Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycanda əhalinin gəlirləri son bir ildə 19% artıb
Azərbaycanda əhalinin gəlirləri son bir ildə 19% artıb |
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,2% artaraq 21,8 mlrd. manata çatıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gəlirlərin adambaşına həcmi 17,6% artaraq 2 409,9 manat və ya ayda orta hesabla 267,8 manat təşkil edib. «Gəlirlərin 65,9%-i son istehlaka, 7,9%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 24,4%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib», - deyə Komitədən bildirilib. Əhalinin sərəncamında qalan gəlir 20 mlrd. manat təşkil edib və əvvəlki ildəkinə nisbətən 20,5% artıb. Qeyd edək ki, proqnozlara əsasən, cari ilin sonuna əhalinin gəlirlərinin 2010-cu ilə nisbətən 14,2% artaraq 32,1 mlrd. manata çatacaq, 2012-ci ildə bu göstərici 2011-ci illə müqayisədə 6,8% artaraq 36,4 mlrd. manat, 2013-cü ildə 8% artaraq 41,2 mlrd. manat, 2014-cü ildə 8,7% artaraq 47,2 mlrd. manat, 2015-ci ildə isə 8,9% artaraq 53,9 mlrd. manat təşkil edəcəyi gözlənilir. Xatırladaq ki, 2010-cu ildə Azərbaycanda əhalinin gəlirləri 2009-cu ilə nisbətən 7,2% artaraq 25,6 mlrd. manata çatıb. Geri dön |