Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Vəkil: Mehman Hüseynovun əməlləri onun barəsində xüsusi ittiham qaydasında cinayət təqibinə başlamağa imkan verir
Vəkil: Mehman Hüseynovun əməlləri onun barəsində xüsusi ittiham qaydasında cinayət təqibinə başlamağa imkan verir |
Son günlər ictimai müzakirələrə səbəb olmuş Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Fərəc Quliyevin seçkilərdə alternativi olan Mehman Hüseynovla görüşü və həmin görüşdə gizli şəkildə qeydə alınmış səs yazısının montaj edilərək, fikirlərin təhrif olunmuş formada yayılmasına hüquqi qiymətin verilməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilməkdədir. M.Hüseynovun əməllərində cinayət tərkibinin olması, onun hüquq mühafizə orqanlarına müraciəti və s. məsələlərlə bağlı tanınmış vəkil Rövşən Qasımov hüquqi məqalə ilə çıxış edib. Vəkil şərh edib ki, F.Quliyevin ictimai nüfuzuna zərbə vurmağa, şantaj etməyə və s. düşünülmüş hərəkətləri M.Hüseynova qarşı xüsusi ittiham qaydasında cinayət təqibinə başlamağa imkan verir. Həmin məqaləni təqdim edirik:
KİM HAQLI , KİM HAQSIZ.?. QANUN BUNA DAİR NƏ DEYİR.? ( Mən tərəfləri tanımıram.) Son günlər gündəliyi zəbt edən məslələrdən biridə deputatlığa namizəd Fərəc Quliyevlə , deputalığa namizəd Mehman Hüseynov arasında olan söhbət və bu söhbətin yazılaraq müəyyən hissələri çixarılmaqla ( səs yazısına qulaq asan zaman söhbətin montaj olunduğu açıq aşkar hiss olunur. ) sosial şəbəkələrə yol tapmasıdır. Bunu arxasınca müxtəlif sosial saytlar hər biri öz maraqları dairəsindən istifadə edərək xəbəri tirajlamışdır.. Sosial saytlarda bildirilir ki , deputatlığa namizəd Mehman Hüseynov deputatlığa namizəd Fərəc Quliyevdən Mərkəzi Seçki Komissiyasına (MSK) və Baş Prokurorluğa şikayət edib. Mehman Hüseynov bildirir ki , deputatlığa namizəd Fərəc Quliyev ona rüşvət təklif edib. İnsanlarda belə hallar bəzən çaşqınlıq yaradır. Qanuna istinad edək və baxıb görək ki , qanun bu deyilənlərə hansı prizmadan baxır və mübahisə edən tərəflərdən kimin hərəkətində qanuna zidd olan hərəkətlər vardır. AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI 32 –ci maddəsinin III.-cü bəndində deyilir ki , .... Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Qeyd edilən normanın tələbləri deputatlığa namizəd Mehman hüseynov tərəfindən pozulmuşdur. İV –cü bəndə deyilir ki , hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Deputatlığa namizəd Mehman Hüseynov dövlətin təminat verdiyi Ali qanunun bilavsitə tələblərinə əməl etməmişidr. Mehman Hüseynovun adından yayılan məlumatda deyilir ki , Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.2 maddəyə görə “Şəxsə öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin təklif olunması, vəd edilməsi və ya verilməsi— cinayət əməli hesab olunur. Həmçinin 308-ci maddədə “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür: -""dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər""; Qeyd edilənlər barədə mövcud qanunvericilik nə deyir? Diqqət edək. Rüşvət nədir ? bu suala cavab tapaq. Rüşvət - Hər hansı bir vəzifəli şəxsə verilən pul və ya əşya şəklində maddi sərvətdir. Bundan sonra vəzifəli şəxs anlayışına AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARINA FİKR VERƏK. 19 iyul 2013-cü il TARİXİNDƏ Azərbaycan Respublikası adından AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair ) xüsusi ilə əhmiyyətlidir. Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirib-yetirməmələrindən asılı olmayaraq bütün dövlət qulluqçularını, bələdiyyə üzvləri və bələdiyyə qulluqçularını, zabit, gizir və ya miçman olan hərbi qulluqçuları, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçilərini ehtiva edib-etməməsinin şərh olunmasını xahiş etmişdir . Sorğuda qeyd edilir ki, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərin "vəzifəli şəxs" anlayışının düzgün müəyyən edilməsi həmin cinayətlərin tövsifi və şəxsin cinayət məsulliyətinə cəlb olunması üçün mühüm əhəmiyyət kəsb edir. Lakin CM-in 308-ci maddəsinin "Qeyd" hissəsində nəzərdə tutulan "vəzifəli şəxs" anlayışına istintaq və məhkəmə təcrübəsində birmənalı yanaşılmır. Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələnin düzgün həll edilməsi məqsədilə vəzifəli şəxs anlayışının mahiyyətinin, dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi və yerli özünüidarə orqanlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluq mənafeyi əleyhinə olan cinayətlərin tərkibinin açıqlanmasını zəruri hesab edir. Həmin qərarda qeyd edilir ki , 1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: - qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Yəqin ki , qərarı hər bir kəs başa düşə bilər. O ki , qaldı deputatlığa namizəd Fərəc Quliyevi sonradan şantaj etmək , şərəf və ləyaqətini ləkələmək , ictimai nüfuzuna zərbə vurmaq və seçkidə seçicilərin qarşısında mənfi rəy yaratmaqla seçki marofonunda gücsüz hala salmaq cəhdinə bunun da qanuni məsuliyyəti var. Məhz qabaqcadan düşünülmüş halda deputatlığa namizəd Mehman Hüseynovun məqsədi bu yolla rəqibi Fərəc Quliyevi zəif salmaq olmuşdur. Səs yazısı aparılmışdırsa , bu məqsədli şəkildə aparılmışdır. Deputatlığa namizəd Fərəc Quliyev açıqlamarında bildirmişdir ki , söhbətləri 45 dəqiqə davam etmişdir. Bu 45 dəqiqəlik səs yazısının montaj olub sosial şəbəkələrdə deputatlığa namizəd Fərəc Quliyevin icazəsi olmadan tirajlanması, əks tərəfə qanuni heç bir yaxşı vəziyyət vəd etmir. Yuxarida qeyd edilən qanunlara əsaslanaraq yekun olaraq bildirmək istəyirəm ki , deputalığa namizəd Mehman Hüseynovun başladığı antitəbliğat onun üçün müəyyən mənfi hüquqi nəticələr yarada bilər. Bu yayımlarla deputatlığa namizəd Fərəc Quliyevin şərəf və ləyaqətini alçaltmağa , onun ictimai nüfuzuna zərbə vurmağa, şantaj etməyə , seçkidə rəqibini sıradan çıxarılmasına düşünülmüş hərəkət edilmişdir. Bu hal deputatlığa namizəd Fərəc Quliyevə, əks tərəfə qarşı xüsusi ittiham qaydasında cinayət təqibinə başlamağa imkan verir. Geri dön |