Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Vəkillərin ixtisas komissiyasından peşə yararlılığına dair rəy almış 84 namizəd icbari təlimə buraxılıb
Vəkillərin ixtisas komissiyasından peşə yararlılığına dair rəy almış 84 namizəd icbari təlimə buraxılıb |
Vəkilliyə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsini müvəffəqiyyətlə keçən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin birinci hissəsinə əsasən, əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslərdən 103 nəfər vəkilliyə namizədin peşə yararlılığının yoxlanılması məqsədilə noyabrın 17-dən yanvarın 28-dək ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilib. Vəkillər Kollegiyasından bildiriblər ki, imtahanların nəticəsinə görə, vəkillərin ixtisas komissiyasından peşə yararlılığına dair rəy almış 84 namizəd icbari təlimə buraxılıb. İcbari təlimdə namizədlərin vəkil peşəsinə hazırlanmaları təmin ediləcək, onlara vəkillik fəaliyyətinin səmərəli təşkili, vəkil etikası, insan haqları və digər aktual məsələlərə dair mövzular peşəkar ekspertlərin iştirakı ilə tədris olunacaq. Namizədlər müxtəlif aidiyyəti qurumlarda təcrübə də keçəcəklər.
Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının şifahi mərhələsindən müvəffəqiyyət qazanmış namizədlərin fevralın 17-də saat 09:00-dan gec olmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına (Bakı şəhəri Vidadi küçəsi 158) gəlmələri xahiş edilir. Əlavə məlumatı 012 594-14-95 telefon nömrəsindən öyrənmək mümkündür. İxtisas imtahanının şifahi müsahibə mərhələsində müvəffəqiyyət qazanmış, əvvəllər vəkil və ya hakim olmuş üç nəfər vəkillik haqqında qanunvericiliyin tələblərinə əsasən icbari təlimə cəlb edilmədən andiçməyə buraxılıb. DAVAM.AZ Geri dön |