Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: Büdcənin sərbəst qalığını Qarabağın azadlığına yönəltməli və s
Fərəc Quliyev: Büdcənin sərbəst qalığını Qarabağın azadlığına yönəltməli və s |
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.
28-ci hissə 165.Dağlıq Qarabağla bağlı: (31.05.2019) Biz belə yaşayırıq ki,sanki İsveçrə tipli bir ölkədə yaşayırıq və bizim işğal olunmuş ərazi problemimiz də yoxdur. Hökumət nə qədər fəaliyyət göstərsə də Dağlıq Qarabağla bağlı , işğal olunmuş ərazilərlə bağlı fərqli yanaşma ortada olmadan təbii ki, cəmiyyət tərəfindən təqdir olunmuyacaqdır. 166.Xəzinə hesabının sərbəst qalığını Qarabağın azadlığına yönəltməli: (31.05.2019) 2019-cu ilin yanvar tarixinə vahid xəzinə hesabının sərbəst qalığı -profisit 872 350 000 manat olub, bu vəsaiti fərqli bir yerə yönəltmək mümkün idi. Təklifim bəlkədə bəzilərinə qəribə gələcək, amma belə örnəklər də vardır. Məsələn, mən hesab edirəm ki, bu vəsaitin hesabına işğal olunmuş ərazilərdən qovulmuş əhalimizin içərisindən seçmə, ərazini yaxşı bilən döyüşçülər hesabına ”Yurda Qayıdış” dəstələri hazırlamaq və onların imkanları ilə qısa zaman ərzində işğal olunmuş ərazilərdə əməliyyatlar ilə düşməni çıxarmaq mümkündü. Bunun üçün bu vəsaitdən istifadə eləmək olar.Üstəlik də Mənzil Kommunal Təsərrüfatı üçün 451 000 000 vəsait ayrılıbdı. Bu lazımsız bir ayırmadır. Bu vəsaiti də deyək ki, bu istiqamətə yönəltmək mümkün idi. Bunun üçün büdcədə bir örtülü ödənək deyilən bölmə yaratmaq mümkündür. Və həmin örtülü ödənəkdən bu vəsaiti dediyim istiqamətdə xərcləməklə ermənilərin işğalına qarşı ciddi şəkildə dönüş eləmək mümkündür. Biz nə qədər bu məsələyə dözəcəyik? Mətbuatda baxıram ki, işğal olunmuş Kəlbəcər ərazisində Heyvalı kəndində ermənilər artıq yeni bir zavod tikibdilər. Mən buna qədər Milli Məclisdə dəfələrlə məsələ qaldırmışam ki, mədənlərimiz istismar olunur, infrastruktur yaradılır onları vurmaq lazımdır, sıradan çıxarmaq lazımdır .Amma biz susduqca bu məsələlərlə bağlı işlər görmədikcə ermənilər təbii ki, bizi aşağılayan hərəkətlərini davam edəcəkdilər. Doğrudur, ordumuz var və biz ordumuzla qürur duyuruq. Hətta ordudan istifadə etməməklə belə mən yenə deyirəm bu vəsait ilə bu işləri görmək mümkündür. Türkiyə örnəyi var ortada. Türkiyənin də ordusu var amma ,köy özünümüdafiə dəstələri yaradaraq Türkiyədə PKK-ya qarşı çox ciddi şəkildə mübarizə aparıldı. Biz də bu prinsipdən istifadə etməliyik. Yəni büdcəyə bir vəsait qaytarıldısa onu mütləq bir yer tapıb xərcləmək yox, bu istiqamətlə işlər görmək lazımdır. Belə məsələlərdə məsuliyyətdən çəkinmək lazım deyil. Biz də baxmayaraq ki, müxalifətdəyik, bu məsələlərdə məsuliyyəti üzərimizə götürməyə hazırıq. 167.İşğal olunmuş ərazilərimizlə bağlı: (30.09.2019) Bir məqsədə yönələn dörd məsələnin müzakirəsini təklif edirəm. 1.BMT TŞ-na ünvanlanacaq müvafiq sənədin müzakirəsi təxirəsalınmadan keçirilməlidir.Və müvafiq sənəd yubanmadan BMT-yə gondərilməlidir. 2.ATƏT-in vasitəçiliyinə son qyulması müzakirə olunmalıdır.Bu ümumi əhvaldır və cəmiyyətdə də istək budur. 3. Ermənistanla aparılan danışıqların dayandırılması məsələsi müzakirə olunmalıdır.Danışıqların heç bir perispektivinin olmaması hamımıza aydındır. 4."Bişkek protokolu" — Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan, bir növ siyasi müraciət və ya sülhə çağırış məqsədli daşıdığından qüvvədən düşmüş elan olunmalıdır. 168.Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti ilə bağlı: (30.09.2019) Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təcavüz siyasətinə görə beynəlxalq hüquqi məsuliyyət hələ də açıq qalır. Dövlətçiliyimizə və ərazi bütövlüyümüzə qarşı Ermənistanın törətdiyi təcavüz cinayətinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti haqda BMT TŞ-na ünvanlanacaq müvafiq sənədin müzakirəsi təxirəsalınmadan keçirilməlidir. Sənəddə BMT Nizamnaməsi və beynəlxalq hüquqda nəzərdə tutulan özünümüdafiə hüququnun tətbiqinə başlanılması xüsusi qeyd olunmalıdır. Təcavüz aktının bu və ya digər formasına görə təcavüzkar dövlət BMT TŞ qarşısında birbaşa məsuliyyət daşıyır. Bu isə BMT TŞ-na təcavüzkar haqqında məcburi tədbirlərin görülməsi səlahiyyəti verir. Çünki müasir beynəlxalq hüquqa görə məsuliyyət restitusiya və reparasiya formasında nəzərdə tutulur. Bunu əsas götürərək BMT nizamnaməsinin 7-ci fəslinə müvafiq olaraq məcburiyyət tədbirlərinin işə salınmasını hədəf götürməliyik. ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqların heç bir nəticəsinin olmadığı bir zamanda Ermənistanla danışıqların yeni mərhələsini gözləməyin hec bir mənası yoxdur. Əvvəla ən yaxşı halda Ermənistanla danışıqların sonucu Ter-Petrosyan dönəmindəki səviyyəyə gələr ki, belə vəziyyətdə ermənilər sadəcə hakimiyyəti dəyişməklə yenidən sıfırdan başlamaq təcrübəsinə malikdirlər. Məqsədsə, təbii ki, indiki status-kvonu uzatmaqdır. Bu çıxış 2012-ci ildə olub.Artıq açıqca hamımız müşahidə edirik ki Ermənistanın son davranışları danışıqların heç bir əhəmiyyətinin olmadığını göstərir. 169.Gecikirik -düşmən işğal etdiyi ərazilərdə rahatlıq görməməlidir: (30.09.2019) Biz yubandıqca Ermənistan bizim işğala məruz qalan ərazilər hesabına hər gün qüvvətlənir.Təsəvvür edin ki 1994-cü ildə yalnız Qızılbulaq qızıl yataqlarında 13,5 ton qızıl ehtiyatı var idi. Bu gün isə erməni ekspertlərinin hesablamalarına görə, orada yalnız 2.3 ton qızıl ehtiyatı qalır.Artıq təkcə oradan 11 ton qızıl aparıblar. Bu sadəcə bir haldı. Nəzərə alın ki, Azərbaycan Respublikasının işğal altında saxlanılan ərazilərində 163 faydalı qazıntı yataqları, o cümlədən qızıl, civə, mis, qurğuşun, sink, daş kömür və digər sərvətlər ermənilər tərəfindən talan edilir. Bu vəsaitlər hesabına işğal etdikləri ərazilərimizə Ermənistandan yollar çəkilir,istirahət və yaşayış məntəqələri salınır.Buraya ən müxtəlif yerlərdən ermənilər köçürülür və məskunlaşdırılır.Bilirsiniz niyə? Çünki rahatdırlar orda. Ermənilər işğal etdikləri ərazilərdə rahatlıq görməməlidirlər ,hər gün 2 erməni əsgəri vurulsaydı bu 25 ildə 17000 civarında düşmən demək idi –ermənistan ordusunun 33 faizi. Hec bir tərəfin mübahisəli saymadığı ərazilərdə niyə talançılığa,məskunlaşmaya ,təyyarə uçuşlarına və s.icazə verməliyik?Niyə talanan mədənlər dəmir və qara yolları,qurduqları yaşayış məskənləri, istirahət mərkəzlərin vurmuruq? Füzuli rayonunda cəbhə xəttində uçuş keçirən təyyarəmizə Ermənistan ordusu atəş açır və Müdafiə nazirliyi deyir ki ,pilotumuz peshəkar idi vura bilmədilər vəs.Biz ermənistanın Ermənistan-Azərbaycan sərhəddini keçən bütün texnika və canlı qüvvəsini təyyarə və digər uçuş aparatlarını vurmalıyıq.Nədən çəkinirik? Bir qaşıq qanımızdanmı qorxuruq?Bəzən burada –Parlamentdə və ya mətbuatda fikir səsləndirirlər ki Ermənistanın arxasında büyük dövlət Rusiya dayanır.Mən sual edirəm bir böyük dövlət -məsələn Fransa və ya İngiltərə birbaşa maşadan istifadə etmədən ərazilərimizi işğal etsə idi nə etməli idik? Böyukdü deyə işğalla barışmalıydıqmı? 170.Milli Şura xaricdə yaradılan bir qurumdur: (22.10.2019) Bir dövlət böyük bir ailədir. Bu ailənin sabitliyi, bu ailənin təhlükəsizliyi mövzu olanda orda müxalifətçilik olmur. Burda hər kəs bitərəf olmasından, siyasətlə məşğul olub olmamasından asılı olmayaraq özünün şəxsi və qrup maraqlarını düşünmədən dövlət maraqlarına qurban verməlidir. Mən bir neçə məsələyə toxunmaq istəyirəm .Bu məsələlərdən birisi təbii ki, baş verən son hadisələrə münasibətdir . Ölkədə destuktiv fəaliyyət göstərən təşkilatların törətdiyi hadisədə, təkcə o iştirakçıların deyil, həm də onlara şərait yaradanların günahı vardır. Mən bir dəfə də bu məsələyə toxunmuşdum. Respublika Prokurorluğuna bu məsələ ilə bağlı müraciət etmişdim. Milli Şura xaricdə yaradılan bir qurumdur, ona maliyyə dəstəyi vermək üçün də hətta yardımcı Milyarderlər İttifaqı yaradılmışdır. Bunu hamı bilir. Belə halda tətqiqat aparırlar. Bu açıq-aydın casusluq fəaliyyətidir- yumşaq halda, hələ mən vətənə xəyanətdir deyimini qoyuram bir kənara.Bu adamların fəaliyyətinə nəinki icazə verilməməlidi, bu adamlar qanun qarşısında cavab verməlidir. Qanun qarşısında cavab vermək əvəzinə bu adamlara meydan verilirki, gedin Lökbatanda da camaatı yığın, təbliğat aparın dövlət əleyhinə. Məncə bu yanlış bir yanaşma idi. Geri dön |