Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Saçların tökülməsini azaldan ot dəmləmələri
Saçların tökülməsini azaldan ot dəmləmələri |
Müalicəvi bitkilər ta qədimdən saçların keyfiyyətini yaxşılaşdırmaq, möhkəmləndirmək və saçların tökülməsini azaltmaq üçün uğurla istifadə olunur.
Belə reseptlərin bəzilərini sizə təqdim edirik. - 2 xörək qaşığı dazıotunun üzərinə 2 stəkan qaynar su töküb 20 dəqiqə ərzində dəmlədikdən sonra süzün və saçlarınızı yaxşı yuduqdan və yaxaladıqdan sonra bu dəmləmə ilə yaxalayın. Daha sonra su ilə yaxalamaq lazım deyil. - Şam ağacının tumurcuğu, budağı və qabığından 5 xörək qaşığı götürərək üzərinə 2 litr qaynar su töküb 15 dəqiqə ərzində qapağı bağlı qazanda qaynatmaq lazımdır. 30 dəqiqə dəmlədikdən sonra dəmləməni süzün və təmiz saçlarınızı bu dəmləmə ilə yaxalayın. - 2 xörək qaşığı gicitkənın üzərinə 2 stəkan qaynar su töküb 20 dəqiqə ərzində dəmləyin və süzün. Daha sonra təmiz saçları bu dəmləmə ilə yaxalayın. - 2 nar meyvəsinin qabığını yaxşı yuyun və üzərinə 1 litr qaynar su töküb 10 dəqiqə ərzində vam odda qapağı bağlı qazanda qaynatdıqdan sonra süzün. Saçları yaxşı yuduqdan sonra onları sonuncu dəfə yaxalamaq üçün bu dəmləmədən istifadə edin. - 3 xörək qaşığı pıtraq və 3 xörək qaşığı gicitkən götürüb üzərinə 1 litr qaynar su əlavə edərək 20 dəqiqə ərzində dəmləmək lazımdır. Saçları yuduqdan sonra alınan dəmləmə ilə yaxalayın. - 2 xörək qaşığı doğranmış pıtraq kökünün üzərinə ½ litr qaynar su töküb 15 dəqiqə ərzində bağlı qazanda vam odda qaynatmaq lazımdır. Alınan dəmləmənin üzərinə 2 çay qaşığı şüyüd toxumu əlavə edin və 2-3 saat saxladıqdan sonra süzün. Bu dəmləməni saçları son dəfə yaxalamaq üçün hazırlanmış suya əlavə edin. DAVAM.AZ Geri dön |