Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gənclərin düzgün ixtisas seçiminə dəstək məqsədilə yeni layihəyə start verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Gənclərin düzgün ixtisas seçiminə dəstək məqsədilə yeni layihəyə start verilib

Gənclərin düzgün ixtisas seçiminə dəstək məqsədilə yeni layihəyə start verilib


Bakıda ixtisas.az portalının təqdimatı olub və bununla da Azərbaycanda ilk dəfə 8-11-ci sinif şagirdləri üçün yeni layihəyə start verilib. Layihə bakalavr təhsili almaq istəyən abituriyentlərin gələcəkdə düzgün ixtisas seçiminə dəstək məqsədilə reallaşdırılır. Gənclərin İnkişaf və Karyera Mərkəzindən (GİKM) bildiriblər ki, bu mövzu Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları ərəfəsində aktual problemə çevrilir. İstər gənclərin, istərsə də onların valideynlərinin istənilən peşə haqqında düzgün təsəvvürünün olmaması, seçilən peşə üçün hansı şəxsi keyfiyyətlərin tələb edildiyinin nəzərə alınmaması, xüsusilə valideynlərin istək və arzularının təsiri gənclərin peşə seçimlərində yanlışlıqlara yol vermələrinə gətirib çıxarır. Təhsil Nazirliyinin, dövlət qurumlarının, qeyri–hökumət təşkilatlarının, iş adamlarının, universitet və məktəblərin nümayəndələrinin də iştirak etdiyi təqdimat marağa səbəb olub. Təqdimatda qonaqlar layihənin fəaliyyət istiqamətləri haqqında məlumatlandırılıblar. Portala daxil olan hər bir istifadəçinin qeyd edilən ixtisaslar üzrə məlumat, üç növ peşə seçimi testi, peşəkarlardan məqalələr, canlı konsultasiya, mütəxəssislər tərəfindən mentorluq dəstəyi kimi xidmətlərdən tam ödənişsiz yararlana biləcəyi bildirilib. Həmçinin layihənin sonrakı mərhələsində nəzərdə tutulan işlər barədə də məlumat verilib.
Layihə rəhbəri Toğrul Ələkbər bildirib ki, gənclərin karyerasında istədiyi uğuru qazana bilməmələrinin səbəblərindən biri də bacarıqlarına və şəxsi keyfiyyətlərinə uyğun olmayan və sevmədikləri ixtisası seçimlərindən irəli gəlir: “Hər bir gəncin peşəsini və bacardığı işi sevməsi vacibdir. Peşə seçimini düzgün etməyən və sevmədiyi işdə çalışan insanın faydalılıq əmsalı yaxşı ola bilməz. Bu layihə vasitəsilə biz onlara istiqamət verir, nümunələr təqdim edirik. İxtisas.az portalı ilə gənclər Azərbaycan dilində informasiya əldə edə biləcəyi mənbəyə sahib olacaqlar və hər bir ixtisasın ətraflı təsviri, iş öhdəlikləri, gələcəkdəki iş imkanları və perspektivləri, lazımi bacarıq və biliklər haqqında dəqiq və obyektiv məlumat əldə edəcəklər”.
Layihənin “YouTube” kanalı da istifadəyə verilib. Kanalda müxtəlif ixtisaslar üzrə mütəxəssislərdən alınmış videomüsahibələr təqdim ediləcək. Bu layihənin regional tərəfdaşı Gənclərin İnkişaf və Karyera Mərkəzi, sponsoru isə “Pasha Holding”dir. Layihənin 2019-2020-ci tədris ilində minimum 500 min şəxsə töhfə verəcəyi nəzərdə tutulur.

DAVAM.AZ

Geri dön