Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > FHN, DİN və Səhiyyə nazirliklərinin qurumları birgə təlim təşkil ediblər
FHN, DİN və Səhiyyə nazirliklərinin qurumları birgə təlim təşkil ediblər |
“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar yanvarın 30-da Bakı-Quba-Dağıstan yolunun 193-cü kilometrliyində 708 saylı dövlət yol polisi postunun yaxınlığında təlim təşkil olunub. Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, təlimə nazirliyin Şimal Regional Mərkəzinin, Qusar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 708 saylı postunun 2-ci taqımının, Quba və Qusar rayonları DYP idarələrinin, Səhiyyə Nazirliyinin Xaçmaz, Quba, Qusar Təcili Təxirəsalınmaz Tibbi Yardım stansiyalarının və 113 xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib. Nəqliyyatda baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının operativ alınması və birgə fəaliyyətin təşkili məqsədilə keçirilən təlimdə qəza xilasetmə işlərinin aparılması, yanğın təhlükəsizliyinin təmin olunması, yaralıların təxliyəsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və qəza zamanı yol hərəkətinin idarə olunması üzrə əməliyyatlar həyata keçirilib.
DAVAM.AZ Geri dön |