Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Parisdə diaspor "müharibəsi"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Parisdə diaspor "müharibəsi"

Parisdə diaspor "müharibəsi"


Prezident İlham Əliyevin səfəri zamanı erməni diasporunun aksiyalarına tutarlı cavab verilib, Azərbaycan dövlət başçısı Fransanın keçmiş və indiki prezidentləri ilə görüşüb, müzakirə olunan məsələlər arasında Qarabağ da yer alıb

Azərbaycan prezidenti İlham Əliyevin Parisə dünən axşam başa çatan işgüzar səfəri həm də erməni və azərbaycanlı diasporu arasında aksiyalar “müharibəsi” ilə yadda qalıb. ABŞ və Fransadakı erməni təşkilatlarının Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı prezident Əliyevin səfəri günlərində Parisdə və Marseldə aksiyalara hazırlıq görməsinə cavab olaraq Azərbaycan diasporu da hərəkətə keçib.

Avropadakı Azərbaycan tələbə qurumları ermənilərə qarşı əks-tədbir olaraq Parisdəki Ermənistan səfirliyinin qarşısında izdihamlı nümayiş keçiriblər. Nümayişdə çoxlu sayda Azərbaycan bayrağı, Ermənistan prezidenti Serj Sərkisyanın Xocalıda dinc azərbaycanlıların qırılmasında şəxsən iştirakından bəhs edən “Sərkisyan, qatil!” plakatları qaldırılıb, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini pisləyən şüarlar səsləndirilib. Erməni diasporunun Parisdəki Azərbaycan səfirliyi qarşısında sentyabrın 18-də axşam keçirdiyi aksiyanın isə o qədər də kütləvi olmadığı bildirilir. Polis səfirliyin binası ətrafında güclü təhlükəsizlik tədbirləri görüb, erməni qaynaqları aksiyada 300-ə yaxın adamın iştirak etdiyini bildirir. Lakin Parisdə səfərdə olan azərbaycanlı jurnalistlər aksiya iştirakçılarının 50-dən çox olmadığını görüblər. Fransa ermənilərinin Marsel şəhərində də aksiya keçirdiyi bildirilir.
Azərbaycan prezidenti isə Parisin məşhur Luvr muzeyində islam incəsənəti mərkəzinin açılışında iştirakdan sonra Fransa prezidenti Fransua Oland tərəfindən Yelisey sarayında qəbul edilib. Görüşdə Azərbaycan ilə Fransa arasında əməkdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu münasibətlərin siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti, bu istiqamətdə atılmalı olan addımlar da müzakirə edilib. Yelisey sarayından yayılan açıqlamada isə bildirilir ki, Oland Azərbaycan dövlət başçısını Ermənistanla etimadı möhkəmləndirməyə yönələn addımlar atmağa çağırıb. İ.Əliyev həmçinin Fransanın keçmiş prezidenti Nikola Sarkozi ilə görüşüb. Bu görüşün təfərrüatları məlum deyil.

Qeyd edək ki, Heydər Əliyev Fondu Luvr muzeyinin təmirinə 1 milyon avro ayırmışdı və belə görünür ki, muzeydəki mərasim Azərbaycan dövlət başçısının Parisə işgüzar səfərinin proqramının əsas bəndini təşkil edib. Lakin Fransanın yeni prezidenti Fransua Olandla aparılan danışıqlar da indiki situasiyada olduqca mühümdür. Fransa ənənəvi olaraq erməni lobbisinin güclü təsir imkanları olan ölkədir. Erməni lobbisi bu səfərə mane olmaq üçün səylər göstərsə də, nəticəsiz qalıb. Azərbaycan dövlət başçısı Olandla onun səlahiyyətlərinin icrasına başlamasından sonra baş tutmuş ilk təması Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların dayandığı, vəziyyətin mürəkkəbləşdiyi bir vaxtda rəsmi Parisin Minsk Qrupunun həmsədri kimi nələr edə biləcəyini müzakirə etmək üçün fürsət verib.

Siyasət şöbəsi

Parisdə diaspor "müharibəsi"


Parisdə diaspor "müharibəsi"

Geri dön