Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə inamını artırır!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə inamını artırır!

Fərəc Quliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə inamını artırır!


Şər və Böhtan yazanlara tutarlı cavab - 31 saylı Suraxanı ikinci Seçki Dairəsindən deputatlığa namizəd Fərəc Quliyev haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......


Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Fərəc Quliyevdə, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya "Fərəc Quliyev seçkilədə qanunsuzluqla məşğuldur". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Çoxları bu dünyada əməlləri və fəaliyyətləri ilə geniş dairədə tanınmır. Az adam var ki, qazandığını paylaşmaq zorunda olmasada, onu paylaşır və xeyirxahlığı ilə böyük hörmət qazanır.

Azərbaycan üçün, xalqı üçün yaşayan adamlarımızın azlıq təşkil etdiyi bir dönəmdə haqqında bəhs edə biləcəyimiz və qorumağa borclu olduğumuz məsələlərə biganə yanaşmamalıyıq. Qazandığını paylaşmağa borclu olmayan, lakin Vətənini sevən, millətinə yaxşılıq etməyi öhdəlik kimi qarşısına qoyan və yorulmadan bu istiqamətdə çalışan bir insanın, bəzi şəxslər tərəfindən haqsızlığa məruz qaldığını eşitdikdə sarsıldıq. Amma sevənləri çox olan Fərəc Quliyevin gözdən salmaq mümkün olmadı və ona görə birləşən insanlar ədalətin bərqərar olunması üçün çalışdılar və bacardılar...

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. 31 saylı Suraxanı ikinci Seçki Dairəsindən deputatlığa namizəd Fərəc Quliyevin fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .

Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Fərəc Quliyevi heç vaxt əqidəsindən döndərə bilməz.

Fərəc Quliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Fərəc Quliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Fərəc Quliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Fərəc Quliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə inamını artırır!

Ona etibar edilən bütün işlərdə Fərəc Quliyev özünü doğruldub. Bizdə hörmətli Fərəc Quliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Patriot.az

Geri dön