Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > GÜNEY XƏBƏRLƏRİ
GÜNEY XƏBƏRLƏRİ |
Nasir Derazşəmşir hələdə təknəfərlik kamerada saxlanılır
Azərbaycanlı fəal Nasir Derzaşəmşir (Aydın Muğanlı) bir neçə aydır Təbriz ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) təknəfərlik kamerasında saxlanılır. Cənab Derazşəmşir 2011-ci il avqust ayının 6-ı (mordad ayının 15-i) Muğanın Cəfərabad qəsəbəsində tutuqlanıb və dərhal Təbrizin ETTELAAT şöbəsinə aparılıb. Tutulduğu gündən bəri təknəfərlik kamerada saxlanılan Derazşəmşirlə, bir neçə dəqiqəlik anası ilə görüşdən başqa heç bir mülaqata icazə verilmir. Onun ailəsinə yaxalanmasının səbəbi ilə bağlı da heç bir məlumat verilmir. O, bu müddətdə vəkil tutmaq hüququndan da məhrum olub. Təbrizin ETTELAAT idarəsindən onun ailəsinə bildirilib ki, müəyyən səbəblərə görə Derazşəmşirin ETTELAATın təknəfərlik kamerasında saxlanılma müddəti uzadılıb. Qeyd edək ki, Adını çəkdiyimiz azərbaycanlı fəalın tutulduğu müddətdə bundan başqa heç bir bilgi əldə edilməyib. Xatırladaq ki, Bakı Dövlət Universitetinin məzunu, magistr dərəcəsinə yiyələnmiş Güney Azərbaycanlı Nasir Derazşəmşir öz dostları arasında milli-mədəni fəaliyyətlərlə məşğul olub və bundan başqa heç bir suç işləməyib. Azərbaycanli fəal Abdullah Səduqi ETTELAAT idarəsinə intiqal edilib Azərbaycanlı milli-mədəni fəal cənab Abdullah Səduqi oktyabrın 24-də (abanın 2-də) Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə intiqal edilib. Cənab Səduqi avqustun 24-ü Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı tutuqlanan təxminən 30 nəfərdən biridir. O, 20 gün ETTELAT təcridxanasında saxlanıldıqdan sonra Təbrizin mərkəzi zindanına köçürülmüşdür. Həmçinin cənab Səduqi ETTELAAT təcridxanasında saxlanılan zaman qanunsuz saxlanıldığına görə, aclıq aksiyası (etisab-i ğəza) emiş və səhhəti pisləşmişdir. Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı iftar mərasimi zamanı tutulan azərbaycanlı fəalların dərhal azad edilməsini tələb edibdir. Azərbaycanli fəal Hüseyn Şirinin evində növbəti dəfə axtarış aparılıb ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları 1 ay ərzində 3 dəfə azərbaycanlı fəal Hüseyn Şiri və onun oğlu Davud Şirinin evində axtarış aparıblar. Məmurlar ailə üzvlərini tutuqlamaqla təhdid edərək, evdə axtarış aparıblar. Ailə içində vəhşi hərəkətlərə yol verən məmurlar, axtarış nəticəsində peyk antenasını özləri ilə aparıblar. Məlumata görə, məmurlar axtarış zamanı qonşu evlərində damları üstünə gedib və evlərə baxış keçiriblər. İRANLI AYƏTULLAH: “ƏHMƏDİNEJADDAN SONRA PARLAMENT SİSTEMİ FORMALAŞACAQ” İran İslam Respublikasının iqtidaryönlü ruhanilərindən olan ayətullah Möhsün Qərəviyan prezident Mahmud Əhmədinejadın səlahiyyət müddəti başa çatandan sonra ölkədə parlament sisteminin yaradılacağını bildirib. jurnalistlərlə söhbətində Möhsün Qərəviyan deyib: “Əhmədinejaddan sonra biz ölkədə parlament sisteminin formalaşmasının şahidi olacağıq. Bu üsul-idarənin üstünlüyü ondadır ki, parlament ölkə prezidentini özü seçdiyi üçün istədiyi vaxt onu sorğu-suala tuta, impiçment edə bilir. Hazırda hökumətlə parlament arasında çaxnaşmalar var. Hökumət də, parlament də xalqın səsi ilə seçildiyini, xalqın səsinə güvəndiyini deyir. İndiki şəraitdə parlamentin prezidenti impiçment etmək üçün gücü zəifləyib”. Bu il iyunun 26-da İran parlamentinin 100 deputatı prezident Mahmud Əhmədinejadın impiçment olunması üçün parlamentin Rəyasət Heyətinə müraciət etmişdi. Müraciət Əli Mütəhhərinin təşəbbüsü ilə hazırlanmışdı. İyunun 27-də İran parlamentinin Rəyasət Heyəti impiçmenti məqsədəuyğun saymayıb. Sentyabrın 21-də İran parlamentinin mühafizəkar deputatı Həmidrza Katuziyan ölkədə prezident postunun ləğv edilməsi, baş nazir postunun bərpa olunması ətrafında danışıqlar getdiyini açıqlayıb: “Son vaxtlar siyasi nəzəriyyəçilər arasında belə bir təklif ətrafında müzakirələr gedir ki, “Vəliyi-fəqih” (dini rəhbər ayətullah Əli Xamneyinin mütləqiyyətə söykənən titulu və vəzifəsi) nemətinə malik olan ölkəmizdə prezidentə ehtiyac yoxdur. Ölkədə icra hakimiyyətinə rəhbərliyi parlamentin seçdiyi baş nazir həyata keçirə bilər. Bu ideya o baxımdan önəm daşıyır ki, icra hakimiyyəti, onun rəhbəri deputatlar qarşısında cavabdeh ola bilər. Prezident postunun ləğv edilərək yerinə baş nazirin gətirilməsi təklifi haqda hazırda güclü siyasi imici olan deputatlar arasında danışıqlar gedir, məsələ hərtərəfli araşdırılır”. Oktyabrın 16-da Kirmanşah şəhərində tələbələr qarşısında çıxış edən İranın dini lideri ayətullah Əli Xamneyi gələcəkdə ölkədə prezident postunun ləğv olunmasının mümkünlüyündən danışıb. Xamneyi deyib ki, prezident postunun ləğv olunub baş nazir postu ilə əvəz edilməsində heç bir problem görmür: “Hazırkı şəraitdə ölkənin siyasi sistemi prezidentliyə əsaslanır. Prezident xalqın birbaşa səsi ilə seçilir. Bu isə yaxşı və təsirli bir üsuldur. Lakin uzaq gələcəkdə bir gün hiss olunsa ki, icra hakimiyyəti məsullarını parlamentin seçməsi daha səmərəli və məqsədə uyğundur, onda hazırkı sistem və vəziyyətin dəyişməsində heç bir problem yoxdur”. 1989-cu ildə İran İslam Respublikasının Konstitusiyasında dəyişiklik edilərək baş nazir postu ləğv olunub. 1979-cu ildə qurulan İran İslam Respublikasının sonuncu (beşinci) baş naziri hazırda ev dustaqlığında saxlanan Mirhüseyn Musəvi olub. O, 1981-ci ildən 1989-cu ilə qədər baş nazir vəzifəsində çalışıb. RƏFSƏNCANİ PREZİDENT POSTUNUN LƏĞV EDİLMƏSİNƏ QARŞI ÇIXDI İranın sabiq prezidenti, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri ayətullah Haşimi Rəfsəncani ölkədə prezident postunun ləğv edilməsinin konstitusiyaya zidd olduğunu bəyan edib. oktyabrın 24-də jurnalistlərə açıqlamasında Rəfsəncani deyib ki, prezident postunun ləğvi və parlament sisteminin bərqərar olunması xalqın seçim imkanını zəiflədəcək: “İranda parlament sisteminin gerçəkləşdirilməsi respublika quruluşunun mahiyyətində dəyişiklik edilməsindən asılıdır. Bu isə xalqın seçim imkanını və respublika üsul-idarəsini zəiflətdiyinə görə konstitusiyaya zidd addımdır. Güman edirəm ki, rəhbərin də nəzərdə tutduğu bu deyildi”. Bu il iyunun 26-da İran parlamentinin 100 deputatı prezident Mahmud Əhmədinejadın impiçment olunması üçün parlamentin Rəyasət Heyətinə müraciət etmişdi. Müraciət Əli Mütəhhərinin təşəbbüsü ilə hazırlanmışdı. İyunun 27-də İran parlamentinin Rəyasət Heyəti impiçmenti məqsədəuyğun saymayıb. Sentyabrın 21-də İran parlamentinin mühafizəkar deputatı Həmidrza Katuziyan ölkədə prezident postunun ləğv edilməsi, baş nazir postunun bərpa olunması ətrafında danışıqlar getdiyini açıqlayıb: “Son vaxtlar siyasi nəzəriyyəçilər arasında belə bir təklif ətrafında müzakirələr gedir ki, “Vəliyi-fəqih” (dini rəhbər ayətullah Əli Xamneyinin mütləqiyyətə söykənən titulu və vəzifəsi) nemətinə malik olan ölkəmizdə prezidentə ehtiyac yoxdur. Ölkədə icra hakimiyyətinə rəhbərliyi parlamentin seçdiyi baş nazir həyata keçirə bilər. Bu ideya o baxımdan önəm daşıyır ki, icra hakimiyyəti, onun rəhbəri deputatlar qarşısında cavabdeh ola bilər. Prezident postunun ləğv edilərək yerinə baş nazirin gətirilməsi təklifi haqda hazırda güclü siyasi imici olan deputatlar arasında danışıqlar gedir, məsələ hərtərəfli araşdırılır”. Oktyabrın 16-da Kirmanşah şəhərində tələbələr qarşısında çıxış edən İranın dini lideri ayətullah Əli Xamneyi gələcəkdə ölkədə prezident postunun ləğv olunmasının mümkünlüyündən danışıb. Xamneyi deyib ki, prezident postunun ləğv olunub baş nazir postu ilə əvəz edilməsində heç bir problem görmür: “Hazırkı şəraitdə ölkənin siyasi sistemi prezidentliyə əsaslanır. Prezident xalqın birbaşa səsi ilə seçilir. Bu isə yaxşı və təsirli bir üsuldur. Lakin uzaq gələcəkdə bir gün hiss olunsa ki, icra hakimiyyəti məsullarını parlamentin seçməsi daha səmərəli və məqsədə uyğundur, onda hazırkı sistem və vəziyyətin dəyişməsində heç bir problem yoxdur”. Oktyabrın 23-də İran parlamenti Rəyasət Heyətinin üzvü Məhəmməd Dehqan jurnalistlərə açıqlamasında Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun ləğvini və onun yerinə ikipalatalı parlament sisteminin yaradılmasını təklif edib: “Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumu ləğv edib yerinə ikipalatalı parlament qurmaqla bir çox problemlərin öhdəsindən asanlıqla gələ bilərik”. Məhəmməd Dehqan ölkədə prezident postuna da ehtiyac qalmadığını vurğulayıb: “Prezident postunun indiki şəkildə mənası yoxdur. “Vəliyi-fəqih” (dini rəhbər ayətullah Əli Xamneyinin mütləqiyyətə söykənən titulu və vəzifəsi) kimi şəxsi olan ölkənin prezident sistemi olmamalıdır. Çünki “Vilayəti-fəqih” əsasında idarə sistemi parlament sisteminə daha uyğundur”. 1989-cu ildə İran İslam Respublikasının Konstitusiyasında dəyişiklik edilərək baş nazir postu ləğv olunub. 1979-cu ildə qurulan İran İslam Respublikasının sonuncu (beşinci) baş naziri hazırda ev dustaqlığında saxlanan Mirhüseyn Musəvi olub. O, 1981-ci ildən 1989-cu ilə qədər baş nazir vəzifəsində çalışıb. RƏSMİ TEHRAN AVROPA BİRLİYİNDƏN UMACAĞINI AÇIQLAYIB Jurnalistlərə açıqlama verən xarici işlər naziri Əli Əkbər Salehi Avropa Birliyinin İranı Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Adil əl-Cəbiri qətlə yetirmək planında günahlandırmasından danışıb. Əli Əkbər Salehi terror ittihamından təəssüfləndiyini bildirib: “Avropa Birliyində təcrübəli siyasətçilərin olduğunu nəzərə alaraq qurumun belə asanlıqla Amerikanın oyununun təsiri altına düşməsini gözləmirdik. Biz Avropa Birliyindən müstəqil xarici siyasət yeritməsini, Amerikanın və sionist rejimin İrana qarşı düşmənçilik siyasətində iştirak etməməyi gözləyirik. Avropa Birliyi ilə yaxşı əlaqələr qurmaq istəyirik. İran xalqının Avropa ilə heç vaxt problemi olmayıb və indiyə qədər İrandan Avropaya heç vaxt ziyan gəlməyib. Biz bu birliklə münasibətlərimizə xələl gətirən bütün maneələrin aradan qaldırılmasının tərəfdarıyıq. Hesab edirəm ki, həm İran, həm də Avropa Birliyi əlaqələri genişləndirmək üçün böyük potensiala malikdir”. ABŞ rəsmiləri oktyabrın 11-də İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının Səudiyyə Ərəbistanı və İsrailin Vaşinqtondakı səfirliklərinə hücum planını və Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Adil əl-Cəbiri qətlə yetirmək cəhdini zərərsizləşdirdiyini açıqlayıb. Bildirilir ki, terror əməliyyatına “Qüds” üzvü olan iki İran vətəndaşı rəhbərlik edib. Bunlardan biri hazırda tutulub həbsdə saxlanan Mənsur Ərbab Siyar (o həm də ABŞ vətəndaşıdır), digəri isə İrana qaçan Qulam Şəkuridir. Hillari Klinton İrana xəbərdarlıq etdi Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton İrana xəbərdarlıq edib. Klinton CNN telekanalına müsahibəsində ABŞ-ın İraqdan öz qoşunlarını çıxarması ilə İranı "səhv hesablamalar" aparmamağı və İraqı öz təsiri altına salmamağı məsləhət görüb. Dövlət katibi bildirib ki, Amerika hərbi qüvvələrinin İraqdan çıxarılmasından sonra da ABŞ-ın Fars körfəzi regionunda mövcudluğu hiss ediləcək və heç kim, xüsusilə də İran - ABŞ-ın İraqa dəstək verməyi dayandıracağına ümid etməsin. Bu yaxınlarda İran prezidenti Mahmud Əhmədinejad bildirmişdi ki, ABŞ qoşunları ilin sonunda İraqdan çıxarıldıqdan sonra İran hərbçiləri İraq ordusuna təlim keçilməsində və ordunun təchiz edilməsində bu ölkəyə yardım edəcək. Əhmədinejad həmçinin qeyd edib ki, bununla bağlı qərarı İraq rəhbərliyi verəcək. RƏFSANCANİNİN RƏHBƏRLİK ETDİYİ QURUMUN LƏĞVİ TƏKLİF OLUNDU İran parlamenti rəyasət heyətinin üzvü Məhəmməd Dehqan jurnalistlərə açıqlamasında Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun ləğvini və onun yerinə ikipalatalı parlament sisteminin yaradılmasını təklif edib. Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncanidir. Məhəmməd Dehqan deyib ki, ölkə konstitusiyasına yenidən baxmaq, ona dəyişiklik etmək lazımdır: “Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumu ləğv edib yerinə ikipalatalı parlament qurmaqla bir çox problemlərin öhdəsindən asanlıqla gələ bilərik”. Məhəmməd Dehqan ölkədə prezident postuna da ehtiyac qalmadığını vurğulayıb: “Prezident postunun indiki şəkildə mənası yoxdur. “Vəliyi-fəqih” (dini rəhbər ayətullah Əli Xamneyinin mütləqiyyətə söykənən titulu və vəzifəsi) kimi şəxsi olan ölkənin prezident sistemi olmamalıdır. Çünki “Vilayəti-fəqih” əsasında idarə sistemi parlament sisteminə daha uyğundur”. Sentyabrın 21-də İran parlamentinin mühafizəkar deputatı Həmidrza Katuziyan ölkədə prezident postunun ləğv edilməsi, baş nazir postunun bərpa olunması ətrafında danışıqlar getdiyini açıqlamışdı. Oktyabrın 16-da Kirmanşah şəhərində tələbələr qarşısında çıxış edən dini lider ayətullah Əli Xamneyi gələcəkdə ölkədə prezident postunun ləğv olunmasının mümkünlüyündən danışıb. Xamneyi deyib ki, prezident postunun ləğv olunub baş nazir postu ilə əvəz edilməsində heç bir problem görmür. Geri dön |