarıqlarını üzə çıxarmaq, onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Həmçinin, sədr vurğulayıb ki, əgər dekorativ tətbiqi sənət dərsləri uşaqlara mütamadi olaraq keçirilsə, gələcəkdə uşaq evlərində dizayn və dekorativ tətbiqi sənət müəllimlərinin yetişməsi ehtimalı daha böyük olar. Sonda sərgidə iştirak edən uşaqlara sertifikat və mükafatlar təqdim olunub. Sərgi Uşaq evinin rəqs qrupunun çıxışı ilə yekunlaşıb.

DAVAM.AZ

Geri dön