Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Marafon yarışlarında idmançılar niyə məhz 42 min 195 metr qaçırlar?
Marafon yarışlarında idmançılar niyə məhz 42 min 195 metr qaçırlar? |
Kütləvi idman yarışlarından olan marafon dünyada çox sevilir. Müxtəlif yaşlı insanlar bu yarışlara həvəslə qoşulurlar. Marafon qaçışını idman azarkeşləri də çox sevirlər. Maraqlıdır ki, yüngül atletika üzrə yarışlar məhz marafon qaçışının keçirilməsi ilə son zamanlar əsas məsafədən əlavə, digər məsafələr üzrə də qaçışlar keçirilir: yarımarafon (21, 097 kilometr), 5 kilometrlik qaçış, uşaq marafonu və s.
Yunan əsgərinin qət etdiyi məsafə Marafon sözünün yaranmasının tarixi antik dövrə gedib çıxır. Yunan əfsanəsinə görə, eradan əvvəl 490-cı ildə Fidippid adlı bir əsgər həmvətənlərinə farslar üzərində qələbə xəbərini vermək üçün Marafon şəhərindən Afinaya qədər yol qət edir. Təngnəfəs özünü Afinaya çatdıran əsgər “Sevinin, afinalılar, biz qələbə çaldıq”, - deyə həyəcanla qışqıraraq huşsuz halda yerə yıxılır. Bəzi mənbələrdə onun həyatını itirdiyi də yazılır. Herodota görə isə Fidippid Afinadan Spartaya yardım üçün göndərilmiş döyüşçü idi və o, iki gündən az bir vaxtda 230 kilometr məsafəni qət etmişdi. 1896-cı ildə Beynəlxalq Olimpiya Komitəsi Marafon döyüşünün baş verdiyi ərazidən Afinaya qədər məsafəni ölçüb və onun 42 min 195 metr olduğunu müəyyənləşdirib. Həmin il keçirilən birinci müasir Olimpiya Oyunlarında və 2004-cü ildə keçirilən Afina Olimpiya Oyunlarında marafon qaçışı Marafon düzənliyindən Afinaya qədər olan məsafə üzrə keçirilib. Fransız filoloqun ideyası Bu qaçışın təşkil edilməsi ideyasını ilk dəfə 1896-cı ildə fransız filoloq Mişel Breal irəli sürüb. Fransızın bu təşəbbüsü müasir Olimpiya Oyunlarının əsasını qoyan baron Pyer de Kuberten və digər yunan təşkilatçılar tərəfindən dəstəklənib. Marafon 1896-cı ildən Olimpiya Oyunlarında kişilər, 1984-cü ildən isə qadınlar arasında yüngül atletika proqramına daxil edilib. Birinci marafon qaçışında məsafəni 3 saat 18 dəqiqəyə qət edən Harilaos Vasilakos qalib gəlib. Birinci Olimpiya Oyunlarında kişilər arasında marafon qaçışı yüngül atletika üzrə proqramın yekun hissəsi hesab olunur. 2004-cü ildə Afinada keçirilən XXVIII Olimpiya Oyunlarında isə bu ənənəyə sadiqlik bir daha nümayiş etdirilib. DAVAM.AZ Geri dön |