Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Damar tıxanmasından bizi qoruya biləcək 7 məhsul
Damar tıxanmasından bizi qoruya biləcək 7 məhsul |
İldən ilə ürək-damar xəstəliklərindən əziyyət çəkən və bu xəstəliklərdən ölən insanların sayı artır. Düzgün olmayan qidalanma damar problemlərinin əsas səbəblərindən biridir. Alimlərin fikrinə görə, damarların əsas düşmənləri şəkər və trans-yağlardır (marqarin və s.). Şəkərın çoxlu miqdarda istehlakı damarlarda xroniki iltihaba səbəb olur. Trans-yağlar isə orqanizmdə pis xolesterinin səviyyəsini artırır. Xolesterin iltihablaşmış damarlarda yığılır, damarları daraldır, onları zəif və kövrək edir. Belə damarlar tıxana, partlaya bilər ki, bu da infarkt və insulta gətirib çıxardır.
Əksinə isə bəzi məhsullar var ki, onların istehlakı damarları xolesterindən təmizləyir və möhkəmləndirir, infarkt və insultun riskini azaldır. Bu hansı məhsullardır? 1. Yulaf yarması Liflərlə zəngin olan yulaf yarması xolesterinin səviyyəsini aşağı salır. 2. Quşüzümü Saglamolun.az xəbər verir ki, antioksidantlarla zəngin olduğundan quşüzümü ürək-damar sistemini möhkəmləndirir, aterosklerozun riskini azaldır. 3. Çia toxumu Bu unikal məhsul omeqa-3 yağlı turşuların sayəsində qanda xolesterin və triqliseridlərin səviyyəsini aşağı salır, damarları möhkəmləndirir. 4. Yağlı balıq Balıq omeqa-3 və omeqa-6 yağlı turşularla zəngindir. Bu turşular ürək-damar sistemi xəstəliklərinin profilaktikasında mühüm rol oynayır. 5. Avokado Avokado damarlarda iltihabları azaldır. 6. Qulançar Vitamin, minerallar və liflər sayəsində qulançar pis xolesterini və təzyiqi aşağı salır. 7. Pomidor Pomidorun tərkibində olan likopen damarları xolesterindən təmizləyir. DAVAM.AZ Geri dön |