Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dəfnə yarpağının dəmləməsi ilə böyrəklərin təmizlənməsi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Dəfnə yarpağının dəmləməsi ilə böyrəklərin təmizlənməsi

Dəfnə yarpağının dəmləməsi ilə böyrəklərin təmizlənməsi


Dəfnə yarpağı yaxşı sidkqovucu, iltihab və mikrobəleyhinə təsirə malikdir. Dəfnə yarpağı xalq təbabətində böyrəklərin qumdan təmizlənməsi üçün çox geniş istifadə olunur.
3-4 dəfnə yarpağı üzərinə 1 stəkan qaynar su əlavə olunur, 2-3 dəqiqə ərzində vam odda qaynadılır, 1 saatdan sonra süzülür və sonra gün ərzində içilir. Dəmləməni 1 həftə ərzində için, sonra 1 həftə fasilə verin və yenə 1 həftə için.
Bu dəmləmə böyrəklərlə yanaşı, damarları da əla təmizləyir, arıqlamağa kömək edir.
Böyrək daşı xəstəliyi və həmçinin böyrəklərin funksiyasının pozulması zamanı bu reseptdən istifadə etmək olmaz. Həmçinin dəmləmənin qəbulu qəbizliyə səbəb ola bilər. Qəbizliyə meylli insanlar dəmləmənin qəbulu zamanı qidalanmaya liflərlə zəngin olan meyvə-tərəvəz, göyərti, paxlalı bitkilər, tamdənli yarmaları daxil etməlidir.

DAVAM.AZ

Geri dön