Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Müsabiqədə uğur qazanmış hakimliyə namizədlərlə tədris kursları başlanıb
Müsabiqədə uğur qazanmış hakimliyə namizədlərlə tədris kursları başlanıb |
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yeni ayrılmış hakim ştatlarının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə hakimlərin seçimi üzrə açıq və davamlı müsabiqə elan olunub. Hazırda imtahanlarda uğur qazanmış 150-dək hüquqşünas müsabiqənin növbəti mərhələlərində iştirak edir, o cümlədən 44 nəfər tədris kursuna vəsiqə qazanıb. Həmin namizədlərin hakimlik fəaliyyətinə hazırlanmaları üçün keçirilən bu kurslarda nüfuzlu yerli və beynəlxalq ekspertlərin iştirakı ilə mühüm və aktual mövzular tədris olunacaq, onlar məhkəmələrdə, həmçinin beynəlxalq təcrübəni öyrənmələri məqsədilə xarici dövlətlərdə staj keçəcəklər. Ədliyyə Akademiyasında təşkil olunan həmin kursun yanvarın 30-da Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun iştirakı ilə açılışı olub. Namizədlərə uğurlar arzulayan və zəruri tövsiyələrini verən Ədliyyə naziri ölkəmizdə mütərəqqi məhkəmə islahatının mahiyyətinə dair geniş mühazirə ilə çıxış edib. Bildirib ki, ölkəmiz ulu öndər Heydər Əliyevin yolu ilə gedərək Prezident İlham Əliyevin güclü siyasi iradəsi və yorulmaz fəaliyyəti sayəsində davamlı inkişaf edir və möhkəmlənir. Dövlət başçısının həyata keçirdiyi çoxşaxəli islahatlar, həmçinin məhkəmə-hüquq sistemini əhatə edir. Ötən dövrdə bu sahədə ardıcıl islahatlar aparılaq məhkəmə sistemi və infrastrukturu müasirləşdirilib, yeni məhkəmələr və məhkəmə təsisatları yaradılıb, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi müəyyən edilib, “Elektron məhkəmə” informasiya sistemi istifadəyə verilib. Həyata keçirilən islahatlara beynəlxalq maraq artaraq ölkəmizin məhkəmə sistemindəki nailiyyətləri Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatına layiq görülüb, həmçinin Dünya Bankı tərəfindən bu sahədə innovasiyalara görə nominasiyaların qalibi elan olunub. Nazir Azərbaycan Prezidentinin ədliyyə və məhkəmə sistemi üçün “yol xəritəsi” olan məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair 2019-cu il 3 aprel tarixli Fərmanı ilə bu sahədə islahatların yeni mərhələyə yüksəldiyini vurğulayıb, onun icrası üzrə görülən işləri, o cümlədən vahid məhkəmə təcrübəsinin formalaşdırılması, sahibkarlıq fəaliyyətinə dair mübahisələr üzrə ayrıca ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı mühüm qanunların qəbul olunduğunu qeyd edib, qarşıda duran mühüm vəzifələri diqqətə çatdırıb. Ədalət mühakiməsinin səmərəliliyinin, vətəndaşların inam və etimadının artırılmasının hakimlərin fəaliyyətindən bilavasitə asılı olduğu vurğulanıb. Məhkəmə sistemində nəzəri və peşə hazırlığı ilə yanaşı, mənəvi cəhətdən saflığına, həmçinin ədalətliliyinə və qərəzsizliyinə, insanlara qayğılı münasibətinə görə fərqlənən şəxslərin təmsil olunmasının xüsusi vacibliyi, bu yüksək amalların daim uca tutulmasının zəruriliyi bildirilib. Sonra kurs İspaniyadan olan beynəlxalq ekspert, hüquq professoru Juan Barata Mirin iştirakı ilə məhkəmə fəaliyyətində şəffaflığın təmin edilməsi və onun etik aspektləri, düzgün kommunikasiya strategiyası, habelə təqsirsizlik prezumpsiyası məsələləri üzrə seminarla davam etdirilib. Geniş təqdimat keçirilib, bu sahələrdə hakimliyə namizədləri maraqlandıran suallar cavablandırılıb.
DAVAM.AZ Geri dön |