Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Faktiki olaraq eyni funksiya daşıyan üç vakansiya
Faktiki olaraq eyni funksiya daşıyan üç vakansiya |
Marneuli Bələdiyyə Məclisi üç vakant vəzifəyə qəbul elan edib. Bələdiyyə Məclisi Aparatı yeni yaradılmış texniki və kompüter təchizatı şöbəsində iki mütəxəssis və rəhbər axtarır. Maddi-texniki və kompüter təchizatı şöbəsinin rəhbər və mütəxəssisləri faktiki olaraq birgə fəaliyyət göstərməli olacaqlar, fərq yalnız dörd öhdəlikdədir. Marneuli Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridze bildirir ki, Bələdiyyə Məclisi üç nəfərin qəbul eidlməsinə bir neçə amil səbəb olub.
“Əməkdaşların sayı artıq bizdə də (Bələdiyyə Məclisində) kifayət qədər çoxdur və texniki olaraq kompüterlərin texniki təminatı alınmır. Meriyada da əməkdaş çoxdur və kompüterlərin tam şəkildə təminatı alınmır, internet qaydasında çalışmır və bundan irəli gələrək vakansiyalar elan etdik”, - Nino Beridze dedi. Elan olunmuş vakansiyadan aydın olur ki, Bələdiyyə Məclisi Aparatının maddi-texniki və kompüter təchizatı şöbəsinin iki mütəxəssisi cəmi dörd funksiya yerinə yetirməli olacaq. Onların işə qəbul olunmasından sonra bu funksiyalar da bölünəcək. Şöbə rəhbərinə isə Bələdiyyə Məclisində çalışmaqla mütəxəssislərdən fərqli olaraq əlavə dörd funksiya öhdəliyi veriləcək. 1. Bələdiyyə Məclisinin üzvü öhdəliyini yerinə yetirməklə bağlı xərclərin hesablanmasını həyata keçirir; 2. Sonradan alqı-satqı planında göstərmək məqsədi ilə Bələdiyyə Məclisinin ehtiyacları üçün həyata keçiriləcək alqı-satqı təklifləri hazırlayır. 3. Mütəşəkkil olaraq Bələdiyyə Məclisindəki xidməti maşınların problemsiz çalışmasını təmin edir; 4. Bələdiyyə Məclisinin balansında olan əmlakı qeydə almağı və mühasibat hesabatında göstərilməsini təmin edir; Maddi-texniki və kompüter təchizatı şöbəsinin rəhbərinin əmək haqqı 1800 lari olacaq Mütəxəssislər isə 1000 lari alacaq. Vəzifəyə təyin olunmaq üçün ümumi tələblərə gəldikdə isə ali təhsil və bir illik təcrübə tələb olunur. Bələdiyyə Məclisi vakansiyaları www.hr.gov.ge-də 28 yanvarda elan edib. Müraciətlərin son qəbul vaxtı 6 fevraldır. DAVAM.AZ “Tiflis Bürosu” (Gürcüstan) Geri dön |